Ana səhifə »  Qəzetin pdf formatı »  Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar
A+   Yenilə  A-
Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin edilməsinə razılıq verdikdən sonra, bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirilir, təyinatın uğurlu olduğunu sübut edən kifayət qədər faktlar göstərilir. Doğrudan da, Novruz Məmmədovun həyat və fəaliyyətinə nəzər salanda, öz zəhməti və biliyi ilə keçdiyi yolun məzmunu Baş nazir vəzifəsinə tam layiqli kadr olduğu qənaətini yaradır. Özünün də dəfələrlə etiraf etdiyi kimi, ulu öndər Heydər Əliyevin yanında işləməsi bütün həyat kredosunu müəyyənləşdirib və onun üçün böyük məktəb olub. Novruz Məmmədov bütün fəaliyyəti boyu məsuliyyəti, ünsiyyət mədəniyyəti, biliyi, nizam-intizamı, yüksək təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı və qətiyyətli vətəndaş mövqeyi ilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev ona yüksək və məsuliyyətli vəzifə etibar etməklə kadr təyinatında çoxsaylı faktorları dəqiqliklə nəzərə aldığını bir daha nümayiş etdirib. Bütün bunlar Novruz Məmmədovun yeni yüksək vəzifədə uğurla fəaliyyət göstərəcəyi barədə fikir yürütməyə əsas verir.

Heydər Əliyev məktəbi: Baş nazirin şəxsi və peşə keyfiyyətləri haqqında

Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Dövlətimizin başçısı bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeləri nəzərə alır. İlham Əliyevin növbəti müddətə Prezident seçilməsindən sonra yeni hökuməti məhz həmin prinsiplər üzrə formalaşdıracağı heç kəsdə şübhə doğurmurdu.

Prezident İlham Əliyev vitse-prezidentlik institutunu yaradanda ekspertlər bunu vaxtında atılmış çox düzgün addım kimi dəyərləndirdilər. Nazirlər Kabinetinin yeni tərkibinin layiqli kadrlardan formalaşdırılması haqqında da eyni fikri söyləmək olar. Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin olunması bu baxımdan xüsusi vurğulanmalıdır.

Məsələ ondan ibarətdir ki, Novruz Məmmədov uzun illərdir yüksək dövlət vəzifələrində səmərəli fəaliyyəti ilə özünü doğrultmuş peşəkar kadrdır. Ulu öndər Heydər Əliyev Novruz Məmmədovun fəaliyyətinə yüksək qiymət verərək ona tədricən daha məsuliyyətli və dövlətçilik baxımından əhəmiyyətli vəzifələr tapşırırdı. Ekspertlərin vurğuladığı əsas məqamlardan biri odur ki, Novruz Məmmədov həm də təhsil və elm sahəsində uğur qazanmış ziyalılardandır. Azərbaycanın yeni Baş naziri professordur, uzun müddət ali təhsil müəssisəsində məsul vəzifə tutub. Bir neçə xarici dil bilir – fransız, ingilis, rus və türk dillərində mükəmməl biliyə malikdir. Vaxtilə ulu öndər Heydər Əliyevin tərcüməçisi işləməsi, təbii ki, Novruz Məmmədov üçün böyük məktəb olub.

Bundan başqa, Novruz Məmmədov uzun müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinə rəhbərlik edib, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi işləyib. Hazırda beynəlxalq münasibətlər üzrə yüksək səviyyəli mütəxəssis kimi tanınan Novruz Məmmədov müasir geosiyasətin nəzəri və praktiki məsələlərinə dair bir neçə kitabın müəllifidir. Bu kitablardan tələbələr və gənc mütəxəssislərlə yanaşı, diplomatlar və tədqiqatçılar da faydalana bilirlər.

Yeni Baş nazirin bioqrafiyasında diqqət çəkən daha bir məqam onun sadə və zəhmətkeş ailədə böyüyüb boya-başa çatmasıdır. Novruz Məmmədovla birlikdə çalışan insanların hamısı onu ünsiyyətcil, işini dərindən bilən, səmimiliyi, mədəni davranışı, zəhmətkeşliyi, alicənablığı və müasirliyi ilə fərqlənən insan kimi səciyyələndirirlər. Göründüyü kimi, onun kadr kimi peşəkarlığı, yüksək insani keyfiyyətləri bir-birini tamamlayır və harmoniya yaradır. O, daim axtarışdadır və özünü təkmilləşdirməyə çalışır.

Bütün bunların üzərində niyə bir qədər detallı dayanırıq? Çünki dövlət başçısı İlham Əliyevin kadr seçimində zərgər dəqiqliyi ilə qərar qəbul etdiyini və bu zaman çoxsaylı faktorlara önəm verdiyini dərk etmək gərəkdir. Prezident kadrların peşəkar səviyyəsi ilə yanaşı, onların dövlətçiliyə sədaqətini, mədəni səviyyəsini, biliyini və əxlaqını da nəzərə alır.

Digər tərəfdən, bir sıra dairələrin azərbaycanlı məmurlar haqqında reallığa uyğun olmayan təsəvvürlər formalaşdırmasına imkan vermək olmaz. O cümlədən Azərbaycanın yeni Baş nazirinin hansı müsbət keyfiyyətlərə malik olduğu barədə hər kəsin konkret təsəvvürü olmalıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ziyalı, savadlı, yüksək ünsiyyət mədəniyyətinə malik və işini yaxşı bilən insanlara üstünlük verirlər. Novruz Məmmədovda bu keyfiyyətlərin hamısı vardır.

Bu kontekstdə qonşu dövlətlərin kadr siyasətinə də nəzər salmaq yerinə düşər. Bu dövlətlərdə yüksək vəzifələrə gətirilən kadrlar sırasında elm və təhsil sahəsində çalışmış, elmi rütbəsi və elmi dərəcəsi olanları xüsusi vurğulayırlar. Çünki XXI əsr intellektlərin, zəkaların və mədəniyyətlərin yarışı dövrüdür. Azərbaycanda da Baş nazirin məhz həmin keyfiyyətlərə malik insan olması qürurvericidir. Bu reallığı bir kənara qoyub, həqiqətdən çox uzaq fikirlər səsləndirən, yaxud yanlış rəy formalaşdırmağa cəhd edən hər kəsi öz vicdanının mühakiməsinə buraxırıq.

Sabaha inamla: gələcək fəaliyyətin əsas istiqamətləri

Novruz Məmmədov Milli Məclisin onun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verməsindən sonra parlamentdəki çıxışı zamanı deyib: "Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir". Bu, dövlətçilik baxımından yüksək bir mövqedir. Təbii ki, Baş nazir öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir və eyni zamanda, dövlətimizin başçısının bütün tapşırıqlarını dəqiq yerinə yetirməlidir. Novruz Məmmədovun dövlətçiliyə sadiq kadr kimi bu vəzifələrin öhdəsindən layiqincə gələcəyi qətiyyən şübhə doğurmur. Bu məqamı onun Azərbaycan dövlətçiliyi ilə bağlı ifadə etdiyi fikirlərdən də aydın duymaq olar: "Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur". Novruz Məmmədov fikirlərinə davam edərək, bunun çox çətin vəzifə olduğunu və onun öhdəsindən gəlmək üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini bəyan edib: "Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək".

Bu fikirlərdəki məntiqə diqqət yetirsək görərik ki, Novruz Məmmədov üzərinə düşən vəzifənin vacibliyini, ulu öndərin müəyyənləşdirdiyi dövlət quruculuğu kursunun alternativsizliyini və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək məsuliyyətini dərindən dərk edir. Şübhəsiz, bütün bunlar müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərmək üçün ən zəruri keyfiyyətlərdəndir.

Novruz Məmmədov uzun müddət xarici siyasət məsələləri ilə məşğul olan şəxs kimi, əldə etdiyi təcrübədən də yararlanacağını bildirib. Heydər Əliyev məktəbinin layiqli yetirmələrindən biri olan yeni Baş nazir ötən müddətdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə siyasət, energetika, idman, mədəniyyət, multikulturalizm sahələrində mühüm beynəlxalq layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Bütövlükdə ölkəmizin beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verdiyini deyən Novruz Məmmədov yaxın gələcəkdə Avrasiyanın ən böyük nəqliyyat qovşağının məhz Azərbaycan olacağına əminliyini ifadə edib.

Bütün bunlardan çıxış edən yeni Baş nazir deyib: "Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır".

Beləliklə, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan Novruz Məmmədov dövlət siyasətinin incəliklərinə dərindən bələddir. O, həm hazırkı mürəkkəb şəraitdə beynəlxalq əlaqələri, beynəlxalq iqtisadi münasibətləri və onların diktə etdiyi siyasi prosesləri dərindən analiz etmək, düzgün nəticələr çıxarmaq bacarığına, həm də ölkənin daxili strateji məqsədləri haqqında hərtərəfli biliyə malik bir dövlət məmurudur. Onun cəmiyyətdəki nüfuzu kifayət qədər yüksəkdir. Hər kəs Novruz Məmmədovun Azərbaycanın dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən birinə çevrilməsi üçün Baş nazir kimi əlindən gələni əsirgəməyəcəyinə inanır.

Biz, Novruz Məmmədova bu məsuliyyətli yüksək vəzifədə uğurlar arzulayırıq!

Newtimes.az

 
  • Oxunub:  3300  |  
  • Tarix:  26-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+1 +4