Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Amerikanın “Eurasia Hoy” informasiya portalında “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələri möhkəmlədir” sərlövhəli məqalə dərc edilmişdir

Amerikanın “Eurasia Hoy” informasiya portalında “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələri möhkəmlədir” sərlövhəli məqalə dərc edilmişdir

25.03.2014 [12:44]

Amerikanın ispandilli “Eurasia Hoy” informasiya portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələri möhkəmlədir” sərlövhəli məqaləsi yerləşdirilmişdir. (http://eurasiahoy.com/24032014-azerbaiyan-fortalece-relaciones-bilaterales-con-georgia/).
Məqalədə Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin bu yaxınlarda Bakıya rəsmi səfəri haqqında məlumat verilmişdir. Müəllif yazır ki, Prezident Georgi Marqvelaşvili Avropanı Asiya ilə birləşdirən layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırmasına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Piter Teyz qeyd etmişdir ki, iki ölkənin prezidentləri arasında danışıqlarda Xəzərin enerji resurslarının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropaya nəql edilməsi üçün yeni və potensial layihələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Müəllif Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında söhbət açaraq vurğulayır ki, energetika və infrastruktur layihələrinin reallaşdırmasında əməkdaşlıq iki ölkə arasında qardaşcasına münasibətləri daha da möhkəmlədir.
P.Teyz yazmışdır ki, Bakıda rəsmi görüşlərdən sonra prezident G.Marqvelaşvili Azərbaycanın Qəbələ və Qax şəhərlərinə səfər etmiş, Qaxda gürcü icmasının nümayəndələri ilə görüşmüşdür.

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31