Ana səhifə »  Qəzetin pdf formatı »  “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib
A+   Yenilə  A-
“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib

Mayın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib. Konfransda Bakıdan və bölgələrdən məktəb şagirdləri öz direktorları, müəllimləri ilə birlikdə, eləcə də bir çox universitetlərinin nümayəndələri iştirak ediblər.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri, akademik Kamal Abdulla universitet tələbələri və orta məktəb şagirdlərinin birlikdə keçirdiyi bu konfransın son dərəcə böyük rəmzi mənası olduğunu bildirib: “Konfransın elmi və ictimai əhəmiyyəti ondan ibarətdir ki, bir şagirdi universitetimizin bir müəllimi hazırlayır. Həmin şagird universitet həyatına daxil olur. Burada özünə yeni dostlar tapır. Məqsəd bundan ibarətdir ki, universitetimizin tələbələri bizim qonaqlarımıza həyan olsunlar, onlarla birlikdə bizim universitet barədə təsəvvür yaratsınlar. Nəhayət, üçüncü məqsəd bundan ibarətdir ki, ölkəmizin müxtəlif rayonlarında yerləşən qaçqın və məcburi köçkün məktəblərində pedaqoji təcrübədə olan tələbələrimizin bir qismi bu gün həmin məktəblərdən gələn şagirdlərlə görüşmək imkanı əldə edirlər. Bu da son dərəcə tərbiyəvi bir məqamdır”.

Konfransın siyasət əhəmiyyətə malik olduğunu bildirən K.Abdulla ümummilli lider Heydər Əliyevin ölkəmizdə müharibənin dayandırılması üçün əlindən gələni etdiyini və çox şeyə nail olduğunu vurğulayıb. Prezident İlham Əliyevin bu gün Dağlıq Qarabağ probleminin həlli üçün böyük fədakarlıqla çalışdığını söyləyən rektor bu məsələnin sülh yolu ilə həll olunacağına inamını ifadə edib.

Prezident İlham Əliyevin bütün dünyaya multikulturalizm ideologiyasının Azərbaycan modelinin uğurlu və effektiv şəkildə işlədiyini nümayiş etdirdiyini, bu ideologiyanın təntənəsini yaşatdığını vurğulayan rektor ADU-nun da dünyanın müxtəlif dilləri və mədəniyyətlərini öyrədən ocaq kimi bu siyasi istiqamətin bir nöqtəsində yer tapdığını deyib: “ADU dünyanın müxtəlif universitetlərində, elmi məkanlarında Azərbaycan həqiqətlərini multikulturalizm, tolerantlıq ideyaları, müxtəlif ideoloji amillər vasitəsilə dünya ictimaiyyətinə çatdırır. İnanıram ki, bugünkü konfransımızın da ümumi ruhu, ahəngi Ulu Öndərin və Prezidentimizin bu istiqamətdəki fəaliyyətini dərindən öyrənmək və gələcəkdə bu fəaliyyətin müxtəlif istiqamətlərini dünya universitetlərində, Azərbaycanın bölgələrində yaymaqdan ibarət olacaq”.

K.Abdulla konfransın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bir şagirdin həyatına bir universitet professoru daxil olur, onun elmi yaradıcılığını gələcəkdə də işıqlandırmağa cəhd göstərir. İnanıram ki, bu istiqamətlər həmin şagirdlərin gələcək elmi həyatına da işıq salacaq”.

Bölmə iclaslarında Azərbaycan dili, müasir Azərbaycan, tariximiz, mədəniyyətimiz ilə bağlı çox maraqlı məruzələrin olduğunu deyən rektor bu konfransın tərəfləri daha yeni layihələrə həvəsləndirəcəyinə ümid etdiyini vurğulayıb: “ADU ilə məktəblər arasında əlaqələrin yalnız pedaqoji təcrübə müddətində deyil, müxtəlif istiqamətlər üzrə də davam edəcəyinə ümid edirəm. Universitetimizin qapıları həmişə sizin üzünüzə açıq olacaq. Hamınızı bağrıma basıram, konfransın işinə uğurlar arzulayıram. Ümid edirəm ki, bu şagirdlərin hamısı gələcəkdə bizim universitetin layiqli tələbələri olacaq”.

N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev təşkilatçılara və könüllülərə təşəkkürünü bildirib.1993-cü ilin oktyabr ayında 12 yaşı olarkən ermənilərin torpaqlarımıza soxulması ilə əlaqədar Cəbrayıl rayonunu tərk edən və o ağır günləri xatırladan Z.Həziyev deyib: “Şükürlər olsun ki, 24 il sonra 37 yaşımda öz torpağımıza qayıtdım. Bu gün Cocuq Mərcanlı çox gözəl günlərini yaşayır. Xarabalığa çevrilmiş kəndin yerində göz oxşayan məktəb binası, yaşayış evləri tikildi, şərait quruldu. 1993-cü ildə yaşanan ağır vəziyyətdə Ümummilli Lider bir neçə il hakimiyyətə tez gəlmiş olsaydı, torpaqlarımız işğal olunmazdı. 1994-cü ilin uğurlu Horadiz əməliyyatında Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin bir neçə ay erməni əsarətində qalan kənd viranə günə qalmışdı. Yaşayış orada mümkün deyildi, ermənilər yaxınlıqdakı yüksəklilərin hamısına nəzarət edirdilər. Üstündən illər keçsə də, biz ordumuzun həmişə qələbəni əldə edəcəyi günü gözləyirdik, bu arzu ilə yaşayırdıq. 2016-cı ilin Aprel döyüşlərində biz çoxlu şəhidlər verdik. Lələtəpə yüksəkliyində gedən döyüşlər nəticəsində çoxlu şəhidlər verdik. Lakin ordumuz öz sözünü dedi”. Konfransın işinə uğurlar arzulayan Z.Həziyev bildirib: “Ümummilli lider Heydər Əliyev haqqında nə qədər danışsaq, yenə də azdır. Yaxşı ki, həyatımızda Ümummilli Lider kimi şəxs olub”.

Konfransda Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova ADU-nun gələcəyin səriştəli müəllimlərinin formalaşmasında uğurlarının danılmaz olduğunu söyləyib: “Bu ali məktəbin tələbələrinin pedaqoji təcrübələrinin məcburi köçkün məktəblərində təşkil olunması məni Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəbin direktoru kimi sevindirir və biz müəllimlərdə tədris zamanı yaradıcı yanaşmağımızda ruh yüksəkliyi yaradır. Mən istərdim ki, ADU-nun məzunları müəllimlərin işə qəbul qaydalarına uyğun olaraq məcburi köçkün məktəblərində çalışsınlar”.

ADU-nun tələbəsi, xəlifə rektor Nicat Aşurov, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Lalə Ələsgərli bu kimi yerli və beynəlxalq konfransların dünya və respublika səviyyəsində Ulu Öndərin ideyalarının öyrənilməsində xüsusi rol oynadığını söyləyiblər. Onlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlərdən söz açıblar.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov konfransın bir neçə aspektə görə əhəmiyyətini qeyd edib.

Türkiyənin Ankara Universitetinin təhsil fakültəsinin dekanı, professor xanım Qorxmaz tələbə və şagirdlərin bir araya gələrək ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı müzakirələr aparmasını təqdirəlayiq hal hesab etdiyini bildirib.

Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva isə deyib ki, gənc nəsil üçün ən böyük dəyər dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu irsin öyrədilməsidir.

Tələbə Elmi Cəmiyyətinin sədri Lamiyə Muğalova ADU-nun tarixində ilk dəfə tələbə-şagird elmi konfransının keçirildiyini söyləyib. O, konfransın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Dil və ədəbiyyat”, “Pedaqoqika və psixologiya”, “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzularında bölmə iclasları ilə davam edəcəyini diqqətə çatdırıb.

Konfrans mayın 19-da başa çatacaq.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  18-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək
20:10
13 Dekabr
“Əbədi ezamiyyət” filmi Afinada nümayiş etdirilib
20:05
13 Dekabr
Türkiyə KİV-lərində ulu öndər Heydər Əliyevlə bağlı məlumatlar yayılıb
19:57
13 Dekabr
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
19:50
13 Dekabr
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib
19:40
13 Dekabr
Zaqatalanın Lahıc kəndi qazlaşdırılıb
19:05
13 Dekabr
Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri müzakirə olunub
18:46
13 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:44
13 Dekabr
Sərəncam: 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb
18:36
13 Dekabr
Xalq artisti Həsən Məmmədova həsr olunmuş növbəti tədbir -“Ömür keçdi, gün keçdi”
18:13
13 Dekabr
Tbilisidə Azərbaycan və Gürcüstanın gənc iqtisadçı alimlərinin görüşü olub
18:08
13 Dekabr
Azərbaycanın və Moldovanın xarici işlər nazirlərinin görüşü olub
17:45
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
17:40
13 Dekabr
Hikmət Babaoğlu: Biz bundan sonra da Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edəcəyik
17:38
13 Dekabr
Xəzər İsayev: 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı
17:37
13 Dekabr
Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
17:32
13 Dekabr
Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
17:27
13 Dekabr
Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb
17:01
13 Dekabr
İordaniya mətbuatında ulu öndər Heydər Əliyevə həsr olunan məqalələr verilib
16:55
13 Dekabr
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilir
16:50
13 Dekabr
Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
16:19
13 Dekabr
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək
16:02
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
15:43
13 Dekabr
Prezident İlham Əliyev: Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
15:40
13 Dekabr
Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
15:36
13 Dekabr
Prezident: Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik
15:35
13 Dekabr
RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar
15:29
13 Dekabr
İstanbul valisi: Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur
15:27
13 Dekabr
İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir
15:18
13 Dekabr
AQTA-nın mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb
15:07
13 Dekabr
Dubayda daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb
14:56
13 Dekabr
Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır
14:37
13 Dekabr
Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir
14:29
13 Dekabr
Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır
14:27
13 Dekabr
Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi
14:25
13 Dekabr
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib
14:17
13 Dekabr
YAP İdarə Heyətinin iclası keçirilmişdir
14:14
13 Dekabr
Özbəkistan portallarında Ulu Öndərin anım günü ilə bağlı yazılar yerləşdirilib
14:12
13 Dekabr
Rauf Əliyev: Seçici fəallığının daha aşağı olması erməni xalqının nə müxalif, nə də iqtidara etibar etmədiyini bir daha göstərdi
14:11
13 Dekabr
Elman Məmmədov: Ermənistanda keçirilən növbədənkənar seçkilər kütləvi saxtakarlıqla yadda qaldı
12:54
13 Dekabr
TAP: Yunanıstan və Albaniya marşrutunun 87 faizində torpaq örtüyü bərpa olunub
12:37
13 Dekabr
Ulu Öndərin əziz xatirəsi İzmir şəhərində də ehtiramla yad edilib
12:24
13 Dekabr
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir
12:16
13 Dekabr
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans başlayıb
11:59
13 Dekabr
Abşeron rayonunun Məmmədli kəndində 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
11:56
13 Dekabr
İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub
11:52
13 Dekabr
Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib
11:50
13 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
11:49
13 Dekabr
Artıq 2338 şəhidin 3038 vərəsəsinə birdəfəlik ödəniş verilir
11:42
13 Dekabr
Əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
11:40
13 Dekabr
Asiya İnkişaf Bankı ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
10:58
13 Dekabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
10:58
13 Dekabr
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
10:43
13 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
10:41
13 Dekabr
Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
10:40
13 Dekabr
Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər
10:39
13 Dekabr
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
10:27
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib
10:25
13 Dekabr
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
10:24
13 Dekabr
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
10:20
13 Dekabr
Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
22:24
12 Dekabr
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
22:06
12 Dekabr
Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub
22:00
12 Dekabr
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
21:49
12 Dekabr
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib
21:40
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
21:33
12 Dekabr
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+6 +8