Ana səhifə »  Qəzetin pdf formatı »  Mübariz Qurbanlı: "Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq istəyirlər"
A+   Yenilə  A-
Mübariz Qurbanlı: "Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq istəyirlər"

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində baş verən hadisələrlə bağlı APA-ya və APA TV-yə müsahibə verib.
- Gəncə şəhərində baş verən olayları şərh etməyinizi istərdik...
- Azərbaycanda müəyyən dairələr kriminal elementlərin əli ilə din adı altında terror aktları həyata keçirməklə qarışıqlıq salmağa çalışırlar. Gəncə də təsadüfən seçilməyib. Çünki Gəncə bizim strateji cəhətdən əhəmiyyətli bölgəmizdir. Eyni zamanda, düşmənlə təmasa yaxın ərazidir. İndi bu məqamda İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin avtobioqrafiyasına nəzər salaq. Araşdırmalar zamanı onun təhsili, əlaqələri haqqında məlumatlar üzə çıxıb və məlum olub ki, o, faktiki olaraq dinə bağlı ailədə və mühitdə böyüməyib. Xarici ölkəyə dini ziyarət səfərləri zamanı müəyyən təlim keçməklə Gəncədə törədilən terror əməlində istifadə edilib.
Eyni zamanda, iki gün əvvəl bu hadisənin davamı olaraq Gəncədə meydanda baş verən qətl ilə nəticələnən hadisəyə baxaq. Ora böyük meydandır. Əvvəlcədən aksiya təyin olunur, amma əhali bu aksiyanı dəstəkləmir. Qeyd edilən vaxtda bir qrup cinayətkar xarakterli adamlar peyda olur və qəflətən polis zabitlərinə hücum edir. Özü də polisin onlarla söhbət apardığı zaman, qəflətən – xaincəsinə vururlar. Deməli, bu qruplar məqsədyönlü şəkildə buna hazırlaşıblar, yeni cinayət törətməklə vəziyyəti daha da çətinləşdirmək, hakimiyyətin bundan irəli gələrək atacağı sərt addımlardan dolayı əhalini öz tərəflərinə çəkmək niyyəti daşıyırdılar. Amma məqsədlərinə çatmadılar. İndi müvafiq qurumlar çalışır və bunun arxasında duranları aşkar edəcəklər. Bizdə məlumatlar var ki, bu hadisəni törədən qrupların üzvləri zaman-zaman xaricdəki dini ziyarətgahlara aparılıblar, onlara müəyyən təlimlər keçilib. O qrupları araşdırsanız, görərsiniz ki, onların arasında elə şəxslər var, heç ömründə məsciddə olmayıblar, yəni dinlə heç bir əlaqələri yoxdur.
- Ölkədə bu kimi olaylar baş verən zaman arxasında xarici qüvvələrin olduğu bildirilir. Dəqiq ünvanı açıqlamaq olarmı? Eyni zamanda, Dövlət Komitəsi son illər ard-arda təbliğat xarakterli tədbirlər həyata keçirir. Necə olur ki, bu təbliğatın qarşısında o xarici dairələrin niyyəti ölkədə reallaşa bilir?
- Belə deyim, əgər o xarici dairələrin təbliğatı bizim gördüyümüz işlərin qarşısında keçərli olsaydı, o zaman yüz minlərlə insan onların təbliğatına uyaraq bu prosesə qatılardı. Amma biz orada nə qədər adam görürük? Uzağı 100-150 nəfər. Bu, xüsusi bir təxribat qrupudur. Biz dövlət qurumları olaraq birgə çox böyük maarifləndirmə işləri aparırıq. Amma heç kim bu xain qrupları heç vaxt təbliğat yolu ilə ləğv edə bilməz. Bunları yalnız cinayət başında yaxalamaqla tərksilah və cəmiyyətdən təcrid etmək olar. Bu gün sosial şəbəkələrə baxaq. Gəncədəki polislərin qətlinə yalnız hansısa anonim ünvanları olan istifadəçilər haqq qazandırır.
Gələk indi onlara havadar olan xarici qüvvələrin ünvanına. Belə bir fikir var ki, təxribatdan kim faydalana bilər? Gəlin baxaq, görək bu təxribatlar baş tutduğu halda kimlər və hansı xarici dairələr faydalana bilərdi? Son vaxtlar ölkəmizdə həyata keçirilən işlər - ordumuzun möhtəşəm hərbi paradı, enerji layihələrinin reallaşması, strateji tərəfdaşlarımızın sayının artması və s. Bu, kimlərə əks təsir edirdisə, təxribatdan da onlar faydalanır. Digər məqam: kimlər, hansı dairələr bunları kənardan müdafiə edir? Məsələn, Gəncənin icra başçısına sui-qəsdi kimlər dəstəkləyirdi? Ermənistanda internet üzərindən yayılan bir televiziyanın separatçı əməkdaşları dayanmadan bu prosesə dəstək verir, çağırışlar edirlər. Konkret olaraq, Azərbaycan əleyhinə daim çağırış edən separatçılardır. Çox təəssüf, öz içərimizdə də hakimiyyət əleyhinə olan insanlar var ki, bu dalğaya qoşularaq milli maraqlarımızın əleyhinə hərəkət edirlər - bilərəkdən, ya da bilməyərəkdən. O ki qaldı konkret o xarici qüvvələrin adlarını çəkməyə, hazırda aidiyyəti qurumlar araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra açıqlanacaq. Bu, məqsədli təxribat idi. Orada yüksək rütbəli polis zabitləri öldürülüb. Bu haradansa məxsusi şəkildə gələn tapşırığın məqsədli icrası idi. Əminliklə deyə bilərəm ki, bu cinayəti törədənlər və onların arxasında dayananlar aşkar ediləcək və müvafiq cəzalarını alacaqlar.
- Bir neçə dəfə narahatlıq ifadə olunub ki, ölkədə dini icması olmayan məscidlər fəaliyyət göstərir. Onların fəaliyyəti gələcək gərginliklər üçün narahatlıq doğurur. Bunlar barədə nə deyə bilərsiniz ?
- Azərbaycanda 2500-ə qədər məscid varsa, bunlardan 1500-dən çoxu daimi fəaliyyət göstərir. 310 məscid isə Mədəniyyət Nazirliyinin nəzdində tarixi mədəniyyət abidəsi kimi qorunur ki, onların bir çoxunda dini ayinlər icra olunmur. Onu da deyim ki, məsciddə dini icmanın qeydiyyatının olmaması QMİ tərəfindən oraya imam təyinatının qarşısını almır. QMİ o məscidlərə imam təyin edib nəzarət edə bilər. Hətta böyük məscidlərə imam naiblərini də təyin edir. Belə bir qayda da yaratdıq ki, daimi fəaliyyətdə olmayan, müəyyən vaxtlarda açılıb-bağlanan məscidlərə mütəvəlli təyin olunsun ki, oraya nəzarət edilsin. Bu gün Azərbaycandakı məscidlərin 90 faizi təyinatlıdır. Yəni ya imamı, ya da mütəvəllisi var. Biz birgə fəaliyyət nəticəsində 25-dən çox məsciddən radikalların birbaşa təsirində olanları tam kənarlaşdırmışıq. Həmin məscidlərdə artıq QMİ tərəfindən rəsmi din xadimləri təyin olunub. Bu məsələni, demək olar ki, tam həll etmişik. Bu gün Azərbaycanda minbərinə qeyri-rəsmi şəxsin çıxıb moizə oxuyacağı məscid qalmayıb. Hamısı rəsmi təyin olunmuş din xadimləridir.

 

 

 
  • Oxunub:  2940  |  
  • Tarix:  12-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır
15:50
19 Noyabr
Əli Həsənov: Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir
15:47
19 Noyabr
Azərbaycan-Belarus sənədləri imzalanıb
15:42
19 Noyabr
Energetika naziri Pərviz Şahbazov “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək
15:41
19 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə əlaqədar yazı müsabiqəsi elan olunub
15:28
19 Noyabr
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub
14:43
19 Noyabr
“Kay2TV” kanalında Azərbaycan-Pakistan əlaqələrindən danışılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA