Ana səhifə »  Qəzetin pdf formatı »  Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir
A+   Yenilə  A-
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının daha bir təzahürü kimi, ötən dövrdə ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli şəkildə genişləndirilib, bölgələrdə əlilliyi olan insanlar üçün yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü ilə Abşeron rayonunda 243 mənzildən ibarət iki yaşayış binası inşa olunaraq dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub. “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası başa çatmaq üzrədir. Eləcə də Fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Nazir qeyd edib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o cümlədən 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında yaşayır. Həmin müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar şəraitdə sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində, həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən özünüməşğulluğuna yönəldilmiş tədbirlər də görülməlidir. Ümumilikdə, sosial xidmətlərin keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli, beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi sahəsində ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır.

Müşavirədə bildirilib ki, dövlət başçısının tapşırığı əsasında son illərdə reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün mühüm işlər görülür. Artıq nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada da müasir bərpa-müalicə şəraiti yaradılır. Digər bərpa müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu ilin beş ayında nazirliyin bərpa mərkəzlərində 9 min nəfərə stasionar və ambulator şəkildə reabilitasiya xidmətləri göstərilib. Lakin qeyd olunanlarla yanaşı, əlillər arasında reabilitasiya səviyyəsi xeyli aşağı səviyyədədir. Ona görə də bərpa mərkəzlərinin fəaliyyətinin səmərəliliyi əlilliyi olan şəxslərin sağlamlığının bərpasında əldə etdikləri nəticələrlə, reabilitasiya səviyyəsinin artması ilə ölçülməli və həmin prinsip əsasında qiymətləndirmə mexanizmi tətbiq edilməlidir. Reabilitasiya sistemi tibbi yanaşma ilə bərabər, eyni zamanda, sosialyönümlü olmalı, müvafiq şəxslərin cəmiyyətə fəal inteqrasiyasında da öz rolunu oynamalıdır.

Nazir reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların peşəkarlığının artırılmasının, ümumilikdə həmin müəssisələrin konkret səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının vacibliyini qeyd edib.

Müşavirədə bildirilib ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır.

Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, həmin sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

 
  • Oxunub:  1170  |  
  • Tarix:  14-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

17:41
25 İyun
“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
17:37
25 İyun
Azay Quliyev: Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi və bütün dünya buna şahidlik etdi
17:26
25 İyun
Azərbaycan və Ukrayna Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi planı imzalanıb
17:24
25 İyun
Bəhruz Quliyev: Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi
17:16
25 İyun
BƏƏ-nin mobil operatorunun qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib
17:12
25 İyun
Deputat: Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir
17:10
25 İyun
Millət vəkili AŞ PA-nı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb
17:05
25 İyun
Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib
17:01
25 İyun
Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək
17:00
25 İyun
Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub
16:50
25 İyun
Bakıda keçiriləcək paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək
16:49
25 İyun
Maynura Murzamadieva: Naxçıvanda tarixi və dini turizmin inkişaf etdirilməsi üçün böyük potensial var
16:45
25 İyun
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək
16:31
25 İyun
Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi
16:29
25 İyun
“The Jerusalem Post”: TANAP Azərbaycanın qaz ehtiyatlarını Avropaya nəql edəcək
16:27
25 İyun
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədris ilinin yekunlarına həsr olunan iclas keçirilib
16:26
25 İyun
Lilian Mori Paskye AŞPA-nın sədri vəzifəsinə təsdiqlənib
16:25
25 İyun
Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq Evi açılıb
16:20
25 İyun
Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq
16:18
25 İyun
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
16:18
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub
16:16
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi Varşavada qeyd edilib
16:15
25 İyun
Bakı Ali Neft Məktəbinin tələbələri yay istehsalat təcrübəsində
16:13
25 İyun
Dünya Bankı kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycana kömək etməyə hazırdır
16:11
25 İyun
Yaponiya KİV-ləri Türkiyədə keçirilən seçkiləri geniş işıqlandırıb
16:09
25 İyun
Məhərrəm İncə: Səsvermənin nəticələrini tanıyıram
16:08
25 İyun
AŞPA-nın yay sessiyası işə başlayıb
16:07
25 İyun
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
16:03
25 İyun
Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
15:19
25 İyun
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:58
25 İyun
Dövlət Gömrük Komitəsinin sədri Qax şəhərində vətəndaşları qəbul edib
14:41
25 İyun
Azərbaycan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsini yanvardakı iclasını Bakıda keçirməyə dəvət edib
14:36
25 İyun
“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib
14:34
25 İyun
Sədaqət Vəliyeva: Lələtəpədən, Günnütdən sonra növbə Şuşanın və Xankəndinindir
12:42
25 İyun
Hikmət Babaoğlu: "Türkiyə xalqı ən doğru qərarı qəbul etdi"
12:39
25 İyun
Gəmiçilik səhmləri dünya birjalarında satılan kommersiya təşkilatına çevrilməyi planlaşdırır
12:36
25 İyun
FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir keçirilib
12:25
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Heydər Əliyev Mərkəzində olub
12:07
25 İyun
Sudeif İmamverdiyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb
11:40
25 İyun
2019-cu və növbəti üç ilin sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb
11:35
25 İyun
Azərbaycan Ordusunun 100 illik yubleyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
11:31
25 İyun
Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir
11:11
25 İyun
Azərbaycanın energetika naziri Vaşinqtondakı beynəlxalq konfransda iştirak edəcək
11:00
25 İyun
Azərbaycan OPEC-in neft hasilatının artırılması qərarını dəstəkləyib
10:54
25 İyun
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
10:49
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:45
25 İyun
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib
10:42
25 İyun
Türkiyə seçicisi Prezident Rəcəb Tayyib Ərdoğana və AKP-yə etimad göstərdi
10:40
25 İyun
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:29
25 İyun
Ölkəmizdə ayaqqabı istehsalı 95,6 faiz artıb
09:27
25 İyun
Bu ilin beş ayında dəniz limanlarında 4100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib
09:24
25 İyun
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
09:17
25 İyun
Bu il 224,6 milyon manatlıq tikinti materialı istehsal edilib
09:13
25 İyun
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
09:07
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlib
09:01
25 İyun
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
08:58
25 İyun
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib
13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+20 +24