Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisdə Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş olub

Milli Məclisdə Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş olub

21.06.2018 [14:21]

İyunun 21-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyənin baş ombudsmanı, Rusiya Federasiyasının Dağıstan və Tatarıstan respublikalarının, həmçinin Moskva şəhərinin, Bolqarıstanın, Gürcüstanın, Pakistanın, Rumıniyanın, Əfqanıstanın, Makedoniya Respublikasının və Serbiyanın insan hüquqları üzrə müvəkkilləri, Ombudsman aparatlarının rəhbərləri iştirak ediblər.

Hər il ölkəmizdə Ombudsmanların Bakı Beynəlxalq Konfransının keçirildiyini deyən Ziyafət Əsgərov bildirib ki, builki konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi kimi mühüm hadisələrlə üst-üstə düşür.

Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması və onların icra mexanizmlərinə xüsusi diqqət yetirilir. Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub. Azərbaycan insan hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu Konstitusiyasının üçdəikisi insan hüquqlarına həsr olunub. Eyni zamanda, insan hüquqlarının reallaşdırılması mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı Ombudsman institutu təsis edilib. Həmçinin müvafiq dövlət proqramları, qanunlar qəbul olunub.

Ziyafət Əsgərov hüquq bərabərliyinin hazırda bütün dünyada çox vacib məsələlərdən biri olduğunu deyib. Qeyd edib ki, hələ 1918-ci ildə Azərbaycanda demokratik cümhuriyyət qurulanda ilk olaraq hüquq bərabərliyi əsas amil, prinsip kimi götürülüb, qadınlarla kişilərə bərabər hüquqlar verilib.

Azərbaycanda “Gender bərabərliyi haqqında” Qanunun qəbul edildiyini söyləyən Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkəmizdə irqindən, dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət sərgilənir. İstər parlamentdə, istər dövlət idarəetməsində, istərsə də bələdiyyələrdə qadınların iştirak çəkisi artmaqdadır.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.

Ziyafət Əsgərov, həmçinin konfrans iştirakçılarına Azərbaycan parlamentinin yaranma tarixindən və fəaliyyətindən danışıb.

Görüşdə iştirak edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ombudsman İnstitutunun Milli Məclislə sıx əməkdaşlığından bəhs edib. O, Azərbaycan parlamentinin Ombudsman təsisatına dəstəyi barədə məlumat verib.

Sonda qonaqların sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31