Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ulu Öndərin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

Ulu Öndərin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

13.07.2018 [12:34]

Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 49-cu ildönümü Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində qeyd edilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyulub. İqtisadi və sosial həyatın bütün sahələrində dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar qısa zaman müddətində ittifaq respublikaları içərisində Azərbaycanı inkişaf dinamikasına görə öncül mövqeyə yüksəldib, güclü sənaye-aqrar potensialı yaradılıb.

Nümayəndəliyin rəhbəri bildirib ki, əslində, Ulu Öndərin bu dövrdə ölkəmizə rəhbər seçilməsi Azərbaycanın qurtuluş tarixinin başlanğıcı kimi qəbul olunmalıdır. Çünki ötən əsrin 70-80-ci illərində yaradılan iqtisadi və milli-mədəni potensial ölkəmizin gələcək müstəqilliyinin əsasını qoyub. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev deyib: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

1969-cu ildən başlanan kompleks inkişaf dinamikası Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə müxtəlif təyinatlı yüzlərlə müəssisə yaradılıb, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunub.

Bəxtiyar Əsgərov nəzərə çatdırıb ki, Ümummilli Liderimizin keçmiş Sovetlər Birliyi dönəmində Azərbaycan naminə həyata keçirdiyi tədbirlər bugünkü müstəqilliyimizin təməl daşlarıdır. Ötən əsrin 90-cı illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş müharibəsi, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda Ümummilli Liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etdi, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat verdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də muxtar respublikaya gəlişi naxçıvanlılara böyük ümid və sevinc bəxş etdi. Ümummilli liderimizin Vətənə – Naxçıvana qayıdışı Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı, istinad nöqtəsi olub, müstəqilliyimizin təməl daşları Naxçıvanda qoyulub. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir.

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolunun Heydər Əliyev quruculuq xəttinə qayıdışdan ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə Ümummilli Liderimizi təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Əgər xalqın tələbi ilə Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qayıtdı. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb oldu. Sevindirici haldır ki, əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizi gündən-günə irəliyə doğru aparır. Artıq Azərbaycan beynəlxalq arenada söz sahibidir.

Vurğulanıb ki, Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib, muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunub. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaq. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikanın keçdiyi inkişaf yolu Ulu Öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Son illər Naxçıvan Muxtar Respublikasında minlərlə istehsal, xidmət və digər infrastruktur müəssisəsi yaradılıb, avtomobil yolları çəkilib, yeni məktəb binaları, səhiyyə müəssisələri, böyük idman obyektləri istifadəyə verilib, ordu quruculuğu sahəsində kompleks işlər görülüb. İqtisadiyyat dinamik inkişaf yoluna çıxıb, orta aylıq əməkhaqqı bir neçə dəfə artırılıb, sosial proqramlar qəbul edilərək uğurla icra olunub, bir sözlə, Ulu Öndərin arzuları gerçəkləşdirilərək inkişafın “Naxçıvan modeli” yaradılıb.

Bir ay öncə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun böyük ruh yüksəkliyi ilə keçirdiyi əks-əməliyyat nəticəsində əldə etdiyi Günnüt zəfəri barədə danışan nümayəndəliyin rəhbəri bu qələbənin məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən qüdrətli, şanlı Azərbaycan Ordusu sayəsində qazanıldığını xüsusi diqqətə çatdırıb. O vurğulayıb ki, Ali Məclisin Sədri, Naxçıvan Muxtar Respublikasının Təhlükəsizlik Şurasının Sədri Vasif Talıbovun Ordu ilə qırılmaz təması, qayğısı ilə Əlahiddə Ordunun şəxsi heyətinin təminatı və ruh yüksəkliyi əldə edilmiş qələbənin davamlı olacağına inam yaratmaqdadır.

Ümummilli liderimiz Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövləti yaratmayıb, o, həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirib. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu kimi proseslər Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Ümummilli Liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük uğurlar, nailiyyətlər gözləyir.

Tədbir digər çıxışlarla davam etdirilib.

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30