Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib

UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib

17.08.2018 [12:24]

UEFA Avropa Liqasının play-off mərhələsində qarşılaşacaq bütün cütlüklər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, turnirin play-off mərhələsində 21 görüş oynanılacaq. Qarşılaşmalardan səkkizi UEFA Çempionlar Liqasında uduzaraq mübarizəni bu turnirdə davam etdirən klublar arasında keçiriləcək. Digər 13 oyun isə mübarizəyə UEFA Avropa Liqasında başlayan komandalar arasında olacaq.

UEFA Çempionlar Liqasında Belarusun BATE kollektivinə uduzan Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının play-off mərhələsində Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Şerif”i mübarizədən kənarlaşdırsa, qrup mərhələsinə vəsiqə qazanacaq.

Play-off mərhələsinin digər cütlükləri aşağıdakılardır:

“Olimpiya” (Sloveniya) – “Spartak” (Trnava, Slovakiya);

APOEL (Kipr) – “Astana” (Qazaxıstan);

“Rusenborq” (Norveç) – “Şkendiya” (Albaniya);

“Düdelanj” (Lüksemburq) – “ÇFR Kluj” (Rumıniya);

“Suduva” (Litva) – “Seltik” (Şotlandiya);

“Malmö” (İsveç) – “Midtyulland” (Danimarka)

“Torpedo” (Kutaisi, Gürcüstan) – “Ludoqorets” (Bolqarıstan);

“Siqma” (Çexiya) – “Sevilya” (İspaniya);

“Sarpsborq” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail);

“Gent” (Belçika) – “Bordo” (Fransa);

“Partizan” (Serbiya) – “Beşiktaş” (Türkiyə);

“Rapid” (Vyana, Avstriya) – “Styaua” (Rumıniya);

“Apollon” (Kipr) – “Bazel” (İsveçrə);

“Reyncers” (Şotlandiya) – “Ufa” (Rusiya);

“Atalanta” (İtaliya) – “Kopenhagen” (Danimarka);

“Zenit” (Rusiya) – “Molde” (Norveç);

“Trençin” (Slovakiya) – “AEK Larnaka” (Kipr);

“Genk” (Belçika) – “Bröndbü” (Danimarka);

“Olimpiakos” (Yunanıstan) – “Bernli” (İngiltərə);

“Zarya” (Ukrayna) – “Leypsiq” (Almaniya).

Qeyd edək ki, ilk oyunlar avqustun 23-də oynanılacaq. Cavab görüşləri isə avqustun 30-da keçiriləcək.

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30