Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

24.05.2018 [11:30]

Mayın 24-də Bakıda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında danışıb. Komitə sədri vurğulayıb ki, Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda mövcud olan dini azadlıq, tolerantlıq və multikulturalizm mühiti ölkəmizin milli sərvətidir. Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində çox böyük rolu onun sonrakı dövrlərdə baş vermiş proseslər üçün mühüm zəmin və siyasi-hüquqi miras yaratması oldu.

Konfransda Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus-Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov çıxış ediblər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın vicdan azadlığının təmin edilməsi və milli mənəvi dəyərlərinin qorunması məqsədilə atılan mütərəqqi addımlar barədə fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində DQİDK tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda kitabın təqdimatı da olub.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30