Ana səhifə »  Qəzetin pdf formatı »  “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 67-ci kitabı çapdan çıxıb
A+   Yenilə  A-
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 67-ci kitabı çapdan çıxıb

Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparırlar. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 67-ci kitabında yer alan və bütün dövrlər üçün aktual olan bu fikirlər dövlətimizin başçısının 2015-ci il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 67-ci kitabındakı materiallar 2015-ci ilin yanvarından mart ayınadək olan dövrü əhatə edir.

Nəşrdə Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə, orada bir sıra dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərə və apardığı danışıqlara dair materiallar, Forumun “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyasında, Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimində çıxışlarının mətnləri toplanıb. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri, konfrans çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da çıxışı, “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirakı barədə materiallar da kitaba daxil edilib. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfəri zamanı iki dövlət arasında sənədlərin imzalanmasına, Bolqarıstanın Baş naziri ilə birgə mətbuat konfransında bəyanatına, Müqəddəs Taxt-taca – Vatikana rəsmi səfərinə, Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlərə, eləcə də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılış mərasimində, Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlqoyma mərasimində çıxışlarına dair informasiyalarla da bu cilddə tanış olmaq mümkündür.

Çoxcildliyin 67-ci kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Pakistan Prezidenti ilə görüşünə, iki ölkə arasında sənədlərin imzalanmasına, mətbuata bəyanatına, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimində, Azərbaycan-Pakistan biznes-forumunda iştirakına dair materiallar toplanıb.

Azərbaycan Prezidentinin İran, Türkiyə, Rusiya, Fransa, ABŞ, Yunanıstan, Böyük Britaniya, Sloveniya və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı və AŞPA-nın ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, xarici ölkələrin Azərbaycanda təyin olunmuş səfirlərini qəbul etməsinə, Rusiyanın Bakıya gəlmiş bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşünə dair informasiyalar da nəşrdə yer alıb.

Bu kitabın əhatə etdiyi dövrün materialları sırasında, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı aparılan təşkilati işlər haqqında informasiyalar var.

Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin Mingəçevir şəhərinə, Qusar və Bərdə rayonlarına səfərlərinə, bir sıra mühüm obyektlərin, o cümlədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1 saylı kanat yolunun və xizək enişinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” Mərkəzinin açılışlarında iştirakına, bölgələrdə və paytaxtda sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.

“Azərnəşr” tərəfindən buraxılan 67-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 
  • Oxunub:  2880  |  
  • Tarix:  07-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 22:46
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
23 Fevral 19:16
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub
23 Fevral 19:12
Azərbaycanda sahibkarlığın inkişafı prioritet məsələlərdəndir
23 Fevral 18:50
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır
23 Fevral 18:06
Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər
23 Fevral 17:56
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya Respublikasında silsilə tədbirlər keçirilib
23 Fevral 17:45
Vergilər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
23 Fevral 17:38
ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanın bu təşkilatla münasibətləri müzakirə edilib
23 Fevral 17:15
Azərbaycan İlahiyyat İnstitutunda elmi-praktik konfrans: “Dilimiz milli-mənəvi sərvətimizdir”
23 Fevral 17:09
Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
23 Fevral 16:18
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub
23 Fevral 16:09
Parisdə nazirlər seminarında ölkəmizdə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyindən danışılıb
23 Fevral 15:53
Qida Təhlükəsizliyi Agentliyində MÜSİAD Azərbaycan şöbəsi idarə heyətinin sədri ilə görüş olub
23 Fevral 15:37
Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
23 Fevral 15:00
Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur
23 Fevral 14:58
Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib
23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA