Ana səhifə »  Qəzetin pdf formatı »  Vətənə xidmət şərəfdir
A+   Yenilə  A-
Vətənə xidmət şərəfdir

Siyavuş Novruzov,

Azərbaycan Respublikası Milli Məclisinin Dini Qurumlar və İctimai birliklərlə iş komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini

 

Bəşər sivilizasiyası yarandığı gündən onun özünüqoruma instinkti dövlətçilik institunun formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. Sahib olduğu mənəvi və maddi dəyərləri qorumaq, yad təsirlərdən, təcavüzün istənilən forma və təzahürünü dəf etməkdən keçirdi və hər bir xalq bu ali məqsədi təmin etmək üçün çətin anlarda silaha əl atırdı. Təsadüfi deyil ki, vətənini əldə silah qorumaq antik Yunan və Roma cəmiyyətlərində vətəndaşın birbaşa vəzifəsi, müqəddəs borcu idi. Hətta “hərbi xidmət senzi” tətbiq edilir, bir şəxsin vətəndaş sayıla bilməsi, seçkili orqanlarda iştirakı və yüksək dövlət orqanlarına təyinat ala bilməsi üçün birbaşa bu senz tətbiq olunurdu.

Çox qədim tarixə, olduqca köklü hərbi ənənələrə sahib olan türk xalqları da qüdrətli qonşularla əhatə olunmuş sərt geosiyasi mühitdə məhz “ordu-millət” prinsipi ilə ayaqda qalmağı bacarmışdılar. Türk ənənələrində, yəni törədə hakim olan görüş ondan ibarət idi ki, hər bir kişi əsgərdir və təhlükə anında səfərbər olaraq düşmənə qarşı çıxmalıdır. Türk hərbi demokratiyasına görə bütün əli silah tutan kişilər xalqın taleyində əhəmiyyət daşıyan qərarların qəbul olunmasında birbaşa səsvermə ilə iştirak etməli, rəy bildirməli və heç şübhəsiz döyüşməliydi. Ən naqis sifətlər isə fəralilik, qorxalqlıq və satqınlıq sayılırdı.

Müasir dövrümüzə nəzər yetirsək, bu gün, xalqımızın ən köklü hərbi ənənələri əsasında modern Azərbaycan ordusu yaradılır, onun zəruri insrastrukturu formalaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində olduqca mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bütün bu fəaliyyətin qayəsi ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü bərpa etmək, xalqımızın təhlükəsiz və sülh şəraitində yaşamasını təmin etməkdir. Hal-hazırda bu sahədəki fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən misli görünməmiş vüsət almış, ordumuz dünya silahlı qüvvələri arasında ən üst sıralarda layiqli yerini tutmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan genişlənir, həm daxili istehsal, həm xaricdən alınan silah sistemləri sayəsində ordumuzun arsenalı daha da qüdrətli məzmun kəsb edir.

Lakin, bütün dövrlərdə ən qiymətli silah həmin ölkənin vətənpərvər gəncliyi, cəmiyyətin orduya ləyaqətli münasibətidir. Ona görə də, ordunun komplektləşdirilməsi məqsədilə silahlı qüvvələrə çağırışa münasibət hər bir cəmiyyətdə məhz dövlətçiliyə olan münasibət kimi özünü biruzə verir.

Ölkədə hökm sürən yüksək hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir ki, bu gün Azərbaycan gənci orduya sevərək gedir, vətənə xidmətdən qürur duyur. Belə gənclərdən biri də ali təhsilini başa vurduqdan sonra Silahlı Qüvvələr sıralarına qatılan, cənab Prezident İlham Əliyevin övladı Heydər Əliyevdir. Onun hərbi xidmətə yollanması hər bir gəncimiz üçün şəxsi nümunə, ruh yüksəkliyi, bötövlükdə cəmiyyətimiz üçün müsbət bir vətəndaşlıq və vətənpərvərlik mesajıdır. Azərbaycan hüquqi dövlətdir və əslində belə hadisə normal düçüncə sahibi olan insanlarda nə təəccüb, nə də hansısa bir müzakirə predmeti olmamalıdır.

Lakin təəssüflər olsun ki, erməni və ermənipərəst dairələr, sapı özümüzdən olan baltalar bu hadisəyə də öz naqis prizmalarından yanaşıb şər-böhtan xarakterli spekulyasiyalarıyla yenidən gündəmə gəlməyə başladılar. Bu hadisəyə ilk reaksiya verən işğaıçı Ermənistan respublikasının baş naziri Paşinyan və xaricə mühacirət etmiş, guya adını azərbaycanlı qoymuş “Paşinyanın bacısı uşaqlarından” gəldi. Onlar yubanmadan gah bu hərbi xidmətin özünü, gah dislokasiya yerini şübhə altına alan yalan, böhtan və qarayaxma kampaniyasına başladılar. Hərbi işdən xəbərsiz dezertir Paşinyan-“bacısı uşaqları” cütlüyü anlamır ki, xüsusi təyinatlı hərbi hissədə qulluq edənlərin daimi dislokasiya yeri olduqca şərti xarakter daşıyır. Xüsusilə, müharibə şəraitində yaşayan ölkədə onlar hər zaman döyüşə hazır vəziyyətdə olmalı və silahlı münaqişənin ən qaynar nöqtələrinə operativ müdaxilə etməlidirlər. Habelə, müasir dünyamızda dini-etnik terror bütün qitələrdə kütləvi qətilər törədir, cəmiyyəti qorxu altında saxlayır. Onların bədnam əməllərinin qarşısını almaq üçün ilk çevik reaksiya isə xüsusi təyinatlı qüvvələr tərəfindən göstərilir. Bu baxımdan əsgər Heydər Əliyevin xidmət etdiyi hərbi hissə əslində ən böyük risk daşıyan birləşmələrdəndir və o bu hərbi hissəyə öz şəxsi fiziki xüsusiyyətləri, yüksək mənəvi-pisixoloji hazırlıq səviyyəsi ilə düşüb.

Belə bir sual yaranır. İlk baxışda fərqli kimi görünən bu iki şəxsi nə birləşdirir? Məqsədləri nədir? Paşinyan-“bacısı uşaqları” tandemi nəyə nail olmaq istəyir? Cavab sadədir. Bu cütlüyün düşüncə və fəaliyyətində məqsədyönlü və maraqlı bir sinxronluq var. Hər ikisinin niyyəti eynidir – Azərbaycan cəmiyyətini səfərbər edən, ona dinamik impuls qazandıran istənilən ictimai hadisəni ləkələmək, kölgə salmaq, ardıcıl yalan və böhtanla ictimaiyyəti çaşdırmağa yönələn cəhdlər göstərmək. Necə dəyərlər, məqsəd və üsul birliyi ahəngdarlıq yaradıb. Eyni maliyyə mənbələrindən qidalanmaları da öz yerində, amma fərqli motivlər də var. Belə ki, Paşinyan Yerevanın beş ulduzlu otellərində kef çəkib Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda hərbi xidmətdəymiş kimi göstərdiyi oğlunu erməni ictimaiyyətinə qəhrəman kimi təqdim edib, ucuz şou yaratmaq istəyir. Özünə erməni, əzabkeş müxalifətçi və s. saxta sənədlər düzəldib ölkədən qaçan dezertirlər, yəni, tarixin zibilliyinə atılmış “Paşinyanın bacısı uşaqları” isə öz bədnam əməllərini belə hay-küy altında unutdurmaq istəyirlər.

Bu məqamda bir haşiyə çıxmaq istəyirəm. Ulu Öndər Heydər Əliyev bir dəfə öz xatirələrindən belə bir əhvalat danışdı: “İşə tələsərkən Zərifə xanım ona tələsməməsini, onu gözləyənlərin onsuz da tabeçiliyində olan işçilər olduğunu qeyd edir. Ulu Öndər isə cavabında “Mən onlara nəzarət edirəmsə, mənə də bütün Azərbaycan xalqı nəzarət edir” - deyir. Təkcə bu qısa dialoqun özü Əliyevlər ailəsində olan xalq qarşısında məsuliyyət hissini, daxili nizam-intizamı ən bariz şəkildə açıqlayır. Bu baxımdan Prezident İlham Əliyevin övladı olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki, doğulduğu gündən hərbi xidmətə gedənə qədər Heydər Əliyevin bütün həyatı daim ictimaiyyətin diqqət mərkəzində olmuşdur. O, isə ailəsinin və cəmiyyətin ona olan inam və etimadını doğrultmuş, Azərbaycanın ictimai və ailə dəyərlərini daim yüksək tutmuşdur.

Sonda, cəmiyyətin ümumi əhval-ruhiyyəsini və əminliyini ifadə etmək istərdim ki, daxili və xarici dairələrin bütün ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı və dövləti bütün mövcud çətinlikləri arxada qoyacaq, Qarabağ uğrunda səfərbər olub öz tarixi torpaqlarını erməni işğalından xilas edəcək və qələbə bayrağımızı Xankəndinə Ulu Öndərimizin varisi, əsgər Heydər Əliyev asacaq.

 
  • Oxunub:  2640  |  
  • Tarix:  18-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA