
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 817,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 9 milyard 280,7 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 5 milyard 602,7 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 10,9 milyard manat olmaqla əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,1 faiz artıb.
Neft hasilatı 1,4 faiz artıb, qaz hasilatı isə 10,8 faiz azalıb.
- Oxunub: 2730 |
- Tarix: 16-05-2018 |
-
Çap et |