Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
A+   Yenilə  A-
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin bu ölkənin turizm və abidələr naziri xanım Lina Mazhar Annab ilə görüşündə turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

İordaniyadakı səfirliyimizdən AZƏRTAC-a bildiriblər ki, R.Rzayev iki ölkə arasında uğurlu dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin bu əlaqələrə müsbət təsirini vurğulayıb. Səfir, həmçinin Azərbaycanın turizm imkanları barədə məlumat verib, turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirərək bu imkanlardan daha səmərəli istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Nazir Kral II Abdullahın İordaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə daim xüsusi diqqətlə yanaşdığını vurğulayıb. 2018-ci ilin aprel ayında Bakıda keçirilmiş 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AITF 2018) iş cədvəli ilə əlaqədar iştirak edə bilmədiyindən təəssüfünü bildirən xanım nazir Azərbaycanla turizm əlaqələrinin inkişaf etdirilməsində, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, 2017-ci ilin yanvarında Londonda Viktoriya və Albert Muzeyində Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun təqdimat mərasimini çox bəyəndiyini söyləyib, Azərbaycana həsr olunmuş həmin əlamətdar tədbir üzrə ölkəmizin təcrübəsini yüksək qiymətləndirib. Azərbaycandan İordaniyaya, eləcə də İordaniyadan Azərbaycana səyahət edən turistlərin sayının mövcud imkanlara cavab vermədiyini bildirən nazir turizm əlaqələrinin gücləndirilməsi məqsədilə iki ölkə arasında viza rejiminin sadələşdirilməsinin vacibliyini qeyd edib. O, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün təbliğat-təşviqat işinin qarşılıqlı şəkildə gücləndirilməsinin də əhəmiyyətini vurğulayıb, yay aylarında Əmmandan Tbilisiyə çarter reyslərinin Bakıya qədər uzadılması imkanına baxılacağını vəd edib. Nazir ölkəmizin turizm imkanları ilə daha yaxından tanış olmaq məqsədilə Azərbaycana səfər etmək niyyətində olduğunu vurğulayıb.

Səfir R.Rzayev İordaniyanın turizm və abidələr nazirinin ölkəmizə səfərinə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini vurğulayıb, bu səfərin turizm sahəsində əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib. Turizm sahəsində əməkdaşlıq perspektivlərindən danışan səfir İordaniyada Azərbaycan turizm sərgisinin keçirilməsini təklif edib.

Nazir hər iki ölkənin turizm imkanlarının təbliği məqsədilə İordaniyada və Azərbaycanda turizm sərgilərinin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb və ölkələrimizin turizm potensialı ilə bağlı videoçarxların yerli televiziya kanallarında nümayiş etdirilməsini məqsədəuyğun hesab edib.

Görüşdə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 2018-ci ilin fevral ayında Əmmanda keçirilmiş üçüncü iclasının protokolunda turizm sahəsində əməkdaşlıq üzrə irəli sürülən maddələrin həyata keçirilməsi, turizm sahəsində əməkdaşlığa dair iki ölkə arasında imzalanmış sazişin vaxtı keçdiyi üçün yenilənməsi, Bakı və Əmman arasında birbaşa hava xəttinin yaradılması və digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi barədə qarşı tərəfə məlumat verilib, münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə bir daha təşəkkür ifadə edilib.

Görüşdə “Petra” İnkişaf və Turizm Regionu Hakimiyyəti Müvəkkillər Şurasının sədri Falah əl-Omuş, nazirin katibliyinin rəisi Hişam əl-Abbadi, nazirliyin ümumi işlər idarəsinin rəisi Monzer Jəmhavi və səfirliyin müşaviri İlham Əliyev iştirak ediblər.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  21-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA