Ana səhifə »  Qəzetin pdf formatı »  Gömrük Komitəsində informasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib
A+   Yenilə  A-
Gömrük Komitəsində informasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

Sentyabrın 11-də Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin hər zaman iş adamları, biznes subyektləri ilə qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini, o cümlədən gömrük orqanları ilə Azərbaycanda Amerika Ticarət Palatası arasındakı səmimi və işgüzar dialoqun, vaxtaşırı keçirilən görüşlərin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, innovativ islahatlar ölkədə əlverişli biznes mühitinin yaradılmasına, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına, xüsusilə ixrac potensialının artmasına münbit şərait yaradıb. Artıq Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirən logistika mərkəzinə çevrilməkdədir ki, bu da, eyni zamanda, ölkənin tranzit potensialının sürətlə artımını təmin edən amillərdəndir.

Komitə sədri həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransının bu il mayın 2-4-də Bakıda keçirilməsini ölkəmizin bu sahədə xüsusi mövqeyinin, eyni zamanda, beynəlxalq aləmin Azərbaycanla əlaqələrə önəm verməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

S.Mehdiyev bildirib ki, gömrük işinin təşkili sahəsində reallaşdırılan innovativ islahatlar hesabına “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması beynəlxalq ticarətin sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, xidmət keyfiyyətinin yaxşılaşdırılmasına, gömrük sistemində şəffaflığın tam təmin olunmasına şərait yaradıb.

Gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinin sürətlə genişləndirildiyini vurğulayan komitə sədri nəticədə məmur-vətəndaş təmasının minimuma endirildiyini, istənilən xarici iqtisadi fəaliyyət iştirakçısının gömrük orqanına gəlmədən internetə çıxış imkanı olan hər hansı məkandan - ofisdən, evdən gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğunu qeyd edib. O diqqətə çatdırılıb ki, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb və cari ilin 8 ayı ərzində ümumilikdə elektron xidmətlərdən istifadə edənlərin sayı 2 milyon 50 mindən çox olub.

Dövlət Gömrük Komitəsinin sədri 2018-ci ildə Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu bildirib. Məhz gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələlərinin yüksək səviyyədə həllini tapdığı, sıxlıqların və vaxt itkilərinin qeydə alınmadığı diqqətə çatdırılıb.

Ölkəmizin ixrac potensialının artması sahəsində informasiya texnologiyalarının payının az olduğunu bildirən komitə sədri qeyd edib ki, görüşün əsas məqsədi də sahibkarların bu sahədəki problemlərini, təklif və rəylərini öyrənərək vəziyyətdən çıxış yollarını müzakirə etməkdir.

S.Mehdiyev gələn il Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən qaynaqlandığını bildirib və görüş iştirakçılarını bu mühüm tədbirdə fəal iştirak etməyə çağırıb.

Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının prezidenti Nuran Kərimov Azərbaycan Gömrük Xidmətinin rəhbərlik etdiyi qurumun ən önəmli tərəfdaşlarından biri olduğunu və bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu və Palata üzvlərinin bu konfransda fəal şəkildə iştirak edəcəyinə əminliyini ifadə edib.

Palatanın icraçı direktoru Natəvan Məmmədova isə gömrük sistemində aparılan islahatları diqqətlə izlədiyini, bu islahatların artıq müsbət nəticələr verdiyini bildirib. İcraçı direktor bu islahatlar fonunda gömrük xidmətinə qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, subyektiv xarakter daşıdığını vurğulayıb.

Gömrük xidməti ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında işgüzar əlaqələrə görə təşəkkürünü bildirən N.Məmmədova gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra görüşdə iştirak edən biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Kommunikasiya, Tədbirlər və Texnoloji İnnovasiyalar İdarəsinin baş meneceri Lyudovik Tanay gələn il ÜGT tərəfindən Bakıda keçiriləcək İnformasiya Texnologiyaları Konfransı və Sərgisi ilə bağlı təqdimatla çıxış edib, görüş iştirakçılarına tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  11-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

20:29
21 Noyabr
“Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib
20:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır
20:22
21 Noyabr
Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası İzmir Bəyannaməsinin qəbul olunması ilə başa çatıb
20:21
21 Noyabr
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
20:13
21 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
20:10
21 Noyabr
Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq
20:02
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
19:59
21 Noyabr
Muxtar respublikada YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
19:57
21 Noyabr
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
17:53
21 Noyabr
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
17:51
21 Noyabr
Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub
17:40
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
17:34
21 Noyabr
Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib
17:10
21 Noyabr
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
17:07
21 Noyabr
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
17:01
21 Noyabr
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır
16:59
21 Noyabr
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
16:52
21 Noyabr
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
16:49
21 Noyabr
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
16:40
21 Noyabr
YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir
16:35
21 Noyabr
YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub
16:33
21 Noyabr
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
16:17
21 Noyabr
Oğuzun Muxas kəndinə təbii qaz verilib
16:14
21 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
16:12
21 Noyabr
XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir
16:09
21 Noyabr
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA