Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

23.05.2018 [17:58]

Mayın 23-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda altı məsələyə baxılıb. Gündəlik barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov qeyd edib ki, 2016-cı ildə ölkəmizdə keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklər bəzi qanunvericilik aktlarının uyğunlaşdırılması zərurətini meydana gətirib.

İclasda Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov “Dövlət sirri haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlarda aparılan dəyişikliklər barədə deputatlara ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasıdır.

Sonra komitə sədri Ziyafət Əsgərov növbəti qanun layihələrini şərh edib. Diqqətə çatdırıb ki, 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanına əsasən, sərhəd qoşunlarında struktur dəyişikliyi aparıldığına görə həmin müddəanın “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda da öz əksini tapması vacibdir. “Mülki müdafiə haqqında” qanunda dövlət qulluqçularının statusu ilə bağlı konkretləşmə aparılır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.

Komitə üzvləri təklif olunan dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30