Ana səhifə »  Qəzetin pdf formatı »  Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
A+   Yenilə  A-
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed əl Nəhyanın adını daşıyan Xəlifə Fondunun baş direktoru Məhəmməd Hacil əl Xuri ilə görüşüb.

Azərbaycan və BƏƏ arasında dostluq əlaqələri əsasında qurulmuş sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu bildirən səfir ikitərəfli siyasi və iqtisadi əlaqələr barədə məlumat verib. O, son illərdə Azərbaycanın turistik cəlbediciliyinin artması, BƏƏ-dən Azərbaycana səfər edən turistlərin 50 dəfəyədək çoxalması, iyul ayından etibarən BƏƏ-nin rezident vizası olan bütün ölkə vətəndaşlarına Azərbaycana gələrək yerində viza almaq imkanının yaradılması ilə bu axının daha da artması, BƏƏ sakinlərinin Azərbaycana tez-tez turistik səfərlər etməsinin ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin zənginləşməsinə şərait yaratması barədə danışıb.

Səfir Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu enerji və nəqliyyat layihələri, hər il ölkədə təşkil olunan böyük mədəni, humanitar və idman tədbirləri ilə dünyada imicinin artması və mövqeyinin möhkəmlənməsi barədə də məlumat verib. O, həmçinin 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsindən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün regionda və dünyada möhkəm mövqe tutmasından bəhs edib. Səfir bir zamanlar xarici ölkələrin və təşkilatların maliyyə yardımına ehtiyacı olan Azərbaycanın özünün artıq donor ölkəyə çevrildiyini və beynəlxalq inkişafda rol oynadığını diqqətə çatdırıb. Bu kontekstdə, o, Azərbaycan xalqının dahi rəhbərinin adını daşıyan Heydər Əliyev Fondu barədə məlumat verərək Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilmiş müxtəlif layihələr barədə danışıb.

Heydər Əliyev Fondunun fəaliyyəti barədə geniş məlumat verən səfir uşaq evləri və internat məktəblərinin inkişafı proqramı çərçivəsində Azərbaycan üzrə 40-dan artıq uşaq müəssisəsinin əsaslı şəkildə təmir edildiyini, “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı bir neçə yüz məktəb binasının inşa olunduğunu, təhsilə dəstək layihəsi çərçivəsində 30-a yaxın uşaq bağçasının inşa olunaraq müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb. Diplomat Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını, proqramda müəssisələrin təmiri, yeni binaların inşası, təhsilin, tibbi xidmətin, qidanın keyfiyyətinin yaxşılaşdırılması, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı müəssisələrin aidiyyəti üzrə istifadəyə verilməsinin təmin edilməsi və digər məsələlərin həllini də əhatə etdiyini qeyd edib.

Heydər Əliyev Fondunun Azərbaycanın hüdudlarından kənarda da bir çox layihələr həyata keçirdiyini diqqətə çatdıran səfir Pakistanda, Gürcüstanda, Niderlandda, Misirdə, Rumıniyada bir sıra məktəblərin yenidən qurulduğu və əsaslı təmir olunduğu, Pakistanın müxtəlif əyalətlərində su təchizatı sisteminin inşa edildiyi, Talassemiya Mərkəzinin, göz klinikasının tikintisinə maliyyə yardımının göstərildiyi, ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edildiyi, Bosniya və Herseqovinada kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin yenidən qurulduğu, Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işlərinin həyata keçirildiyi barədə danışıb. Daşqın Şikarov Heydər Əliyev Fondunun beynəlxalq inkişafa verdiyi əvəzsiz töhfələrə görə Fondun prezidenti Mehriban Əliyevanın bir çox ölkələrin və beynəlxalq təşkilatların yüksək orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanın beynəlxalq inkişafda rolunun əlaqələndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin yaradıldığını, agentlik tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini söyləyib. O, agentliyinin işinin daha da təkmilləşdirilməsi məqsədilə ən yaxşı xarici təcrübənin öyrənilməsinə çalışıldığını da əlavə edib.

Daşqın Şikarov Azərbaycan və BƏƏ arasında bütün sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu və inkişaf etdiyini qeyd edərək, Xəlifə Fondu ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın, həmçinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin Xəlifə Fondunun zəngin təcrübəsindən yararlanmasının fayda verəcəyinə əminliyini ifadə edib.

Səfir Azərbaycanın 2017-ci ildə BƏƏ-nin birinci xanımı Şeyxa Fatimanın qəyyumluğu ilə Xəlifə Fondu tərəfindən hər il keçirilən Şeyx Zayed İrsi Beynəlxalq Festivalında ilk dəfə iştirak etdiyini, festivalda müxtəlif Azərbaycan məhsullarının nümayiş və satışının həyata keçirildiyini, Azərbaycan milli rəqslərindən ibarət konsert proqramının təşkil edildiyini diqqətə çatdırıb. O, ölkəmizin bu il də BƏƏ-nin qurucusu və mənəvi atasının adını daşıyan bu möhtəşəm tədbirdə iştirak edəcəyini bildirib.

Məhəmməd Hacil əl Xuri Azərbaycanın uğurlarına sevindiyini, Mehriban xanım Əliyevanın fəaliyyəti və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə BƏƏ mətbuatında oxuduğunu deyib, Azərbaycanla bu sahədə əməkdaşlıq təşəbbüsünü alqışladığını bildirib. O, Azərbaycanın hazırda BƏƏ sakinləri arasında ən arzuolunan istiqamətlərdən biri olduğunu qeyd edib, Əbu-Dabidə Azərbaycan məhsullarının satıldığını müşahidə etdiyini vurğulayıb, gələcəkdə bu istiqamətdə dəstək lazım olarsa, müvafiq yardım göstərməyi vəd edib.

Tərəflər gələcəkdə bu sahədə mümkün əməkdaşlıq imkanlarının araşdırılması və hər iki tərəf üçün faydalı olacaq istiqamətlərdə işləmək barədə razılıq əldə ediblər.

Qeyd edək ki, 2007-ci ildə yaradılmış Xəlifə Fondu “Rifah naminə təşəbbüslərin önündə” şüarı altında əsasən təhsil və səhiyyə sahəsində ölkə daxilində və xaricində çoxlu sayda layihələr həyata keçirir. Təhsil sahəsində həyata keçirilən layihələr daha çox region ölkələrində ixtisas təhsilinə, səhiyyə layihələri aclıq, uşaqların müdafiəsi, su ehtiyatlarından istifadənin təmin olunmasına hədəflənib. BƏƏ Prezidentinin qardaşı, baş nazirin müavini Şeyx Mansur bin Zayed əl Nəhyanın sədri olduğu Xəlifə Fondunun təhsil və səhiyyə müəssisələrinin inşasında zəngin təcrübəsi var. Asiya və Afrika ölkələrində təhsil və səhiyyə müəssisələrinin yaradılması, həmçinin mövcud müəssisələrə yardımların göstərilməsi, qeyd olunan sahələrdə digər layihələrin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən Fond bir sıra Avropa ölkələrində məscidlərin və İslam mərkəzlərinin tikilməsi və saxlanılması ilə də məşğuldur. Bu günədək həyata keçirilmiş layihələr ümumilikdə 87 ölkəni əhatə edir. MDB regionu ölkələrində Xəlifə Fondu tərəfindən həyata keçirilmiş layihələrə misal olaraq, Türkmənistanda Şeyx Xəlifə Hospitalı və Qazaxıstanda Şeyx Xəlifə Məktəbinin inşasını göstərmək olar. Xəlifə Fondu layihələrinin həyata keçirilməsində BMT-nin aidiyyəti agentlikləri və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  18-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA