Ana səhifə »  Qəzetin pdf formatı »  İlham Quliyev: “Polis zabitlərinə əl qaldıranlar terrorçu kimi qəbul edilməlidir”
A+   Yenilə  A-
İlham Quliyev: “Polis zabitlərinə əl qaldıranlar terrorçu kimi qəbul edilməlidir”

“Bu gün bizə güclü Azərbaycan lazımdır”. Bunu SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Onun sözlərinə görə, beynəlxalq hüququn ayaqlar altına atıldığı, güclülərin zəifləri əzib keçdiyi dünyada müstəqilliyimizi qorumaq üçün başqa seçimimiz yoxdur: “Bu, artıq danılmaz bir həqiqətdir ki, ayaqda durmaq üçün mütləq güclü olmalıyıq. Şükürlər olsun ki, neçə illərdir Azərbaycan dövlətinin daha da güclü olması üçün lazım olan addımlar atılır. İqtisadiyyatımız inkişaf etdirilir, əhalinin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, ordumuz ildən-ilə güclənir. Elə bu yaxınlarda keçirdiyimiz hərbi parad hamımızı çox qürurlandırdı. Problemlərimiz yoxdurmu? Əlbəttə ki, var. Hər gün məişətimizdə nə qədər qan qaraldacaq hallarla rastlaşırıq. Bəzən məmur məsuliyyətsizliyindən qaynaqlanan çətinliklərimiz də olur. Vətəndaşlarımızın hamısı da yağ-bal içində yaşamır. Sosial problemlərimiz hələ də var, bu problemin aradan qaldırılması üçün dövlətin nəzərdə tutduğu proqramların icrasında neqativliklər də. Amma bütün bunlar bizə dövlətimizi sevməyə mane ola bilməz. Amma çox təəssüf ki, bəzilərimiz başqa yol tuturlar. Xaricdən körüklənən nifrət, dövlətə inamsızlıq fonunda guya ölkədə hər şeyin pis olması görüntüsü yaradılır. Bunun üçün müasir informasiya texnologiyalarının bütün imkanlarından istifadə edilir. Gəncədə icra başçısına qarşı silahlı hücumu pisləyərkən də bu meyllərin şahidi olduq. Xüsusən də sosial şəbəkələrdə bəlli bir qrup icra başçısına - dövlətin qanuni təmsilçisinə qarşı silah çəkən birini qəhrəman kimi təqdim etməyə cəhd göstərdilər. Deyəndə ki, “bu, açıq-aşkar bir cinayətdir, dövlətə qarşı qanunsuz çıxışdır, bunun arxasında duranlar var”, bizi nələrdə ittiham etmədilər. Nəticə də dünən axşam Gəncədə baş verənlərdir. Terrorçunu müdafiə edənlər sonunda polisə əl qaldırdılar. İki polis zabiti keçmişi qaranlıq, müxtəlif cinayətlərdə ittiham olunanlar tərəfindən qətlə yetirildilər. Necə deyərlər “xoruzun quyruğu” göründü. Məlum oldu ki, bu adamların məqsədi heç də ədalətsizliyə qarşı mübarizə deyil. Əsas məqsəd Azərbaycanı çalxalamaq, insanları öz müstəqil dövlətlərinə qarşı qaldırmaq, Azərbaycanı Suriya, Livan kimi gücsüz dövlətə çevirməkdir. Daha doğrusu, bu adamların beynini yuyan, onları manqurta çevirən böyük güclərin məqsədi budur. Qardaşlar, bacılar, sizin təklif etdiyiniz və ya sizə təklif olunan mübarizə yolu deyil. Bu yolla ölkədə heç bir problem həll olunmayacaq. Dünyanın heç bir ölkəsində bu cür münasibətlərlə dövlətlər ideallaşmayıb, sistemi demokratikləşməyib. Bu yolla dövlətləri dünya xəritəsindən siliblər, Suriya kimi döyüş poliqonuna çeviriblər. Liviya kimi 3 yerə bölüblər, İraq kimi əlacsız duruma salıblar. Ona görə də oyuna getməyin. Onu da birmənalı şəkildə başa düşmək lazımdır ki, bu ssenariləri Azərbaycanda reallaşdırmaq mümkün deyil. Bizim xalq çox ayıq, siyasi baxımdan savadlıdır. İnsanları bir yerə qədər aldatmaq, yoldan çıxarmaq olar. Amma elə ki, xoruzun quyruğu görünür, vətəndaşlarımız ayılırlar, kimlərinsə onlardan istifadə etməsinə imkan vermirlər. Gəncə hadisələri ilə bağlı da bunu açıq şəkildə gördük".
Baş redaktor maraqlı nüanslara da toxunub: "İki gün əvvəl Yunis Səfərovu qəhrəman elan edənlərin çoxu dünən axşam statuslarını silməyə, mövqelərini dəyişməyə başladılar. Oyuna çəkildiklərini anladılar. Prezidentin köməkçisi hörmətli Əli Həsənovun da dediyi kimi, Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir. Bu hadisələr bizi daha da çevikləşdirməli, reaksiya vermə imkanlarımızı artırmalıdır. Dövlətin qanuni təmsilçisinə, polis zabitlərinə əl qaldıranlar terrorçu kimi qəbul edilməli, nəinki onların özləri, dəstəkçiləri də aşkarlanıb qanunun yol verdiyi ən sərt şəkildə cəzalandırılmalıdır. Yaranmış situasiya bütün bunların qısa müddət ərzində edilməsini tələb edir və heç bir şübhəm yoxdur ki, hüquq-mühafizə orqanları, dövlətin müvafiq strukturları bu işi görəcəklər. Azərbaycanı güclü görmək istəyiriksə, müstəqilliyimizin möhkəmləndirilməsi əsas amalımızdırsa, bunu mütləq etməliyik. Hər şey göz qabağında, hər şey açıq-aşkardır. Müstəqil dövlətimizə və dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən "iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı ilə üz-üzəyik. Bu təxribatın əsas fiqurları da xarici ölkə vətəndaşları, beyinləri yuyulmuş manqurtlar, qatı cinayətkarlardır. Onlar “uf” demədən icra başçısını güllələyə, polis zabitlərini bıçaqlaya bilirlər. Məqsəd isə ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, rahat, əmin-amanlıq şəraitindəki həyatımızı korlamaqdır. Zərrə qədər də şübhəniz olmasın ki, onların məqsədi yoxsulluqdan əziyyət çəkənləri bu durumdan çıxarmaq, haqsızlıqla üzləşənlərin problemlərini həll etmək, az qazananların daha çox pul qazanmasına imkan yaratmaq deyil. Onların məqsədi yalnız və yalnız dağıtmaq, qan tökmək, xaos yaratmaqdır. Bu görə də insanlarımız ayıq-sayıq olmalı, kimsənin isti ocağımıza su səpməsinə imkan verməməlidirlər. Bu dövlət, 100 il əvvəl qurucu babalarımızın yoxdan var etdikləri respublika göz-bəbəyimiz kimi qorunmalıdır. Azərbaycanın daha da güclü olması üçün əlimizdən gələni etməliyik. Uca Yaradan günü-gündən güclənən müstəqil Azərbaycanımızı qorusun!”.

 
  • Oxunub:  1320  |  
  • Tarix:  12-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır

17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
10:56
20 İyul
Hikmət Hacıyev: Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır
10:55
20 İyul
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
10:50
20 İyul
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
10:37
20 İyul
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:20
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub
18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA