Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağcabədili ziyalı: Azərbaycan xalqı heç vaxt pozucu qüvvələrə meydan verməyəcək

Ağcabədili ziyalı: Azərbaycan xalqı heç vaxt pozucu qüvvələrə meydan verməyəcək

12.07.2018 [15:19]

İyulun 10-da Gəncə şəhərində baş verənləri eşidəndə bir ziyalı kimi, bir Azərbaycan vətəndaşı kimi çox məyus oldum. Xalqımıza, sabitliyi, sosial-iqtisadi inkişafı, zəngin dəyərləri ilə dünyada tanınan dövlətimizə xələl gətirməyə yönəlmiş belə cəhdlərin qarşısı mütləq alınmalıdır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağcabədi rayon ziyalısı Qafar Rüstəmov söyləyib. O deyib: “Gəncədə baş verənlər dövlətimizə qarşı təxribatdır. İğtişaşı törədənlərin arxasında natəmiz qüvvələr durur. Mən üzümü onlara tutub deyirəm. Sizə nə lazımdır? Siz bir qrup qaragüruhçunun fitvasina uyub müqəddəs dinimizə, mənəvi dəyərlərimizə ləkə yaxırsınız. Qardaş qanı tökmək dinimizə, mənəviyyatımıza yaraşan hərəkət deyil. Biz hamımız bir xalqın övladlarıyıq. Qarabağ kimi problemimiz ola-ola belə çirkin oyunlara alət olmaq bizə yaraşmaz”.
Qafar Rüstəmov bildirib ki, ulu öndər Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, qüdrətlənir. Xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayır. Bunu isə bəzi qüvvələr qəbul edə bilmir. Ancaq o qüvvələr bilsinlər ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki Azərbaycan deyil. İndi güclü dövlətimiz, xalqın dəstəklədiyi və inandığı Prezidentimiz var. Azərbaycan xalqı heç vaxt pozucu qüvvələrə meydan verməyəcək.

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30