Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb

Filadelfiyada Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb

14.06.2018 [15:20]

ABŞ-ın tarixi şəhərlərindən biri olan Filadelfiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar dövlət bayrağımızın ucaldılması mərasimi keçirilib.

Şəhərin ən məşhur tarixi məkanı olan meriyanın binası qarşısında keçirilən mərasim Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan icmasının, Filadelfiya şəhər meriyasının və ABŞ-dakı səfirliyimizin nümayəndələri iştirak ediblər.

Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri mərasimdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumat verib. O, Azərbaycanın güclü və müstəqil dövlət olduğunu, hər bir azərbaycanlının öz dövləti ilə fəxr etdiyini söyləyib.

Filadelfiya şəhər merinin köməkçisi Şila Has çıxışında tarixi gün münasibətilə Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik edib. O, şəhər meri Cim Kenni tərəfindən 28 may 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cümhuriyyəti Günü elan edilməsi barədə imzalanmış bəyannaməni tədbir iştırakçılarına elan edib.

Pensilvaniyada yaşayan Azərbaycan icmasının fəalları adından çıxış edən Gülər Mehdiyeva göstərilən diqqətə görə Filadelfiya şəhər meriyasının nümayəndələrinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Sonda məşhur amerikalı musiqişünas Cefri Verbok Azərbaycan muğamlarını ifa edib.

Daha sonra icma fəalları Zamin Əkbərov və Rövşən Səfərov Azərbaycan milli rəqslərini və musiqilərini təbir iştirakçılarına təqdim ediblər. Azər Dəmirov skripkada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbari” kompozisiyasını ifa edib.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31