Ana səhifə »  Qəzetin pdf formatı »  Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayıb
A+   Yenilə  A-
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayıb

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

İctimai Birlikdən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlə¬rinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaran¬mış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağ-lıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağ¬lıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun ardınca, Er¬mə¬¬nistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haq¬qında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqazidd və Konstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyalarına zidd olduğundan

buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi.

Sovet rəhbər¬li¬yinin çox cid¬di və bağışlanılmaz səhv¬ləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əv-vəllərində vəziy¬yətin getdikcə kəs¬kin¬ləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermə¬nistanla həmsərhəd bölgə¬lə¬rində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

26 il əvvəl – Azərbaycanın Şuşa şəhəri işğal edildikdən az sonra Ermənistan silahlı qüvvələri qısa müddət ərzində, yəni, 1992-ci il mayın 18-də Dağlıq Qarabağdan kənarda yer¬lə¬şən qədim Azərbaycan şəhərini - Laçını da zəbt etdilər. Nəti¬cədə, 1835 kvadratkilometr ərazisi, işğal zamanı 60 min nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azər¬bay¬can Respublika-sının Dağlıq Qarabağ bölgəsinin erməni ic¬ması hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazi¬lərini işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermə¬nis¬tanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğal¬çılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “huma¬nitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Bununla yanaşı, işğal nəticəsində Laçın rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb, dağıdılıb və məhv edilib. Tarixi və memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), Minkənddəki XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Kosalar kəndindəki Ağoğlan qəsri (IX əsr), Adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Malxələf kəndindəki Xəlifə türbəsi (XVII əsr), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Minkənd kənddəki Birtağlı və İkitağlı körpülər (XIX əsr), Güləbirddəki türbə, eləcə də yüzlərlə tarixi və memarlıq abidələrimizin taleyi naməlumdur.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərin¬dən 1 milyondan çox əhalinin doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağ¬¬lıq Qarabağ böl¬¬gə¬¬si və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Fü¬zu¬li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Bəyanatda deyilir: “Biz, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan 80 mindən artıq, o cümlədən Laçın rayonundan olan 77 mindən çox azərbaycanlı beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Ermənistanın Azər¬bay¬ca¬na qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şu¬ra¬sının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər¬həd¬lərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdik¬lə¬ri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səy¬lər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hər¬bi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəti¬cə¬lər verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğur¬suzluqlarının başlıca səbəbi məhz Azər¬bay¬can Respublikası¬na qarşı Ermənistan Respublikasının birbaşa təcavü¬zü faktının etiraf olunmamasıdır.

Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

Müraciət “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mayın 17-də keçirilmiş toplantısında qəbul edilib.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  18-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
17:41
13 İyul
Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq
17:39
13 İyul
Qurban Əliyev: Azərbaycanın inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir
17:36
13 İyul
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
17:13
13 İyul
Təhsil naziri Balakəndə vətəndaşları qəbul edib
17:10
13 İyul
Qaradağda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
17:08
13 İyul
Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib
17:07
13 İyul
Təhsil naziri: Son 15 ildə Azərbaycanda üç mindən çox yeni məktəb binası tikilib
16:53
13 İyul
Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır
16:52
13 İyul
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
16:50
13 İyul
Elman Məmmədov: Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir
16:35
13 İyul
Sevinc Fətəliyeva: "Tərəfdaşlıq prioritetləri" sənədi Azərbaycanla Aİ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir
16:32
13 İyul
Prezident İlham Əliyev: Azərbaycan xalqı tam əmin ola bilər ki, ölkəmiz bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək
16:31
13 İyul
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:16
13 İyul
Gəncə hadisələri zamanı həlak olan polis zabitləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər
16:13
13 İyul
Prezident İlham Əliyev: Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir
16:08
13 İyul
Hikmət Hacıyev: Ermənistanın bu hərəkəti BMT-nin üzv dövlətlərinə və Nizamnaməsinə qarşı hörmətsizlikdir
16:08
13 İyul
Azərbaycan Prezidenti: Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir
16:05
13 İyul
Prezident: Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər
16:04
13 İyul
İlin birinci yarısında Füzulidə 4 milyon 596,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb
16:03
13 İyul
Pirallahıda dərman preparatları və şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir
15:56
13 İyul
Prezident İlham Əliyev: Gəncədəki terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
15:35
13 İyul
Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
15:30
13 İyul
Sahibkarlar "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar
14:52
13 İyul
Fəzail İbrahimli: Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz
14:50
13 İyul
İlahiyyatçı alimlər Gəncə hadisələrinə dair bəyanat yayıblar
14:49
13 İyul
Ulu Öndər hələ sovet dövründə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratmışdı
14:45
13 İyul
Binəli Yıldırım Türkiyənin Dövlət Şərəf Medalı ilə təltif olunub
14:37
13 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Dəniz Agentliyinin mütəxəssislərindən ibarət birgə işçi qrup yaradılacaq
14:32
13 İyul
Pərvin Kərimzadə: Azərbaycanda sabitliyi pozmağa çalışan qüvvələrin planları puç oldu
14:04
13 İyul
Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı
13:59
13 İyul
Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub
13:56
13 İyul
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb
13:55
13 İyul
Vergilər Nazirliyi ilə AHK-Azərbaycanın üzvləri ilə görüşündə vergilər sahəsində aparılan islahatlar müzakirə edilib
13:50
13 İyul
Sevinc Hüseynova: Pozucu qüvvələr öz məkrli məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər
13:48
13 İyul
Tahir Rzayev: İqtidar-xalq birliyi ölkədə sabitliyin pozulmasına heç zaman yol verməyəcək
12:34
13 İyul
Ulu Öndərin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA