Ana səhifə »  Qəzetin pdf formatı »  Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər
A+   Yenilə  A-
Rəsmi İrəvanın siyasi iflası: ermənilər Azərbaycanı xilaskar görürlər

Nikol Paşinyan “küçə inqilabı” vasitəsilə hakimiyyətə gələndə ermənilər çox sevinirdilər. Lakin daha ağıllı olanları bu prosesin mənfi nəticələr verə biləcəyini xatırladırdılar. İndi baş verənlər ehtiyatlı olmağı məsləhət görənlərin haqlı olduğunu təsdiqləyir. Hazırda Ermənistanın bir sıra siyasətçiləri və ekspertləri erməni xalqının təhlükə qarşısında qaldığından və siyasilərin ağıllı davranmalı olduqlarından bəhs edirlər. Onlar müəyyən çağırışlar edirlər. Hesab edirlər ki, cəmiyyət “klan prinsipi” üzrə parçalanır. Bu proses təhlükəli miqyas alıb və situasiya tam nəzarətdən çıxa bilər. Həmin sırada Dağlıq Qarabağdakı ermənilərin də etirazları ekspertlərin marağına səbəb olub. Bu prosesin nəticələri ilə bağlı təhlillər aparılır. Maraqlıdır ki, əksər ekspertlər ermənilərin artıq xilaskar kimi Azərbaycanı görməyə başladıqlarını ifadə edirlər. Bunun geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.

“Küçə demokratları”: əsl kimlikləri aydınlaşır

Nikol Paşinyanın “küçə demokratiyası”nın acı bəhrələrini artıq erməni xalqı dadır. Vəziyyət getdikcə bütün sahələrdə daha da kriminallaşır. Sahibkarlar ölkəni tərk edir, siyasi dairələr repressiyaya məruz qalır və hətta əsrlərlə siyasətlə iç-içə olan kilsə ilə hakimiyyət arasında ziddiyyət dərinləşir. Əvvəllər görünmədiyi səviyyədə sadə insanlar dini katolikosun istefasını tələb edirlər. General Manvel Qriqoryan isə Eçmiədzində şlaqbaumlar quraşdırıb, hakimiyyətə qarşı hərəkətə keçə biləcəyini bəyan edib. Çünki N.Paşinyan M.Qriqoryanın mer olan oğlunu işdən çıxarmaq istəyir.

Bütövlükdə erməni ekspertlər ölkədə siyasi repressiyaların aparıldığını və bunun fonunda yeni inqilab dalğasının yarana biləcəyini proqnozlaşdırırlar. Getdikcə daha çox siyasətçi N.Paşinyanın hərəkətlərindən narazılıq ifadə edir. Yeni baş nazir yüksəkvəzifəli məmurları işdən azad etməklə yanaşı, onları həbsə atmağı da planlaşdırır. Bu meyil Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejim ətrafında yeni oyunun başlaması kontekstində maraqlı məzmun kəsb edir.

Xankəndidə iki klan arasında əsl müharibə başlayıb. Serj Sarkisyan N.Paşinyana məhz Qarabağda zərbə vurmaq istəyir. Orada oyuncaq rejimin başında duran separatçı Bako Saakyanı vəzifədən çıxarmaq planı mövcuddur. Buna qarşılıq S.Sarkisyan tərəfdarları da hərəkətə keçiblər. Qarşıdurma getdikcə gərginləşir. Son olaraq İrəvandan göndərilən təhlükəsizlik əməkdaşları yerli camaatı döyüb və 15 nəfəri həbs edib.

Tez-tez təkrar olunan bu kimi hallar getdikcə daha geniş miqyas alır. Maraqlıdır ki, proses ermənilərin siyasi şüurunda müəyyən dəyişikliklər yaratmaqdadır. O sırada artıq Ermənistan cəmiyyətinin monolit siyasi mövqe tutduğunu demək çox çətindir. Ermənilər eyni məsələlərə fərqli münasibət göstərirlər.

Məsələn, Azərbaycana münasibət tədricən dəyişir. Xüsusilə Dağlıq Qarabağdakı ermənilər Azərbaycanı xilaskar kimi görməyə başlayıblar. Onlar 20 ildən artıqdır ki, təzyiq və qorxu altında yaşadıqlarını açıq etiraf edirlər. Bu müddətdə Azərbaycanın düşmən obrazının yaradılması və Ermənistan rəhbərliyinin “biz olmasaq, türklər sizi məhv edəcək” kimi yalan fikirlər aşılaması insanların psixikasına mənfi təsir edib. İndi ermənilər içərisində bütün bunların sadəcə bir yalan və iftira olduğunu, əsl fəlakətin erməni şovinizmindən və ultraradikal düşüncə tərzindən qaynaqlandığını dərk edənlərin sayı günü-gündən artır.

Həmin bağlılıqda bir neçə fikrə diqqət yetirək. Siyasi şərhçi Tevos Arşakyan çəkinmədən vurğulayır ki, Xankəndidə ermənilərin üsyana qalxmasının ən dərin səbəbi klanlararası müharibənin başlaması ilə əlaqəlidir. Konkret olaraq, Serj Sarkisyan və Robert Koçaryanın yaratdıqları “Qarabağ klanı” qorxu aparatı formalaşdırıb. Bu klan Ermənistanda fəaliyyət göstərir və Dağlıq Qarabağda öz rıçaqları mövcuddur. İnsanlar yoxsulluq içərisində sürünürlər, korrupsiya baş alıb gedir və hərbi xunta rejimi, cinayətkar səhra komandirləri türk xofu yaradaraq ermənilərə zülm edirlər. Vəziyyət o dərəcədə dözülməzdir ki, sadə adamlar orada yaşaya bilmirlər. Narazılıq edənlər isə qondarma rejimin qoçuları tərəfindən cəzalandırılırlar.

Bütün bunların əsasında T.Arşakyan maraqlı nəticəyə gəlir. Erməni ekspert yazır: “İnsanlar rejimin indiyə qədər yaratdığı “Azərbaycan qorxusu”nun da yalan olduğunu anlayır. Hərçənd, müharibə və qan üzərində hakimiyyətə gələn “Qarabağ klanı” “Azərbaycan təhlükəsi”ni qabardaraq insanları qorxu altında saxlayırdı. ... Zaman keçdikcə amansız rejimin Azərbaycandan daha təhlükəli olduğu ortaya çıxdı ... İndi ermənilər bilir ki, burada onlara rahat və firavan həyatı yalnız Azərbaycan bəxş edə bilər. İnsanlar Azərbaycanla sülhün əldə olunmasına çağırış edirlər. İndi buradakı ermənilər daha çox inanır ki, Qarabağa sabitliyi Nikol Paşinyan yox, İlham Əliyev gətirə bilər”.

Keçmiş kəşfiyyatçı Vaan Badasyan isə “daha pis nəticələr”in ola biləcəyini gözləyir. Onun arqumentləri də T.Arşakyanın gətirdiyi faktlara oxşardır. Maraqlıdır ki, bu erməni separatçısının çıxardığı nəticə Azərbaycanın xeyrinədir. V.Badasyan deyib ki, İrəvan lazımi addımlar atmasa, insanlar üzünü Bakıya çevirə bilərlər: “Bəli, bu, Bakı ola bilər. Azərbaycan rəhbərliyinin Qarabağ siyasətində prioritet istiqamətlərdən biri də oradakı ermənilərin Ermənistandan üz çevirməsini təmin etməkdir. Çünki Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərin öz vətəndaşı olduğunu və münaqişə həll olunandan sonra onların orada rahat şəkildə yaşaya biləcəyini deyir. Bu, istər-istəməz zülm altında yaşayan insanları cəlb edir”.

Erməni sosioloq David Karabekyan daha konkret fikir ifadə edir. Onun qənaətinə görə, Qarabağdakı ermənilər hansı yolla olursa-olsun, xilas olmaq istəyirlər. Bunun səbəbi kimi Xankəndidəki avtoritar qurumun insanlara böyük əziyyət verməsini göstərir. Hətta D.Karabekyana görə, indi ermənilər xilaskarın Bakı, yaxud İrəvan olmasında elə də fərq görmürlər. Sosioloq fikrinə belə yekun vurur: “Azərbaycan Ordusu Xankəndiyə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni, vəziyyət o həddə çatıb”.

D.Karabekyan rəsmi dairələrin dilə gətirmədiyi bir həqiqəti də açıq deyib. O, Dağlıq Qarabağdakı qondarma rejimin İrəvandan idarə olunduğunu və bu mənada Ermənistanla “dqr”in əslində bir struktur təşkil etdiklərini yazıb. Yəni, erməni sosioloq özü də bilmədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini dilə gətirib. Ermənistanda olan küçə inqilabının dalğası indi Xankəndidəki separatçı qurumu silkələyir.

Siyasi şərhçi S.Artsruni və politoloq A.Osipyan da oxşar fikir bildirirlər. A.Osipyan vurğulayır ki, Dağlıq Qarabağda ermənilər artıq bu vəziyyətdən beziblər. “Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər”.

Yanlış kurs: üç geosiyasi faktorun işığında

Ümumiyyətlə, bu cür mövqedə olan erməni mütəxəssislərin sayı getdikcə artır. Ancaq yuxarıda vurğuladığımız fikirlər üçün ortaq olan bir sıra məqamlar var ki, onların üzərində dayanmaq müəyyən geosiyasi həqiqətləri dərk etməyə imkan verərdi.

Birincisi, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini birbaşa Ermənistandakı duruma bağlayırlar. Yəni, kənardan hansısa qüvvənin Dağlıq Qarabağdakı ümumi sosial-siyasi və iqtisadi vəziyyətə təsir etmədiyi qənaəti vardır. Bu o deməkdir ki, ermənilər dolayı da olsa, “dqr” adlı bir qurumun olmadığını etiraf edirlər. Bu qondarma qurum faktiki olaraq İrəvandan təyin olunan separatçı-terrorçuların yaratdığı cəza rejimidir. Həmin cəza rejimi sadə ermənilərə zülm edir. Onlar Ermənistanda mövcud olan klanlara sıx bağlıdırlar. Bu səbəbdən Ermənistan rəhbərlərinin illərdir hay-küy saldığı “erməni demokratik hərəkatı”, “erməni azadlıq prosesi” kimi ibarələrin heç bir əsası yoxdur. Burada bir qrup mafiozun korporativ maraqları vardır.

İkincisi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi havadarlarının ciddi dəstəyi və yardımı ilə Ermənistan tərəfindən işğal edilib. Erməni ekspertlər sinxron olaraq bunu dolayı sözlərlə ifadə edirlər. Çünki onların təhlillərində daim Ermənistandan göndərilən emissarların hərəkətləri vurğulanır. Həmin emissarlar yerli əhaliyə zülm edirlər. Dağlıq Qarabağda yaşayan ermənilər onlardan xilas olmağı düşünürlər.

Konkret desək, indi oradakı ermənilər Ermənistanın işğalçı siyasətinin əlamətlərinin aradan qaldırılmasını tələb edirlər. Onlar şübhə etmirlər ki, bütün bəlalar İrəvandan gəlir. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi, indi Dağlıq Qarabağ erməniləri də Bakıdan faydalana bilərdilər. Onlar rifah və sabitlik içində yaşayardılar. Deməli, ermənilərin qarşısında dayanan ən böyük əngəl Ermənistanın işğalçılıq siyasətidir ki, bundan xilas olmaq gərəkdir. Başqa halda Dağlıq Qarabağdakı ermənilər normal həyat sürə bilməyəcəklər.

Üçüncüsü, artıq Dağlıq Qarabağda və hətta sadə vətəndaşlar anlayırlar ki, Azərbaycan dövləti böyük uğurlar qazanır. Bu, siyasəti, idarəetməni, iqtisadiyyatı, təhlükəsizliyi və sabitliyi əhatə edir. Onlar aldıqları informasiyalar vasitəsilə əmin olurlar ki, rəsmi İrəvan Azərbaycanla bağlı yalan şeylər danışır və əsl tərəqqi Azərbaycanda baş verir. Məsələn, mötəbər beynəlxalq tədbirlər Azərbaycanda keçirilir, dünyanın böyük dövlətləri Azərbaycanla bütün sahələrdə əməkdaşlıq edir, müxtəlif sahələrə aid müqavilələr imzalayırlar. Prezident seçkisindən sonra ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, İran, Türkiyə kimi dövlətlərin başçıları İlham Əliyevi nəinki təbrik etdilər, hətta onunla ən yaxın və geniş əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etdilər.

Prezident İlham Əliyev Türkiyəyə və Böyük Britaniyaya etdiyi səfərlərdən ciddi sazişlərlə qayıtdı. Fransa, Almaniya, ABŞ, İran və Rusiya Azərbaycan Prezidenti ilə bütün sahələrdə yeni müqavilələr imzalamağa maraq göstərdiklərini bəyan etdilər. Ayrıca Amerika Prezidenti Donald Tramp daha geniş əlaqələrdən bəhs edən və Azərbaycanın xarici siyasətinə tam dəstəyini ifadə edən məktublar göndərdi.

Bütün bunlar Cənub Qaz Dəhlizinin rəsmi açılışı fonunda olduqca təsiredici görünür. TANAP-a qarşı illərdir qarayaxma kampaniyası aparan Ermənistan rəhbərliyi indi onun işə başlamasının səbəbini ermənilərə izah edə bilmir. Ermənilər özləri müşahidələri əsasında belə qənaətə gəlirlər: Azərbaycan inkişaf edir, dövlət kimi güclənir, Ermənistan isə forpost olaraq bir addım belə irəli gedə bilmir.

Ermənilər artıq illərdir rəsmi dairələrin hərbi qüdrətdən dəm vuran ibarələrinə və təhlükəsizliyin təmininə də inanmırlar. Onların psixi durumuna ilk ağır zərbəni 2016-cı ildəki Aprel döyüşləri vurdu. Sadə ermənilər gördülər ki, Azərbaycan Ordusu çox qısa zamanda Xankəndini azad edə bilər. Hətta İrəvana belə daxil olar. Bu o deməkdir ki, ermənilərin təhlükəsizliyini Ermənistan təmin edə bilməz! Bu tezisin digər mənası ondan ibarətdir ki, Ermənistan rəhbərliyi kor siyasəti ilə ölkəni Rusiyadan tam asılı vəziyyətə salıb. Moskva istədiyi vaxt erməniləri cəzalandıra bilər. O, əlini çəkdiyi an, Azərbaycan əsgəri Xankəndidədir!

Bunu son günlər Naxçıvan istiqamətində baş verən hərbi əməliyyatlar da təsdiqlədi. N.Paşinyanın qulbeçələri Naxçıvana yaxın əraziyə gedib, ağıllarına gələni sayıqlamışdılar. Hətta bir sıra şovinist erməni ekspertləri Naxçıvanı “azad etməkdən” dəm vurdular. Əslində isə nə baş verdi? Azərbaycan Ordusu qısamüddətli bir hərbi əməliyyatla Şərur rayonu istiqamətində 11 min hektar torpaq sahəsini və Günnüt kəndini işğalçılardan azad etdi, strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdi və indi İrəvan-Gorus-Laçın yoluna tam nəzarət edir. Azərbaycan Ordusu qədim türk diyarı olan Dərələyzdəki Arpa kəndini də erməni işğalından əbədi xilas edib.

Reallıq budur və əhəmiyyətlisi odur ki, artıq ermənilərin özləri də onu etiraf etməyə məcburdurlar. Onlar aydın görürlər ki, Ermənistanın və onun havadarlarının populist və pafoslu bəyanatlarına baxmayaraq inkişaf edən Azərbaycan, geridə qalan, deqradasiyaya uğrayan isə Ermənistandır! Özlüyündə bütün bu məqamlar başqa bir mühüm geosiyasi nəticə çıxarmağa əsas verir.

İnformasiya müharibəsində yeni mərhələ: İlham Əliyev tam haqlıdır!

Biz rəsmi İrəvanın informasiya müharibəsində ciddi məğlubiyyətə uğramağa başladığını nəzərdə tuturuq. Bu bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində ifadə etdiyi bir sıra fikirlərə nəzər salaq. Dövlətimizin başçısı vurğulayıb: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir" (bax: Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib / AZƏRTAC, 6 iyun 2018).

Bəli, Prezident İlham Əliyev hələ 15 il bundan öncə informasiya sahəsində hücuma keçməyin zəruriliyini vurğuladı və onu bir vacib vəzifə kimi Azərbaycanın qarşısında qoydu. Ölkə rəhbəri bu istiqamətdə çox ciddi və geniş fəaliyyət göstərdi. İlham Əliyev tutarlı arqumentlərlə Ermənistanın işğalçılığını və hərbi xunta rejiminin əsl simasını dünyaya anlatdı. Bu fəal siyasətin nəticəsini indi həm Azərbaycan, həm də Ermənistan görməkdədir. Yəni Azərbaycan xalqı dövlət başçısının səmərəli və uğurlu fəaliyyəti ilə fəxr edir, erməni xalqı isə öz hakimiyyətinin real simasının nədən ibarət olduğunu açıq deyir!

Dövlətimizin başçısı fikirlərini inkişaf etdirərək erməni xalqının bir həqiqəti də dərk etməyə başladığını bəyan edib. İlham Əliyev ifadə edib: “Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib” (bax: əvvəlki mənbəyə).

İndi erməni mütəxəssisləri Ermənistanın iqtisadi iflasa uğradığını konkret faktlarla sübut edirlər. N.Paşinyan kimi “küçə siyasətçisi”nin hakimiyyətə gələ bilməsi də bu faktla sıx bağlıdır. Bu o deməkdir ki, Ermənistanda siyasi mübarizə mədəniyyəti keçən əsrin 90-cı illərinin əvvəllərindəki səviyyədən yüksələ bilməyib. Hələ də Ermənistanda ədaləti, siyasi və iqtisadi tərəqqini, təhlükəsizliyi qanunları, sivil inkişaf proqramlarını həyata keçirməklə deyil, küçədən olan təzyiqlə həll etməyin mümkünlüyünə inanırlar.

Hər hansı bir ölkənin siyasi səviyyəsi baxımından bu, ciddi faktdır. Çünki dünyanın heç bir demokratik ölkəsində küçədən təzyiqlə inkişaf baş vermir. Cəmiyyətin təfəkküründə inkişaf paradiqmasının reallaşması yalnız islahatlar, qanunun aliliyinin təmin edilməsi, səmərəli layihələrin həyata keçirilməsi vasitəsilə olur. N.Paşinyan hadisəsi isə göstərdi ki, Ermənistanda cəmiyyət zorakı küçə təzyiqləri yolu ilə zülmdən xilas olmağın mümkünlüyünə inanmaqdadır. Bu proses indi də davam edir. Lakin erməni xalqının özü-öz radikallığının girovuna çevrilib. Orada boğulur.

Bunlarla yanaşı, həmin proses bizim üçün daha əhəmiyyətli olan bir reallığı da ortaya qoyur. Bu aspektdə Prezident İlham Əliyev lakonik şəkildə aşağıdakı fikri ifadə edib: "İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək" (bax: əvvəlki mənbəyə).

İlham Əliyev vurğulayır ki, son nəticədə Qafqaza sülh gələ bilər. Azərbaycan da bunu istəyir. Çünki buna onun haqqı var. Rəsmi Bakı ümid edir ki, münaqişə danışıqlar yolu ilə həll oluna bilər (bax: əvvəlki mənbəyə). Azərbaycan Prezidentinin bu fikirləri bəzi dairələrin bir yanlışlığını da üzə çıxarmış olur. Elə hesab edilirdi ki, Azərbaycan Ermənistanda yaranmış vəziyyətdən istifadə edib, hərbi əməliyyatlara başlayacaq.

Təbii, nə qədər ki, torpaqlarımız işğal altındadır, bunu istənilən zaman gözləmək lazımdır. Ancaq Azərbaycan rəhbəri qlobal geosiyasi vəziyyəti də nəzərə alaraq, yenə də sülh yoluna üstünlük verdiyini bəyan edib. Azərbaycan dövləti mahiyyətcə sülhpərvərdir, ancaq özünün ərazi bütövlüyündən də heç zaman imtina etməyəcək. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcək. Ermənilər danışıqlar yolu ilə işğal etdikləri ərazilərdən çıxmasalar, Azərbaycan Ordusu öz vəzifəsini yerinə yetirəcək.

Bunların fonunda Ermənistanın xarici işlər nazirinin Moskvadan əliboş geri qayıtması tam gözlənilən idi. Ona Kremldə açıq anladıblar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli incə məsələdir və Azərbaycanın maraqları gözlənilməlidir. Qarabağdakı qondarma rejimin danışıqlarda tərəf kimi iştirakı istisnadır. ATƏT-in Minsk qrupunun vasitəçilik formatı dəyişdirilmir. Əgər hansısa dəyişiklik olsa, onda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları eyni statusla iştirak edə bilərlər.

Deməli, Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ siyasəti reallığa söykənmir. Bu da onun Serj Sarkisyanın səhvini təkrar etdiyini göstərir. Radikal, birtərəfli və qeyri-obyektiv siyasətlə nəyəsə nail olmaq mümkün deyildir. Prezident İlham Əliyev bütün bunlara görə, Ermənistandakı yeni hakimiyyəti əvvəlki erməni rəhbərlərinin səhvini təkrarlamamağa dəvət edib. Əks halda, ziyan çəkən erməni tərəfi olacaq.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Ermənistan rəhbərliyinin münaqişənin həlli məqsədilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutması artıq erməni cəmiyyətində narazılıqları artırır. Rəsmi İrəvan daxili mühitdəki gərginliklərlə yanaşı, qlobal geosiyasi səhnədə baş verən proseslərin təbii məntiqinə qarşı getmək nəticəsində meydana çıxan mürəkkəbliklərlə də üz-üzədir. Onun bu vəziyyətdən necə çıxacağı yalnız özündən asılıdır. Rasional və ədalətli mövqe tutmasalar, böyük problemlərlə qarşı-qarşıya qalacaqlar!

Newtimes.az

 
  • Oxunub:  1320  |  
  • Tarix:  13-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

17:41
25 İyun
“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
17:37
25 İyun
Azay Quliyev: Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi və bütün dünya buna şahidlik etdi
17:26
25 İyun
Azərbaycan və Ukrayna Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi planı imzalanıb
17:24
25 İyun
Bəhruz Quliyev: Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi
17:16
25 İyun
BƏƏ-nin mobil operatorunun qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib
17:12
25 İyun
Deputat: Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir
17:10
25 İyun
Millət vəkili AŞ PA-nı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb
17:05
25 İyun
Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib
17:01
25 İyun
Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək
17:00
25 İyun
Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub
16:50
25 İyun
Bakıda keçiriləcək paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək
16:49
25 İyun
Maynura Murzamadieva: Naxçıvanda tarixi və dini turizmin inkişaf etdirilməsi üçün böyük potensial var
16:45
25 İyun
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək
16:31
25 İyun
Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi
16:29
25 İyun
“The Jerusalem Post”: TANAP Azərbaycanın qaz ehtiyatlarını Avropaya nəql edəcək
16:27
25 İyun
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədris ilinin yekunlarına həsr olunan iclas keçirilib
16:26
25 İyun
Lilian Mori Paskye AŞPA-nın sədri vəzifəsinə təsdiqlənib
16:25
25 İyun
Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq Evi açılıb
16:20
25 İyun
Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq
16:18
25 İyun
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
16:18
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub
16:16
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi Varşavada qeyd edilib
16:15
25 İyun
Bakı Ali Neft Məktəbinin tələbələri yay istehsalat təcrübəsində
16:13
25 İyun
Dünya Bankı kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycana kömək etməyə hazırdır
16:11
25 İyun
Yaponiya KİV-ləri Türkiyədə keçirilən seçkiləri geniş işıqlandırıb
16:09
25 İyun
Məhərrəm İncə: Səsvermənin nəticələrini tanıyıram
16:08
25 İyun
AŞPA-nın yay sessiyası işə başlayıb
16:07
25 İyun
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
16:03
25 İyun
Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
15:19
25 İyun
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:58
25 İyun
Dövlət Gömrük Komitəsinin sədri Qax şəhərində vətəndaşları qəbul edib
14:41
25 İyun
Azərbaycan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsini yanvardakı iclasını Bakıda keçirməyə dəvət edib
14:36
25 İyun
“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib
14:34
25 İyun
Sədaqət Vəliyeva: Lələtəpədən, Günnütdən sonra növbə Şuşanın və Xankəndinindir
12:42
25 İyun
Hikmət Babaoğlu: "Türkiyə xalqı ən doğru qərarı qəbul etdi"
12:39
25 İyun
Gəmiçilik səhmləri dünya birjalarında satılan kommersiya təşkilatına çevrilməyi planlaşdırır
12:36
25 İyun
FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir keçirilib
12:25
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Heydər Əliyev Mərkəzində olub
12:07
25 İyun
Sudeif İmamverdiyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb
11:40
25 İyun
2019-cu və növbəti üç ilin sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb
11:35
25 İyun
Azərbaycan Ordusunun 100 illik yubleyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
11:31
25 İyun
Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir
11:11
25 İyun
Azərbaycanın energetika naziri Vaşinqtondakı beynəlxalq konfransda iştirak edəcək
11:00
25 İyun
Azərbaycan OPEC-in neft hasilatının artırılması qərarını dəstəkləyib
10:54
25 İyun
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
10:49
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:45
25 İyun
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib
10:42
25 İyun
Türkiyə seçicisi Prezident Rəcəb Tayyib Ərdoğana və AKP-yə etimad göstərdi
10:40
25 İyun
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:29
25 İyun
Ölkəmizdə ayaqqabı istehsalı 95,6 faiz artıb
09:27
25 İyun
Bu ilin beş ayında dəniz limanlarında 4100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib
09:24
25 İyun
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
09:17
25 İyun
Bu il 224,6 milyon manatlıq tikinti materialı istehsal edilib
09:13
25 İyun
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
09:07
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlib
09:01
25 İyun
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
08:58
25 İyun
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib
13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+20 +24