Ana səhifə »  Qəzetin pdf formatı »  Nişan günü Kürün üstündə Surətin dəstəsi qabağımızı kəsdi - Müsahibə
A+   Yenilə  A-
Nişan günü Kürün üstündə Surətin dəstəsi qabağımızı kəsdi - Müsahibə

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Teleqraf.com-a geniş müsahibə verib.
– Hikmət müəllim, müsahibəyə hazırlıq prosesində tərcümeyi-halınızla tanış olduq. Nədənsə virtual məkandan əldə etdiyimiz məlumatlarda doğum yeriniz qeyd olunmayıb…
– Mən Qərbi Azərbaycanda, yəni, indiki Ermənistan ərazisində, Amasiya rayonunda, Ağbaba mahalında dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən ucqar bir dağ kəndində doğulmuşam. Doğulduğum ərazi qədim İpək Yolunun üstündə, üç respublikanın – Ermənistan, Gürcüstan və Türkiyə sərhədinin kəsişməsində yerləşirdi. Amasiya rayonu başdan-ayağa azərbayacanlılardan ibarət idi. Rayonun 22 kəndindən 18-i azərbaycanlı kəndi idi. Bu ərazi yaylaq ərazisi olmaqla eyni zamanda qədim yaşayış məskəni idi.
Atam kəndimizdən universiteti bitirən ilk məzundur
Ərazidən tarixən nəqliyyat- kommunikasiya dəhlizi keçdiyi üçün insanlar çox şeydən xəbərdar idilər və təhsilə xüsusi diqqət yetirirdilər. Mən orta məktəbi öz kəndimizdə – Göllü kəndində oxumuşam. Kəndin ətrafında ikisi daimi, biri mövsümi olmaqla 3 göl var idi. Ona görə də kəndimiz Göllü adlanırdı. 9-10-cu sinifləri isə qonşu Qaranamaz kəndində oxumuşam. Uşaqlığı sovet dövründə keçən bütün uşaqlar kimi mən də pioner, komsomol olmuşam, Kommunist Partiyasına maraq göstərmişəm.
Atam kəndimizdən Bakıya gəlib Dövlət Universitetini bitirən ilk ziyalıdır. 1959-cu ildə universitetin filologiya fakültəsindən məzun olub. Uzun müddət Göllü kəndində məktəb direktoru, kənd sovetinin sədri işləyib. Anam isə kitabxana müdiri olub. Ona görə kitablar uşaqlıqdan mənim dostum idi. Etiraf etməliyəm ki, birinci mərhələdə bizi kitab oxumağa məcbur ediblər. Ancaq sonradan bu məcburetmə görünür, vərdişə çevrilib və kitablar mənim həyatımın ən sevimli vasitələrindən biri olub. Artıq kitab oxumayanda özümü bir növ pis hiss edirəm, sanki nə isə çatışmır.
Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Ali təhsil alımışam, sonra elmi işlə məşğul olmuşam.
Bizim gənclik dövrümüz SSRİ-nin dağılma dövrünə təsadüf edib. 1991-ci ildə mənim 25 yaşım var idi, bütün mənəvi dəyərlər çökürdü, ideoloji dəyərlər, iqtisadi sistem bütövlükdə dağılırdı. Sovet ideologiyasının və tarixşünaslığının bizim üçün müəyyənləşdirdiyi çərçivədən çıxmaq imkanı yaranırdı. Bu çərçivə o qədər dar idi ki, ondan ətrafa çıxanda biz necə deyərlər, yenidən üzməyi öyrənməli idik.
Ali təhsil almaqda bir qədər gecikdim
– Ali təhsilinizi harda almısınız?
– Mən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ali təhsil almışam. Ora 1992-ci ildə qəbul olmuş, 1997-ci ildə fərqlənmə diploma ilə bitirmişəm. Orta məktəbi bitirdikdən 10 il sonra ali təhsil almağımın səbəbi isə odur ki, arzu etdiyim fakültəyə daxil olmaq istəyirdim. Ora daxil olmaq üçünsə konkrus baryerini aşmaq tələb olunurdu. Bunun üzərinə 2 il də hərbi xidmətdə olduğumu gəlsək, bu proseslər ali məktəbə 1992-ci ildə qəbul olunmağıma gətirib çıxardı. İnstitut Pezident yanında Dövlət İdarəçilik Akademiyasına çevrildikdən sonra – 1999-cu ildə yenidən orda təhsil almışam.
Elmi karyeram isə Bakı Dövlət Universiteti ilə bağlı olub. 1999-cu BDU-nun Politologiya və Sosiologiya kafedrasında elmi iş götürmüşəm, 2003 -cü ildə namizədlik dissertasiyası müdafiə etmişəm və 2001-ci ildən orda işləməyə başlamışam. Politologiya və sosiologiya kafedrasında əvvəlcə saat hesabı müəllim, sonra yarımştat, baş müəllim, dosent, nəhayət, 2013-cü ildə doktorluq işimi müdafiə etdim və 2014-cü ildən BDU-da professor vəzifəsində çalışıram.
Ancaq bütün bu prosesdə yaradıcılıq, jurnalistika mənim üçün həmişə əhəmiyyətli olub. Hələ tələbə illərində Bakı Soyuducular Zavodunda çalışarkən orda “Çinar” istehsalat qəzetində müxbir işləmişəm. 1993-cü ildə ali təhsil alarkən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşam. Rəhmətlik Hacı Hacıyev mənə üzvlük biletini təqdim edib. O vaxtdan mətbuatdayam. Yəni, mənim elmi karyeramla jurnalistika karyeram demək olar, paralel olub.
Ailədən gələn ənənə, yaradıcılığa meyillilik, ədəbiyyata bağlılıq bu kimi məsələlər də mənim jurnalist kimi yetişməyimdə böyük rol oynayıb. Mənim ilk baş redaktorum vaxtilə “Bakı Axşam” qəzetinin redaktoru işləmiş Şaban Şabanov olub. Sırf jurnalistika baxımından əldə etdiyim nailiyyətlərə görə ona borcluyam, onu rəhmətlə anıram.
O, “Çinar” qəzetinin baş redaktoru, çox böyük ziyalı və gözəl bir insan idi. Jurnalistikanın sirlərini də mən Şaban Şabanovdan öyrənmişəm.
1993-cü ilin fevralında partiyaya daxil oldum
– Bildiyimiz qədər Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında çalışmısınız...
– 1994-cü ildə mən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında işə qəbul olunmuşam. 1998-ci ilədək partiyanın ideologiya şöbəsində işləmişəm. Bu dövr də özülyündə çox maraqlı dövr idi. Baxmayaraq ki, biz ideologiya şöbəsində işləyirdik, ancaq bizim işimiz əsas etibarilə ideoloji yazılarla mətbuatda çıxış etməkdən ibarət idi.
O vaxt YAP-ın proqram və nizamnaməsindən irəli gələn vəzifələrin geniş təbliğinə, proqram və nizamnaməsin özünün mənimsənilməsinə, kütləviləşməsinə ehtiyac duyulurdu.
– Yeri gəlmişkən, partiyaya nə vaxt üzv olmusunuz?
– Partiyaya 1993-cü ilin fevralında daxil olmuşam. Partiya biletimdə də həmin tarix yazılıb.Partiya biletimin nömrəsi 000126- dır ,yəni mən Yeni Azərbaucan Pariyasının sayca 126-cı üzvüyəm və bununla fəxr edirəm . Fəal üzv olmuşam və məni YAP mərkəzi aparatında işə hazırda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov götürüb. Əli müəllim Yeni Azərbaycan Partiyasının qurulmasında iştirak edən təşəbbüskar, fəal və intellektual üzvlərdən biri idi və partiyamızın o vaxtkı sədri, ulu öndər Heydər Əliyev tərəfindən YAP-ın İdeologiya şöbəsinin müdiri təyin olunmuşdu.
O vaxt da jurnalistika fəaliyyətimə demək olar, ara vermədim. Çünki qəzetlər çərşənbə axşamı, cümə günləri çıxırdı. Gündəlik qəzetlər demək olar ki, yox idi. O zaman partiya qəzetləri olan “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin demək olar, hər nömrəsində mənim yazılarım çıxırdı.
Dövr özlüyündə çox maraqlı dövr idi. Ölkədə yeni hüquqi sistem, yeni idarəetmə institutları formalaşırdı. 1995-ci ildə yeni konstitusiya qəbul edildi. Eyni zamanda yeni ideoloji axtarışlar, azərbaycançılıq ideologiyasının təbliğ olunduğu bir dövr idi. Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev cəmiyyətdə ictimai harmoniyanı təmin etmək, azərbaycanlı identifikasiyasını formalaşdırmaq istiqamətində ciddi addımlar atırdı. Artıq sıradan çıxmış kommunizm ideologiyasının yerinə yeni bir ideologiya lazım idi ki, insanların milli dövlət ətrafında birləşməsini təmin etsin. Bu çox mühüm məsələ idi. Yəni, xalqın yenidən dövlət ətrafında təşkilatlanması prosesi baş verirdi.
Ulu öndərin irəli sürdüyü ideoloji paradiqmalar əslində Azərbaycan cəmiyyətinin sosial müvazinətini müəyyənləşdirirdi. Bu prosesdə şübhəsiz ki, mətbuatın da böyük rolu var idi. Ona görə də mətbuatın inkişafı da böyük dövlət xadimi, ulu öndərimizin diqqət mərkəzində idi. Yəni, bax, bu prosesdə mən Azərbaycan mətbuatının içərisində, o dövrdən yazılar yaza-yaza formalaşırdım.
Elmi karyera qurmaq istəyən jurnalist sıravi şəxslərdən bir addım öndədir
– Yəqin ki, siyasətdən yazırdınız...
– Heç şübhəsiz ki, siyasi yazılar yazırdıq. O dövrdə, yəni 1990-cı illərin əvvələrində ənənəvi jurnalistikanın klassik janrları yavaş-yavaş sıradan çıxırdı. Məsələn, reportaj, oçerk janrı, müxtəlif ideoloji yazılar sıradan çıxırdı və bunun yerini analitik yazılar, köşə yazıları, təhlil və proqnozlaşdırmaya üstünlük verən məqalələr tutmağa başlayırdı. Çox mürəkkəb siyasi proseslər baş verirdi və bunun izah, şərh olunması, proqnozlaşdırılması Azərbaycan siyasətçilərinin və həm də mediasının qarşısında duran vəzifə idi.
O dövrdə Azərbaycan mətbuatında ilk analitik yazılarla çıxış edən müəlliflər yenə Əli Həsənov, Əli Əhmədov idi . Digər partiyalarda da çox azsaylı şəxslər var idi ki, belə demək mümkünsə, analitik jurnalistika ilə məşğul olurdular. Onların yazıları yeni analitik təhlil janrının əsasları kimi çıxış edirdi. O dövrdə hadisələrin necə olacağı mənə üçün çox maraqlı gəlirdi. Bu, mənim həm fərdi, həm də bütövlükdə geniş ictimaiyyətin marağında idi. Bilirsiniz ki, Azərbaycanın ərazi bütövlüyü pozulurdu, ölkə işğala məruz qalırdı. Bu hadisələrin nə ilə nəticələnəcəyini əvvəlcədən görmək üçün məndə ciddi bir arzu, həvəs, intizar yaranırdı. Mən bu çoxsaylı suallara cavab axtara-axtara yazılar yazırdım. Beləliklə, analitik yazılar yazmağa başladım.
Bu yazılar qələmimin püxtələşməsində və sonradan elmi fəaliyyətimdə də mənə ciddi kömək etdi. Çünki özünə elmi karyera qurmaq istəyən hər bir jurnalist sıradan olan şəxslərdən bir addım qabaqdadır. Ona görə ki, onun hazır yazı vərdişi var və düşündüklərini asanlıqla yazıya köçürməyi bacarır. Yazmağı bacarmaq mənim köməyimə gəldi. Bu da onunla yekunlaşdı ki, çoxsaylı əsərlər, dərsliklər yazdım və Azərbaycanda siyasi təhlil və proqnozlaşdırmaya dair ilk dərsliyin müəllifi oldum.
– YAP-a qoşulduğunuz dövrdə hakimiyyətə gələcəyinizi, özü də belə tezliklə gələcəyinizi güman edirdinizmi?
–1992-ci ildə Yeni Azərbaycan Partiyası yarananadək ölkədə Heydər Əliyevi sevənlər ordusu var idi. O dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsini önləmək üçün yaş senzi tətbiq edən konstitusiya maddəsi qəbul etmək istəyirdilər. Elə bu gün tanıdığımız, üzdə olan xeyli sayda adamlar o dövrdə yaş senzi əleyhinə mitinqləri təşkil və orda iştirak edən insanlardır. Biz də bu prosesdə bəzən birbaşa, bəzən dolayısıyla, düşüncə, mövqe etibarilə həmin insanlarla eyni mövqedən çıxış edirdik. Bəzən də bu mitinqlərdə birbaşa iştirak edirdik.
Beləliklə, 1992-ci il noyabr ayının 21-də YAP yarandı və cəmi 6 ay sonra – 1993-cü ilin iyunun 15-də isə partiyamızın sədri, ulu öndər Heydər Əliyev Milli Məslisə sədr seçildi. Əlbəttə, hər bir siyasi təşkilatın yaranmasında məqsəd hakimiyyətə gəlməkdir. Bunu politologiya elmi də belə izah edir. Real həyatda, real siyasi proseslərdə də bu belədir. Əlbəttə, hakimiyyətə gələcəyinə inanmasanız o siyasi hərəkata qoşulmazsınız. Heç şübhəsiz ki, Heydər Əliyev sevərlər,strateji düşünməyi bacaran bütün insanlar onun nə qədər böyük siyasətçi, dövlət xadimi olduğunu bilirdilər.
Çünki o, hələ sovet dövründə Azərbaycanın dövlətçilik tarixinə öz imzasını atmış, SSRİ-nin ən ali orqanı olan Siyasi Büroya üzv seçilmiş, SSRİ rəhbərliyində təmsil olunmuşdu. Onun hakimiyyətə gələcəyini, əlbəttə, proqnozlaşdırmaq olardı. Şübhəsiz ki, Azərbaycan xalqının böyük əksəriyyəti kimi biz də dövlətçiliyimizin xilasının Heydər Əliyevin hakimiyyətə gəlməsindən keçdiyinə inanırdıq.
– Heydər Əliyevlə ilk dəfə nə vaxt görüşdünüz?
– 1993-cü ilin noyabrın sonu və ya dekabrın əvvələrində ulu öndər Milli Məclisdə gənclərlə görüş keçirdi və mən də həmin görüşdə iştirak etmişəm. Bu, mənim üçün böyük bir fəxarət idi. Sabahısı gün “Azərbaycan” qəzetində isə gördüm ki, zaldan çəkilən fotoda mən də əks olunmuşam. Bu da mənim üçün çox böyük əhəmiyyət kəsb edən tarixi andır.
1999-cu ildə isə YAP-ın I qurultayı keçirildi və mən qurultayda Siyasi Şuraya üzv seçildim. 2001-ci ilədək partiyanın Siyasi Şurasının üzvü oldum. Ulu öndəri ilk dəfə orda yaxından gördüm. Qurultaydan sonra Siyasi Şura üzvləri ilə birgə xatirə fotoşəkili çəkildi və mən böyük dövlət xadimini ilk dəfə orada orda yaxından gördüm.
– Səhv etmiriksə, siz YAP Siyasi Şurasının ilk üzvlərindənsiniz...
– Bəli, 1999-cu ildə ilk dəfə partiyada belə bir struktur yaradıldı və mən ora üzv seçildim.
Qısa müddətdə bütün torpaq qanunvericiliyini mənimsədim
– Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri təyin olunmağınız necə baş verdi?
– Bu, 1998-ci ildə baş verdi. Partiyadan əvvəl fəaliyyətim jurnalistika ilə bağlı olub. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinə rəhbər vəzifəsinə təklif alarkən bunu qəbul etdim.Bu vəzifəyə jurnalistikadan getdiyim üçün mətbuata çox açıq idim. Ona görə də o dövrdə ən tənqidi mövqedə olan televiziya kanallarından biri , ANS Televiziyası 2001-ci ildə komitənin fəaliyyətini KİV-lə yaxşı əlaqələndirə bildiyim üçün məni “İlin mətbuat xidmətinin rəhbəri” seçdi.
Mətbuat xidmətinin rəhbəri olmaq həmin qurumun ictimai siması olmaq deməkdir. Mən orda qısa müddətdə bütün torpaq qanunvericiliyini mənimsədim. Çünki onları bilmədən işləmək mümkün deyil. “Torpaq islahatı haqqında” qanundan başlamış digər məcəllələrədək, hətta torpaqşünaslıq ixtisasının bəzi spesifik bilgilərinədək, məsələn, torpağın banitirovkası, kadastr qiymətləndirilməsi, onun hesablanma qaydaları, torpağın iqtisadi rayonlaşması, fiziki göstəriciləri və sair məsələləri qısa müddətdə öyrəndim.
O dövrdə çox mühüm bir tarixi proses baş verdi. 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Torpaq islahatı haqqında” qanun imzalanmışdı. Bu islahatlar torpağın xalqa verilməsi ilə nəticələnən böyük tarixi hadisə oldu. Bu tarixi proses ilk olduğu üçün müəyyən müqavimətlər var idi və bu zaman mətbuata məlumatların düzgün ötürülməsi və mətbuat tərəfindən düzgün işıqlandırılması əslində islahatlara da kömək edirdi.
On il dövlət komitəsində işlədim. Sonra isə partiya rəhbərliyinin tövsiyəsi ilə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olundum.
“Yeni Azərbaycan” qəzetinin məsuliyyəti ikiqat çoxdur
– Partiya mətbuatında işləmək necə bir hissdır?
– Partiya qəzetində çalışmaq hər şeydən əvvəl böyük bir məsuliyyətdir. Bundan sonra şübhəsiz ki, dövlətçilik ideologiyasına və partiyanın prinsiplərinə sadiq olmaqdır. Çünki hər bir siyasi təşkilatın özünün məqsədləri, prinsipləri, müəyyənləşdirdiyi hədəflər var. Partiya qəzeti ilk növbədə buna sadiq qalmalı və öz fəaliyyətini bu istiqamətdə qurmalıdır.
İkincisi, nəzərə alsaq ki, “Yeni Azərbaycan” təkcə partiya qəzeti deyil, bütövlükdə milli mətbuatımızın bir nümunəsidir və Azərbaycanın partiya üzvü olan və olmayan vətəndaşları tərəfindən oxunur, deməli, bu da əlavə bir məsuliyyətdir. Təkcə YAP-ın özünün üzvlərinin sayı 700 min nəfərdən çoxdur. Ona görə də “Yeni Azərbaycan” qəzeti az öncə dediyim məsələlərə sadiq qalmaqla yanaşı, eyni zamanda Azərbaycan milli mətbuatının bir nümunəsi kimi üzərinə düşən tarixi məsuliyyəti dərk etməlidir. Ona görə də düşünürəm ki, bizim məsuliyyətimiz ikiqat artıqdır.
Hər hansı müstəqil, ideoloji öhdəlikləri olmayan qəzetdə hansısa səhvin olması mümkündür, bu, ola və bağışlana bilər. Ancaq “Yeni Azərbaycan” qəzeti xüsusən siyasi məsələlərdə çox diqqətli davranmağa məcburdur.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hamısı bu qəzeti alır və hakim partiyanın orqanı olduğuna görə onun siyasi fəaliyyəti, siyasi hədəfləri ilə bağlı bu qəzetdən informasiya mənbəyi kimi istifadə edirlər. Bu da əlavə bir məsuliyyətdir.
Çap mediasına yenidən qayıdış başlayır
– Son vaxtlar tez-tez çap mediasının gələcəyinin olmayacağına dair fikirlər səsləndirilir. Siz bu barədə nə düşünürsünüz?
– Çap mediası özünün bəlkə də ən parlaq dövrünü yaşamır. Amma bu gün bəri başdan çap mediasının sıradan çıxdığını demək, məncə, doğru deyil. Alternativ media, sosial şəbəkələr yarandıqdan sonra bir eyforiya dövrü oldu. Bu mərhələdə insanlara elə gəldi ki, çap mediası artıq ömrünü başa vurdu. Ancaq son bir neçə ilin təcrübəsi göstərir ki, çap mediasına yenidən qayıdış başlayır. Çünki istənilən sosial mediada, informasiya agentliyində, yaxud istənilən portalda siz hər hansı informasiyanı ən yaxşı halda bir neçə il əvvəlki tarixə qədər tapa bilərsiniz. Onun arxivləşdirilməsi, saxlanılması mürəkkəb bir prosesdir və bəzən də mümkün olmur. Amma qəzetin istədiyiniz vaxt, istədiyiniz tarixdəki nömrəsini arxivdən götürüb nə yazıldığı ilə tanış ola bilərsiniz.
Təkcə bu keyfiyyətinə görə deyil, digər xüsusi məziyyətlərinə görə də çap mediasının aradan çıxmasını düşünmək hələ çox tezdir. Ona görə ki, elektron media vasitələrində hər hansı səhvi tez düzəltmək olar. Yaxud, istinad etdiyiniz bir mənbəni dəyişib başqa cür qoya bilərlər. Bu isə elektron media vasitələrini bir növ etibarsızlaşdırır. Ancaq çap mediasında sizin belə imkanınız olmadığına görə etibarlı mənbə olmağa məcbursunuz, düzgün yazmalısınız.
Beləliklə, çap mediasının etibarlılıq səviyyəsi də alternativ media ilə müqayisədə daha yüksəkdir. Düşünürəm ki, çap mediası belə demək mümkündürsə, artıq bu kritik mərhələni arxada qoymaqdaır. Mən demirəm ki, çap mediası əvvəlki illərdə olduğu qədər populyar olacaq. Amma hər halda öz yeri, nüfuzu və çəkisi olan bir media nümunəsi kimi yaşayacaq.
Müəllif Hüquqları Agentliyindən şəhadətnamələr almışam
– Özünüz də qəzetdə yazırsınızmı?
– Bəli, mən tez-tez yazıram. Xüsusən aktual məsələlərlə bağlı yazılarla çıxış edirəm. Bu yaxınlarda bir xəbər almışam ki, mənim Bakı Dövlət Universiteti tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sayca dördüncü olan “ Xarici siyasəti” adlı dərsliyimə təhsil nazirimizin əmrilə qrif verilib. Bu da bir işdir. Onu da deyim ki, mən bir sıra monoqrafiyalarımda yeni terminlər işlətmişəm və buna görə Müəllif Hüquqları Agentliyindən şəhadətnamələr almışam. Məsələn, onlardan biri “İnfoimperializm və Media”adlı monoqrafiyamda işlətdiyim 10-a qədər yeni terminlə bağlıdır. Hazırkı mərhələdə dünya bir növ həm də informasiya ilə idarə olunduğu üçün kitablarımın birində müasir imperializmi informasiya imperializmi kimi səciyyələndirmişəm.
– Hikmət müəllim, 3 övladınız var. Harda oxuyurlar, yaxud işləyirlər?
– Mən 1993-cü ildə ailə həyatı qurmuşam. Həyat yoldaşım Gəncəbasar tərəfdəndir. İş elə gətirdi ki,1993-cü ilin iyun ayında biz ora nişana gedəsi olduq. 1993-cü ilin iyun hadisələri ərəfəsində – Kür çayının üstündə Surət Hüseynovun quldur dəstələri bizim qabağımızı kəsdi. Başladılar hardan gəlib, hara getməyimizi sorğu-sual etməyə. Təsəvvür edin ki, bizi öz ölkəmizdə Kürdən o tərəfə buraxmırdılar. Bax, biz Azərbaycanın bu faciəli, acınacaqlı günlərini görmüşük. Ona görə də bugünki dövlətçiliyimizin, bugünki sabitliyin qədrini bilmək lazımdır.
Ailə vəziyyətinə gəldikdə isə ikisi qız ,biri oğlan üç övladım var. Qızlarım Leyla və Ayla Türkiyədə oxuyurlar, ikisi də həkim olacaqlar. Oğlumuz Qorqud isə ADA Universitetinin beynəlxalq münasibətlər fakültəsində 4-cü kursda oxuyur. Düşünürəm ki, Azərbaycana yaxşı mütəxəssislər, o cümlədən yaxşı təhsilli həkimlər və diplomatlar lazımdır.
– Masanızın üzərində çoxlu kitablar var. Bunlar nə kitablardır?
– Bunlar artıq bitirdiyim və az öncə sizə bəhs etdiyim “ Xarici siyasəti” adlı dərsliyimi yazarkən mənbə kimi istifadə etdiyim kitabların bir hissəsidir.
Atı ilk əhliləşdirən xalq bizim əcdadlarımız olub
– Hazırda nə yazırsınız?
– Hazırda yeni bir tədqiqat üzərində işləyirəm, yeni bir kitabı yekunlaşdırmaq üzrəyəm. Bu, atlarla bağlıdır. Atların dövlətçilik tariximizdə, hərb tarixində, tibb tarixində, mifoloji dünyagörüşümüzdə, tarixi yaddaşımızın və tarixi şüurumuzun formalaşmasında, məişət və mədəni həyatımızda və sair sahələrdə rolunu araşdırıram. Biz qədimdən bəri atla birgə yaşayan və atdan həm dövlət qurmaq, həm də onu qorumaq məqsədilə istifadə edən ən bacarıqlı xalqlardan biriyik.
Atlarla bağlı Azərbaycanda yaxşı bir tədqiqat əsərini çox axtardım, ancaq rastıma çıxmadı. Ona görə də düşündüm ki, bunu yazmaq lazımdır.
Mən atların bioloji növ olaraq harda yaranmasından başladım. Bildiyiniz kimi, hər bir bioloji növün özünün vətəni var. Bəlli oldu ki, atlar biloji növ olaraq Orxon-Selenga və Sırdərya çayları arasında yaranıblar. Atlarla insanın birgə yaşayışı 12 min il əvvələ gedib çıxır. Bunu da ilk dəfə Türkmənistan ərazisində, Aşqabad yaxınlığında aparılan arxeoloji qazıntılar üzə çıxarıb. Bu da onu sübut edir ki, atı ilk əhliləşdirən xalq bizim əcdadlarımız olub.
Həmçinin, məni atlarla bağlı mifoloji süjetlər, məsələn, qanadlı at mifoloji süjeti maraqlandırırdı. Qanadlı at mifoloji süjeti – yunanlaramı, yoxsa bizəmi məxsusdur?Peqsusmu qədimdir, yoxsa Altay mifalogiyasındakı Qara ayğırmı ? Çin mənbələrində hunlarla, uyğurlarla bağlı, onların atla münasibətləri ilə bağlı çox maraqlı materiallar tapdım. Dağıstanda, Sibirdə, Anadoluda və Azərbaycanda yaşayan türk xalqlarının 26 dastanını tədqiqata cəlb etdim. Bunların hamısında atla bağlı olan süjetləri seçdim.
Beləliklə, bəlli oldu ki, qanadlı at mifoloji sijetinə Altay türklərinin Altay Buççay dastanında ilk dəfə rast gəlinir. Yalnız bundan sonra yunanlarda Peqasus obrazı əmələ gəlir. Çünki yunanlar atı türklərdən 2 min il sonra tanıyıblar. Yunanlar skifləri at belində görəndə onlarda kentavr mifoloji obrazı (qədim yunanlarda at bədənli, insan başlı mifoloji obraz-S.Həmid) yaranır.
Onlar uzaqdan skif süvarilərini görəndə onun bədəninin at bədəni, başının insan başı olduğunu zənn etdilər. Bunun necə bir minik vasitəsi olduğu yunanlara çox maraqlı gəldi və sair. Artıq qətiyyətlə demək olar ki, qanadlı at obrazı qismində Altay Buççay dastanında olan və alpları xilas edən bir ayğırdan söhbət gedir.Bu at həm də Gök Tanrı ilə alplar arasında ünsiyyət yaratmağı bacarır. Elə mənşə etibarilə də Gök Tenqrinin ilxısına aiddir.
Kitabın bir fəsli də “At ləvazimatları döyüş vasitəsi kimi” adlanacaq. Məsələn, üzənginin kəşfi hərb tarixinin ən böyük kəşflərindən biridir. Çünki üzəngi kəşf edilməyənədək at üzərində oturub silah işlətmək, qılınc vurmaq mümkün deyildi. Döyüşçü dərhal yıxılacaqdı. Ancaq üzəngi ayaqların müvazinətini saxladığı üçün at belində möhkəm oturmaq olur. Hunlar üzəngini uzun yüz illiklər ərzində hərbi sirr kimi saxlayıblar. Avropalılar bunu sonradan öyrəniblər. Sonra bəlli oldu ki, bizim geyimlərimizin bir çoxu, məsələn, şalvar at əhliləşdiriləndən sonra meydana gəlib. Çünki atı başqa geyimlə minmək mümkün deyil.
Yaxud, ayaqqabıya daban vurulması da ilk olaraq atların minik vasitəsi kimi istifadəsindən sonra mümkün olub. Əks təqdirdə ayaq üzəngidən sürüşüb gedə bilər.
– Kitabda Qarabağ atları ilə bağlı məqamlar varmı?
– Şübhəsiz. Qarabağ atları, onların əcdadlarının hardan gəldiyi mənim üçün çox böyük maraq doğururdu. Bəlli oldu ki, onların əcdadları Nisey atları və Qaradağ atlarıdır. Heredotun yazdığına görə, Nisey ərazisi indiki Cənubu Azərbaycanın Qaradağ əyaləti və ordan bir qədər cənuba olan yerdir.
Heredot yazır ki, assurlar niseylilərdən vergi almırdılar. Bunun əvəzində ildə bir dəfə gəlib at aparırdılar. Ancaq atlar xüsusi atlar olmalı idi. Ov üçün ayrıca, döyüş üçün də ayrıca öyrədilmiş atlar olmalı idi. Məsələn, atlar döyüşlərdə minicisi ilə bərabər iştirak edirdi. Çünki həm güclü boyunları və ağızları, həm də arxa ayaqları ilə düşmənə zərbə endirirdilər.
Biz “Koroğlu” dastanında buna epizodik olaraq rast gəlirik. Ancaq dastanda eyham vurulan “bir tərəfdən Qırat, bir tərəfdən Koroğlu düşməni şil-küt etdi” sözlərinin mənasını dərk edə bilmirik. Əslində həqiqətən də o dövrdə atın döyüşdə necə davaranacağına ciddi fikir verilirdi. Yəni, at arxadan gələn düşmənə qarşı hansı hərəkəti edəcək və qarşıdan gələn düşməni necə önləyəcək?! Qarabağ atları da bunların nəslindən gələn atlardır.
Eyni zamanda Dilboz atlarının da tarixi ilə bağlı əldə etdiyim müəyyən elmi araşdırmaları kitaba daxil etmişəm.
– Özünüz at minməyi bacarırsınızmı?
– Atlar çox sevimli və ağıllı heyvandır. İnsanın əhliləşdirdiyi ilk heyvan it, ikinci isə at hesab olunur. Bəzi tədqiqatçılar onların təxminən eyni dövrdə əhliləşdirildiyini yazırlar. Məsələ ondadır ki, itlər sürü iyerarxiyası qurmaq qabiliyyətini itiriblər. Məsələn, itlər sahibsiz qalanda sürü iyerarxiyası yaradıb bir sosial piramida qura bilmir, özlərini idarə bilmirlər. Halbuki itlərin əcdadı olan qurdlarda bu var. Atlar isə bu keyfiyyətlərini itirməyiblər. Atları sərbəst buraxan kimi gedib ilxı şəklində aşağıdan yuxarı tabeçiliyə əsaslanan və yuxarıda-üstdə bir ayğırın və bir dominant madyanın dayanacağı, digərlərinin isə onlara tabe olacağı bir sosial iyerarxiya düzəldirlər.

 
  • Oxunub:  1110  |  
  • Tarix:  11-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq
15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20