Ana səhifə »  Qəzetin pdf formatı »  Şahin Mustafayev: ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya yatırıb
A+   Yenilə  A-
Şahin Mustafayev: ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya yatırıb

İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə keçirdiyi görüşdə deyib.

Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən Birləşmiş Ştatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və sair sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur: “Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”.

1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi” layihələrinin qlobal enerji təhlükəsizliyində önəmini diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkəmizdə bir sıra layihələrin icrasına 350 milyon dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsində iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.

Qeyd edilib ki, Azərbaycan hökuməti və ABŞ-ın USAID təşkilatı tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi fəaliyyətə başlayıb.

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Şahin Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir və bu sahəyə investisiya qoyuluşu, sənaye, əczaçılıq, kənd təsərrüfatı, ticarət, nəqliyyat və sair sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığı vurğulanıb və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına investisiya yatırması imkanları diqqətə çatdırılıb.

ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən iqtisadiyyat naziri ölkəmizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını diqqətə çatdıraraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb, ticarət əlaqələrinin genişləndirilməsi üçün işgüzar dairələrin iştirakı ilə biznes forumlar, ixrac missiyalarının təşkilinin önəmini qeyd edib.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün ölkəmizə səfər etdiyini qeyd edərək, forumun yüksək səviyyədə təşkilindən, ABŞ şirkətlərinin forumda iştirakından məmnunluğunu ifadə edib.

O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülən işlər ABŞ-da da müsbət qarşılanır.

Bir sıra ABŞ şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edən B.Makfiters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAID-in və SEDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və sair sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

 
  • Oxunub:  1080  |  
  • Tarix:  10-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA