Ana səhifə »  Qəzetin pdf formatı »  Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək
A+   Yenilə  A-
Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək

Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında"Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Prezident Fərmanını şərh etmək üçün AZƏRTAC-a müsahibə verib.

- EnterpriseAzerbaijan.com Portalına ehtiyac nədən yarandı?

- EnterpriseAzerbaijan.com Portalı Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq yaradılıb. EnterpriseAzerbaijan.com Portalının məqsədi ölkənin investisiya cəlbediciliyini daha da yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. Potensial investor axtarışında olan layihə təşəbbüskarları (promoterlər) ilə investisiya yatırmaq üçün biznes axtarışında olan potensial sərmayədarlar EnterpriseAzerbaijan.com Portalında bir araya gələcəklər. Hazırda dünyada trilyonlarla dollar sərbəst maliyyə vəsaiti var ki, gəlir gətirmək üçün layihələr axtarır. Bu mənada dünyada sərbəst maliyyə vəsaitlərinin Azərbaycanda biznes layihələrinə cəlb edilməsi imkanları genişdir. Çünki Azərbaycan belə investisiyalar üçün “sakit liman”dır. İndiyədək iqtisadiyyatımıza cəlb olunmuş 125 milyard ABŞ dollarından artıq xarici sərmayənin heç bir ciddi problem olmayıb. Mən yerli layihə müəllifləri, sahibkarlar və sərmayədarlara səslənirəm ki, EnterpriseAzerbaijan.com Portalı ilə yaxından əməkdaşlıq etsinlər.

Portal layihələr üçün həm inkubator, həm də akselerator rolunu oynayacaq. Dünyada 4-cü sənaye inqilabı baş verir. Rəqəmsal, fiziki və bioloji texnologiyaların tətbiqi baxımından EnterpriseAzerbaijan.com Portalına zərurət var. Çünki portal sərhəd tanımadan Azərbaycana belə texnologiyaların gətirilməsinə və sərmayə qoyuluşunun təşviqinə xidmət göstərəcək. Eyni zamanda EnterpriseAzerbaijan.com özü də yeni bir idarəetmə texnologiyasıdır. Hazırda dünyada rəqabət idarəetmə sistemləri, texnologiyalar, insan kapitalı və bazarlar uğrunda gedir.

- Siz belə rəqabət şəraitində hansı yenilikləri təqdim edəcəksiniz?

- EnterpriseAzerbaijan.com ilk dəfə olaraq Azərbaycan mənşəli layihələrə kraudfandinq, kraudinvestinq, toxum investor, mələk investor, vençur investor və digər alətlərdən istifadə edərək bütün dünyadan sərmayə cəlb edə biləcək. Biz artıq bütün dünyada uyğun tərəflərlə işləməyə başlamışıq. Məsələn, kreativ ideyalar üçün “KICKSTARTER”, istənilən növ layihələr üçün “İndieGOGO”, “GoFundMe”, “Planeta.ru” və “Onemission”, sosial və tibbi layihələr üçün “Youcaring”, qeyri-adi texnoloji ideyalar üçün “Crowdsupply”, vençur kapitalist maliyyələşməsi üçün “Crowdfunder”, elmi ideyalar üçün “Experiment”, sosial xarakterli layihələr üçün “Chuffed” ilə işləməyə başlamışıq.

Vençur investorları startapları kapitalla təmin edən və ya genişlənmək istəyən, lakin səhm bazarına çıxışı olmayan kiçik şirkətlərə dəstək olan investorlardır. Vençur investorlar bu kimi şirkətlərə yatırım etməyə meyillidirlər, çünki bu şirkətlər uğurlu olarsa, onlar külli miqdarda gəlir əldə edə bilərlər. Toxum investorlar layihəyə investisiya yatırmaq üçün biznes həyatının başlanğıcında qoşulurlar. Mələk investorlar startap və sahibkarların layihələrinin həyata keçirilməsinə investisiya yatırırlar. Bizə müraciət edən ideya və startap müəllifləri, habelə hazır biznes sahibləri bu imkanlardan yararlana biləcəklər.

Portalın təqdim etdiyi «Crowdfunding» funksiyası Azərbaycanda ilk nümunə olmaqla biznes ideyaları ilə yanaşı, ictimai-sosial, səhiyyə və digər sahələrə aid ideyaların da maliyyələşdirilməsinə imkan yaradacaq.

- Portalda fəaliyyət göstərən “Geoiqtisadi xəritə” barədə nə deyə bilərsiniz?

- Azərbaycanda ilk dəfə olaraq “Geoiqtisadi xəritə” EnterpriseAzerbaijan.com-da yaradılıb. Xəritədə infrastruktur, təbii sərvətlər, enerji stansiyaları, xidmət sektoru, banklar, şirkətlər, təhsil və elm müəssisələri, xüsusi zonalar, biznes inkubatorlar və s. daxil olmaqla 1200 əsas obyekt haqqında məlumat üç dildə - Azərbaycan, ingilis və rus dillərində qeyd olunub. Eyni zamanda inzibati rayonlar və iqtisadi rayonlar da xəritədə əksini tapıb. İstənilən maraqlı şəxs bu xəritədən istifadə edərək biznesə aid olan bütün informasiyaları ala bilər. Beləliklə, investorun və sahibkarın işi asanlaşır. Geoiqtisadi xəritə postsovet məkanında ən mükəmməl xəritə sayıla bilər. Çünki dünya təcrübəsini araşdırarkən gördük ki, belə xəritələri çox az ölkələr təqdim edirlər.

- EnterpriseAzerbaijan.com portalından istifadə qaydaları necə olacaq?

- EnterpriseAzerbaijan.com-a startap, biznes ideyası, biznes satışı və s. həyata keçirmək istəyən istənilən şəxs müraciət edə bilər. Bunun üçün portalda qeydiyyatdan keçmək lazım gələcək. Müvafiq qaydada məlumatlar EnterpriseAzerbaijan.com portalında əks olunacaq. Digər tərəfdən isə, EnterpriseAzerbaijan.com-da axtarış funksiyası yaradılıb: iqtisadiyyatın sektoru, rayon, kriteriya və qiymətə uyğun olaraq layihə axtarmaq investor üçün unikal imkandır.

EnterpriseAzerbaijan.com-da investor üçün lazım olan bütün biznes prosedurları sadə infoqrafikalar vasitəsilə təqdim edilib.

Eyni zamanda EnterpriseAzerbaijan.com-un mentorları biznes planın hazırlanması, şirkətin təsis edilməsi, logistika, bazar araşdırması və digər məsələlər barədə sahibkarlarımıza konsaltinq xidməti göstərməkdən məmnun olardılar.

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bundan başqa da innovativ layihələri, o cümlədən, “Azexport” və Rəqəmsal Ticarət Qovşağı da özünü təsdiqləyib. EnterpriseAzerbaijan.com portalı əvvəlki layihələrinizə necə inteqrasiya olacaq?

- Əslində “Azexport”, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com bir ekosistem təşkil edir. Məsələn, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi e-rezidentlik və m-rezidentlik xarici vençur, toxum və mələk investorlara imkan verəcək ki, Azərbaycana gəlmədən belə bizim təqdim etdiyimiz layihələri maliyyələşdirsinlər. Yeri gəlmişkən, Azərbaycan dünyada qeyri-rezidentlərə e-rezidentliyi təqdim edən ikinci, m-rezidentliyi təqdim edən ilk ölkədir. Belə yeni texnologiya və idarəetmə sistemi innovativ investorları cəlb edir. Eyni zamanda Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi təqdim edir, həmçinin Mastercard və Visa ilə də elektron ödənişlərin həyata keçirilməsi üçün danışıqlarımız var. Bu yolla xarici sərmayələrin biznes layihələrinə təhlükəsiz və çevik cəlbi imkanlarını yaratmış oluruq. Rəqəmsal Ticarət Qovşağı qeyri-rezidentlərə Azərbaycanda onlayn qaydada müəssisə təsis etmək imkanlarını da yaradıb. Yəni xarici sərmayənin Azərbaycana gəlməsi üçün bütün imkanlar var.

EnterpriseAzerbaijan.com üzərindən uğur qazanan biznes Azexport portalının imkanlarından istifadə edərək “Alibaba” və “Amazon” başda olmaq üzrə bütün e-ticarət portallarına çıxış əldə edəcək. “Azexport”un tərəfdaş bankları faktorinq, akkreditiv, inkasso, ixrac qarantiyası və ixrac sığortası vasitəsilə EnterpriseAzerbaijan.com-un biznes layihələrinin ixrac imkanlarını genişləndirəcək.

Göründüyü kimi Prezident İlham Əliyevin tapşırıqları əsasında yaradılmış Azexport, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com portalları tam bir innovativ platforma olaraq davamlı iqtisadi inkişafa xidmət edir. Cənab Prezidentin 19 sentyabr 2018-ci il Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi ilə birlikdə www.azexport.az və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görəcəyik.

 
  • Oxunub:  1020  |  
  • Tarix:  20-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

08:30
22 Oktyabr
İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin saytında “Star” zavodu barədə məqalə yayılıb
08:25
22 Oktyabr
Prezident İlham Əliyev: Bizim gənclərimiz bilikli olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar
08:20
22 Oktyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar
08:10
22 Oktyabr
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olunub
17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +24
gecə+15 +17