Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan səfiri Cənubi Afrika Respublikasının Pretoriya Universitetində mühazirə ilə çıxış etmişdir

Azərbaycan səfiri Cənubi Afrika Respublikasının Pretoriya Universitetində mühazirə ilə çıxış etmişdir

25.03.2014 [19:31]

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində martın 25-də Pretoriya Universitetində müəllimlər və yerli ekspertlər qarşısında “Cənubi Afrika-Azərbaycan əlaqələri fonunda Cənubi Qafqazda sabitlik” mövzusunda mühazirə ilə çıxış etmişdir. Bu barədə Azərbaycanın CAR-dakı səfirliyindən AzərTAc-a məlumat verilmişdir.
Pretoriya Universitetinin siyasi elmlər fakültəsinin dekanı, professor Maksi Skuman CAR-da Azərbaycan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi barədə informasiya çatışmazlığının olduğunu qeyd etmiş, bu baxımdan görüşün əhəmiyyətini vurğulamışdır.
Səfir E.Poluxov müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi daxili və xarici problemlər, bu problemlərin həllində ümummilli lider Heydər Əliyevin xidmətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında danışmışdır.
Postsovet məkanının ən uzunsürən və ən ağrılı münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesindən söhbət açan diplomat CAR-dakı elmi dairələri də məsələyə münasibət göstərməyə çağırmışdır.
E.Poluxov son illər Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər haqqında da faktlar əsasında məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən ölkənin iqtisadi potensialı ildən-ilə artır. Rəsmi Bakı bir çox ölkələr ilə uğurlu iqtisadi əməkdaşlıq qurmuşdur. Cənubi Afrika regionunda yerləşən ölkələr, xüsusilə Cənubi Afrika Respublikası ilə əlaqələrin yaradılması Azərbaycanın iqtisadi siyasətində maraq kəsb edən məsələlərdəndir.
Sonra səfir Azərbaycanla bağlı sualları cavablandırmışdır.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Azərbaycandan və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məlumat kitabçaları paylanmışdır.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30