Ana səhifə »  Qəzetin pdf formatı »  QARA rəngin "sevdalıları"
A+   Yenilə  A-
QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır!!!
Yenə başlayıblar, yenə bu ölkəni qaraya bürümək üçün yeni qanlı planlar qurur, ətrafımızda tor hörməyə çalışırlar. Düşmənlərimizi deyirəm. Bizi sevməyən, bizim uğurlarımızı həzm edə bilməyən, BİZİ – yəni AZƏRBAYCANI qüdrətli deyil, başqa güclərdən asılı olan zəif bir ölkə kimi görmək istəyən düşmənlərimizi...
Düşmənlərimizin və onların daxilimizdəki buyruq qullarının yeni planının kod adı isə "GƏNCƏ"dir! Bəli, düşmənlərimizin bizə zərbə vurmaq üçün bu dəfə Gəncəni seçməsi heç də təsadüfi deyil. Bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. O Cümhuriyyət ki, 1918-ci il mayın 28-də elan olunsa da, Bakının bu dövlətin paytaxtı olması üçün sentyabra qədər gözləməli olmuşdu. Həmin müddət ərzində isə Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı kimi tarixə düşmüşdür. Məhz Gəncədən başlanan uğurlu yürüş və döyüş əməliyyatları ilə bolşevik-daşnak qüvvələrini darmadağın edən Qafqaz İslam Ordusunun qüvvələri 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan azad etmişdi. Yəni bu il həm də Bakının bolşevik-daşnak işğalçılarından azad olunmasının 100-cü ildönümünü də qeyd edəcəyik ki, bu tarixə də Gəncənin adı qızıl hərflərlə yazılıb.
Və istər həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını süngü ilə qarşılayan, istərsə də ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən dövlət müstəqilliyimizin elan edilməsindən rahatsız olan düşmənlərimiz bu 100 illik yubileylərlə zəngin 2018-ci ildə bizə məhz Gəncədə qurşaqdan aşağı zərbə vurmağa qalxdılar. Onlar elə bildilər ki, əməlləri, niyyətləri, qara arzuları baş tutacaq və beləliklə də Gəncə ilə bağlı tariximizdəki müsbət məqamları xalqımızın hafizəsindən silə biləcəklər.
Lakin düşmənlərimizin bu hesabları tutmadı. Onlar bir daha yanıldılar. Unutdular ki, əvvəla, Azərbaycanda güclü dövlət institutları, mərkəzi icra hakimiyyəti orqanları və eyni zamanda, sabitliyi, əmin-amanlığı təmin etməyə qadir olan hüquq-mühafizə orqanları var. Bəli, məhz hüquq-mühafizə orqanları əməkdaşlarının, Azərbaycan polisinin qətiyyəti, dövlətə, dövlətçiliyə sədaqəti, pozucu qüvvələrə qarşı barışmaz mövqeyi nəticəsində antiazərbaycançı, ermənipərəst mərkəzlərin Gəncə üzərindən ölkəmizə qarşı həyata keçirmək istədikləri məkrli plan baş tutmadı.
Ən əsası isə düşmənlərimiz, bu planın müəllifləri və daxildəki icraçıları (hansı ki bu icraçıların bir adı var – vətən xaini-N.A) unutdular ki, Azərbaycanda artıq bütün çətin sınaqlardan uğurla çıxmış xalq-iqtidar birliyi mövcuddur. Bu gün öz sabitliyinə, tolerantlığına, multikultural dəyərlərə yanaşmasına görə dünyaya nümunə olan ölkəmizdə sabitliyin əsasında da məhz Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Məhz bu iradə, xalq-iqtidar birliyinin sarsılmazlığı, xalqın pozucu qüvvələrə meydan verməməsi, bu qüvvələri dəstəkləməməsi düşmənlərimizin Gəncə planını pozdu, vətən xainlərinin cəhdlərinin boşa çıxması ilə nəticələndi.
Gəncədəki son olaylar növbəti dəfə sübut etdi ki, gəncəlilərin timsalında bütövlükdə Azərbaycan xalqı bir daha ötən əsrin 90-cı illərində baş verənlərin, vətəndaş müharibəsi, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosun təkrarlanmasını qətiyyən istəmir və buna heç vaxt yol verməyəcək.
Və sonda, iyulun 3-də Gəncədə baş verən məlum hadisədən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni "qəhrəman" elan etməyə başladılar. Eyni zamanda, onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi antimilli ünsürlərdən də kömək gəldi. Bunun ardınca isə Rusiyada "talış separatçısı kimi ad-san qazanmış" İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun yaxın ətrafı cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. Bütün bular isə məlum olayların pərdəarxası məqamlarına işıq salır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qeyd etdiyi kimi, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən "iaşə müxalifəti"nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik.
Yeri gəlmişkən, bu sırada ölkəmizə qarşı tətbiq edilən ideoloji təxribatın icraçılarının kimliklərinə, cinayətkar keçmişlərinə nəzər salmaq da vacibdir. Məsələ burasındadır ki, iyulun 3-də Gəncədə baş verən məlum hadisədən sonra facebook səhifəsində "qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir", "yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsini vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil" yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib.
Eyni zamanda, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə iyulun 10-dakı qanlı cinayəti törətməkdə şübhəli bilinən radikal dindar, 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Məmmədəli oğlu Böyükkişiyev 02.10.2007-ci il tarixində AR CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə 7 il müddətinə, 14.07.2015-ci il tarixində Rusiya Federasiyası CM-in 161.2-ci maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yaxud iyulun 10-da Gəncə şəhərində polis əməkdaşlarının öldürülməsində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlunun qardaşı Qasımov Ramin Xəqani oğlu da cinayətkardır. O, 2016-cı ilin sentyabr ayında Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) 7 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir.
Beləliklə, mənzərə bütün çılpaqlığı ilə ortadadır. İnsanları sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranlar, həmçinin xarici düşmənlərimizin ölkəmizin müstəqilliyinə qarşı hesablanmış, dövlətçiliyimizi hədəfə alan məkrli planlarının icraçıları məhz bu cür insanlardır.
Bir sözlə, iyulun 10-da Gəncədə radikal dini yönümlü bir qrup şəxsin, ölkəmizi qara rəngə bürümək istəyənlərin, QARA rəngin "sevdalıları"nın (hadisə yerindən çəkilən videolarda polis zabitini qətlə yetirənlərdən birinin başdan-ayağa qara rəngli paltar geyinməsi də diqqətimi çəkdi - N.A) etdiklərinin bir adı var - DÖVLƏTƏ VƏ XALQA QARŞI XƏYANƏT!!! Ona görə də Azərbaycan ictimaiyyətinin istəyi və tələbi budur ki, xarici qüvvələrin əlində alətə çevrilib Vətənə, xalqa, millətə xəyanət edənlər, dövlətimizə, dövlətçiliyimizə, ölkəmizin konstitusion quruluşuna qarşı çıxanlar, Azərbaycanda öz təxribatları ilə qarışıqlıq salmaq istəyənlər ən sərt şəkildə cəzalandırılmalıdır!!!
Nadir AZƏRİ

 
  • Oxunub:  4800  |  
  • Tarix:  11-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA