Ana səhifə »  Qəzetin pdf formatı »  Bərabər şərait, bərabər imkanlar
A+   Yenilə  A-
Bərabər şərait, bərabər imkanlar

“Azərbaycan” qəzetində prezidentliyə namizədlərin ödənişsiz təşviqat ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar artıq seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrü başlayıb. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət dövri mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

AZƏRTAC xəbər verir ki, martın 21-də “Azərbaycan” qəzetinin redaksiyasında namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru, redaksiyada “Prezident seçkilərinə hazırlıq” qrupunun rəhbəri İxtiyar Hüseynli bildirib ki, rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzeti 11 aprel prezident seçkilərinin təşviqat kampaniyasında fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında” Təlimatına əsasən müəyyənləşdirib. Qəzet prezidentliyə qeydə alınmış namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarının dərci üçün həftə ərzində 8 min kv.sm, yəni, 4 səhifə yer ayırıb.

İxtiyar Hüseynli əlavə edib ki, üç təşviqat həftəsi çərçivəsində 8 namizədin təşviqat materialları qəzetin bazar günü nömrələrində nəşr olunacaq. “Qəzetdə dərc ediləcək təşviqat materialları hər namizəd üçün A-2 formatlı qəzetdə yarım səhifə, yəni, 1000 kv.sm nəzərdə tutulur. Bu, qanunvericiliyə əsasən ayırmalı olduğumuz həcmdən daha artıqdır. Yəni, həftəlik qəzet səhifələrinin ümumi həcminin 10 faizindən daha artıq yer təşviqat materialları üçün ayrılıb. Bu qərarımız prezidentliyə namizədlərin seçki qərargahları tərəfindən onlara dəstək kimi qarşılandı və yüksək qiymətləndirildi. Digər təklifimiz də seçki qərargahları tərəfindən ən ədalətli və obyektiv təşviqat modeli kimi dəyərləndirilib. Belə ki, biz prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində fərqli bir mexanizm təklif edirik. Hər həftə ardıcıllıq elə müəyyənləşdirilir ki, bütün namizədlər üçün bərabər təşviqat imkanları, bərabər təbliğat şəraiti yaradılır. Beləliklə, reklam materiallarının dərci ardıcıllığında ədalətlilik, bərabərhüquqluluq təmin olunacaq və namizədlərin təşviqat materialları həftələr ərzində səhifələr və mövqelər üzrə dəyişiləcək”, - deyə o qeyd edib.

Sonra namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə qəzetin 25 mart, 1 və 8 aprel tarixlərində dərc ediləcək ödənişsiz təşviqat materiallarının ardıcıllığını müəyyənləşdirən püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən dərc ardıcıllığı belə müəyyənləşib:

1. Sərdar Məmmədov

2. İlham Əliyev

3. Qüdrət Həsənquliyev

4. Zahid Oruc

5. Araz Əlizadə

6. Fərəc Quliyev

7. Razi Nurullayev

8. Hafiz Hacıyev

Püşkatmadan sonra səlahiyyətli nümayəndələri maraqlandıran suallara aydınlıq gətirilib və nümayəndələr öz fikirlərini bölüşüblər.

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib: “Püşkatma çox obyektiv şəkildə keçirildi. Prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri, vəkilləri bütün prosesi izlədilər və prosedur qaydalarının ədalətli olduğunu açıq-aydın gördülər. Yəni, püşkatmanın nəticəsi bütün tərəflərin razılığı ilə qarşılandı. Hesab edirəm ki, tam şəffaf şəkildə püşkatma keçirildi və namizədlərin təşviqatı müəyyən olunan sıralama ilə “Azərbaycan” qəzetində bərabər imkanlar əsasında dərc ediləcək. Bu da namizədlər üçün yaradılan münbit şəraitdir və prezidentliyə namizədlərin seçicilərə öz platformasını geniş təqdim etmələri üçün çox önəmlidir”.

Prezidentliyə namizəd Sərdar Məmmədovun vəkili Nurəddin İsmayılov bildirib: “Püşkatma çox ədalətli keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Bir sözlə, püşkatmadan çox razı qaldım. Hesab edirəm ki, bu, hər bir namizəd üçün yaradılan mükəmməl şəraitdir”.

Prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsi Yaşar Əsədov deyib: “Prosedur qaydaları ilə bir daha tanış olduq. Püşkatma çox şəffaf və ədalətli keçirildi. Artıq təbliğat-təşviqat kampaniyamızın rəsmi qəzetdə necə aparılması mexanizmi və bizə ayrılan yer bəllidir. İstərdik ki, namizədlərin digər mətbuat vasitələri və televiziyada da aparılan təbliğat kampaniyaları belə yüksək səviyyədə təşkil olunsun”.

Prezidentliyə namizəd Razi Nurullayevin səlahiyyətli nümayəndəsi Mehriban Sadıqova bildirib: “Püşkatma çox obyektiv keçdi, prosedur qaydalarına tam əməl olundu. Hər bir nümayəndə özü püşkatmada təbliğat günlərini müəyyənləşdirdi. İnanıram ki, prezident seçkilərində seçkiqabağı təşviqat ədalətli keçəcək. Hamıya uğurlar”.

Prezidentliyə namizəd Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərli deyib: “Püşkatma obyektiv və şəffaf keçdi. Burada şübhəli heç bir məqam ola bilməz. “Azərbaycan” qəzeti tərəfindən müəyyən edilən bu təşviqat ardıcıllığı mexanizmini çox müsbət dəyərləndirirəm”.

Prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi İlqar Kərimov bildirib: “Püşkatma şəffaf şəkildə keçirildi və biz nümayəndələr tam obyektivliyin şahidiyik. Bütün qaydalara riayət edildi, rəsmi dövlət qəzetində təşviqat ardıcıllığı müəyyənləşdirildi. Hesab edirəm ki, bu seçkilərdə hər bir namizəd üçün bərabər imkanlar yaradılıb”.

 
  • Oxunub:  3750  |  
  • Tarix:  21-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA