
Sentyabrın 20-də görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin (BDU) ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın anadan olmasının 86-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı BDU-da Rəfiqə Əliyevanın xatirəsi anılıb.
Görkəmli alimin xatirə barelyefi önündə keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf etmiş Rəfiqə xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışıb.
Tədbirdə tanınmış alim və mütəxəssislər iştirak ediblər.
- Oxunub: 2160 |
- Tarix: 20-09-2018 |
-
Çap et |