Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əbu Dabidə “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanla bağlı xüsusi tədbir keçirilmişdir

Əbu Dabidə “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanla bağlı xüsusi tədbir keçirilmişdir

11.03.2014 [16:48]

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusundakı beynəlxalq konfransda iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərinə səfər etmişdir.
Konfrans çərçivəsində BƏƏ Prezidentinin hüquqi və dini məsələlər üzrə müşaviri Əl-Sayed Əli bin Əl-Sayed Abdurrəhman Əl Haşiminin təşəbbüsü ilə Azərbaycanla bağlı xüsusi tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, BƏƏ, Suriya və Səudiyyə Ərəbistanından dini, ictimai xadimlər və hökumət təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən AzərTAc-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Abdurrəhman Əl Haşimi Azərbaycanın İslam dünyasında mühüm yer tutan ölkələrdən biri olduğunu, xüsusən də ölkəmizdəki mövcud dini tolerantlığın bəzi digər müsəlman dövlətləri üçün nümunə ola biləcəyini demişdir. Qeyd etmişdir ki, bu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin hazırda uğurla davam etdirilməsinin məntiqi nəticəsidir və həmin məsələdə Azərbaycan ilə BƏƏ bir-birinə çox yaxındır.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək ölkəmizdə istər şiə, istərsə də sünni icmaların mehriban şəraitdə yaşadıqlarını vurğulamışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi və sosial siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan iqtisadi cəhətdən ildən-ilə daha da güclənir və hazırda regionun liderinə çevrilmişdir. Azərbaycan gənc dövlət olmasına baxmayaraq, ölkə daxilində yürüdülən uğurlu sosial-iqtisadi siyasətlə yanaşı, xarici siyasət sahəsində də mühüm nailiyyətlər əldə etmişdir və bütün bunlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirmişdir.
QMİ-nin sədri, həmçinin Azərbaycan ilə BƏƏ arasında ikitərəfli münasibətlər haqqında danışmışdır.
Sonra Əbdüləziz bin Osman əl-Tuveycri, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəman çıxış etmişlər. Onlar tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər barədə geniş məlumat vermişlər.

Paylaş:
Baxılıb: 555 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30