Ana səhifə »  Qəzetin pdf formatı »  Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
A+   Yenilə  A-
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında

Nikol Paşinyan Fransaya gedibmiş. O, Parisdə danışıqlar apardığını deyir. Doğrudan da, Fransanın Prezidenti ilə də görüşüb, yemək yeyiblər. Bir sıra siyasi və işgüzar dairələrlə və daha çox Fransada yaşayan ermənilərin təşkilatlarında görüşlər keçirilib. Lakin N.Paşinyan yalnız danışıb. Onun hansısa rəsmi sənəd imzaladığı haqqında informasiya yoxdur. Fransa Prezidenti Emmanuel Makron isə “İrəvanda danışarıq” cümləsi ilə erməni baş naziri başından edib. Bunların əvəzində N.Paşinyan ermənilərin əhatəsində cürətlənib. O, Azərbaycana və onun rəhbərliyinə qarşı absurd ittihamlarında davam edib. Hiss olunur ki, N.Paşinyan nəinki siyasəti bilmir, hətta başını belə itirib və məntiqsiz “fikirlərdən” başqa ağlına bir şey gəlmir. Bu kontekstdə onun Fransaya gedişinin bir sıra məqamları üzərində geniş dayanmağı lazım bildik.

Boş səfər: ancaq danışıqlar və vədlər

Məsəl var, deyərlər, qozbeli qəbir düzəldər. Deyəsən, Nikol Paşinyanı heç qəbir də düzəldə bilməyəcək. Fransaya etdiyi səfərdə danışdıqlarından belə anlaşılır ki, bu adamın siyasətdən qəti başı çıxmamaqla yanaşı, danışığını da bilmir. İki cümlədən bir özünü təkzib edir, mövqeyinin qeyri-müəyyən olduğunu açıqca nümayiş etdirir. Amma bu adam Ermənistan hökumətinə başçılıq edir. Qondarma dövlətin qondarma başçısı!

Öncə, N.Paşinyanı Fransa Prezidentinin qarşılaması maraqlı olub. Emmanuel Makron ümumi diplomatik xoş sözlərdən sonra deyib ki, iki ölkə arasındakı münasibətlər haqqında İrəvanda danışarıq (bax: В Елисейском дворце состоялась встреча Никола Пашиняна и Эммануэля Макрона: стороны обсудили ряд вопросов повестки армяно-французского сотрудничества / Primeminister.am, 14 sentyabr 2018). Özü də bu sözlər N.Paşinyana nahar yeməyi veriləndə deyilib. Tərəflər faktiki olaraq qonaqlıqda söhbət ediblər. Fransa ilə Ermənistan arasındakı tarixi əlaqələrdən bəhs ediblər. Hətta N.Paşinyan deyib ki, “Fransa ilə Ermənistan arasında imtiyazlı münasibətlər” vardır (bax: əvvəlki mənbəyə). Nədən ibarətdir bu imtiyaz? Hamı bilir ki, söhbət Fransanın Ermənistanı himayə etməsindən gedir. İki müstəqil dövlətin münasibətlərindən söhbət gedə bilməz. Son 800 ildə ermənilərin dövləti nə zaman olub?

Bundan başqa, hər kəsə məlumdur ki, Fransada ənənəvi olaraq erməni terror qruplarının havadarları olan müəyyən dairələr fəaliyyət göstərir. ASALA-nın lideri orada deyildimi? Fransada türk diplomatlara qarşı ermənilərin terror aktları olmayıbmı? Budurmu “tarixi köklərə malik imtiyazlı münasibətlər”? Bir siyasi lider anlayışları bu cür qarışdırırsa, onun yeri elə küçədə bağırmaqdır.

Görünür, N.Paşinyanı Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyi, tarixiliyi, səmimiliyi və reallığa uyğun məzmun kəsb etməsi o dərəcədə çaşdırıb ki, o da analoji addımlar atmağa cəhd göstərib. Gedib Fransadan Ermənistana qardaş “düzəltməyə”. Ancaq Fransa təcavüzkar bir ölkəyə “qardaş” olacaqsa, onun da sonu aydındır. Çətin ki, belə olsun, çünki fransızlar rasional davranırlar. Hər şeyi ölçüb-biçirlər.

Əslində, E.Makron erməni baş naziri ciddiyə almadığını yemək süfrəsi arxasında ifadə edib. Fransa Prezidenti “İrəvanda danışarıq” deməklə, “indi danışmağa ciddi bir məsələ yoxdur” fikrini anlatmaq istəyib. Çünki nə Ermənistan müstəqil dövlətdir, nə də N.Paşinyan real baş nazirdir. Bəs onda o, Parisə nəyə gedib?

Erməni baş nazirin getdiyi yerlərə və apardığı söhbətlərin məzmununa nəzər salanda görürük ki, onun başlıca işi and içmək olub. Fransada hansı siyasətçini və ya iş adamını görürsə, təqribən belə xahiş edir: “vallah, Ermənistan dövlətdir, ora sərmayə qoyun, orda supermarketlər də var, qanun da işləyir” və s. N.Paşinyanın danışıqlarının stenoqramına baxsanız bundan başqa məntiq tapa bilməzsiniz.

Təbii ki, ənənəvi erməni özünütərifi də yerindədir. “Ermənilər dünyaya sübut etdilər ki…”, “Erməni xalqı və Ermənistan üzərinə qlobal əhəmiyyəti olan rol götürüb” və ya “Ermənistan müasir sivilizasiyanın kənarında qalan deyil, yeni dünya sistemini yaradan liderlərdəndir” (bax: Стартовал визит Никола Пашиняна во Францию: премьер-министр возложил венок к памятнику Комитасу и встретился с представителями армянской общины / Primeminister.am, 13 sentyabr 2018).

Siyasət və yalan: erməni baş nazirin məntiqsiz ittihamları

Gülməlidir, Ermənistan indiyə qədər üzərinə hansı qlobal missiyanı götürüb? Keçən əsrin 90-cı illərindən bu yana rəsmi İrəvanın fəaliyyəti qonşulara ərazi iddiası və havadarlara dəstəklə bağlı yalvarışlardan başqa nə ilə yadda qalıb? Eyni məntiqlə, N.Paşinyanın “Ermənistanın yeni dünya sistemini yaratmaqda payı vardır” deməsi gülüşdən başqa nə doğura bilər? Ümumiyyətlə, Ermənistan yeni dünya nizamının yaradılması prosesinin həndəvərində belə deyil. Bu ölkə qlobal əhəmiyyət daşıyan bir dənə də olsun tədbir keçirməyib, hansısa proqram, yaxud layihə irəli sürməyib.

Ermənistanın iqtisadi vəziyyəti də həmişə çox aşağı səviyyədə olub. Yeni texnologiyaların tətbiqi səviyyəsinə görə isə dünyada ən aşağı pillədədir. Bunu N.Paşinyanın özü də Parisdə etiraf edib. Korrupsiya ölkəni bürüyüb. N.Paşinyan hakimiyyətə gələndən korrupsiyanın azaldığını göstərən fakt da yoxdur. Ermənistana sərmayə qoyuluşu çox azdır. N.Paşinyan özü Fransada iqtisadi göstərici kimi bir supermarketdən başqa fakt gətirə bilməyib. O mağaza da sıxışdırılırmış. Məgər müasir iqtisadiyyatı mağazalar səviyyəsində qiymətləndirmək olar? İnfrastruktur, istehsal potensialı və real sistemi, müxtəlif iqtisadi sferaların həmahəng inkişafı, diversifikasiya və s. kimi mühüm məsələlərdən niyə danışmırlar? Çünki bunların heç biri fərli səviyyədə deyil. Olan-qalana da Rusiya nəzarət edir.

Bu faktları N.Paşinyan inkar edə bilməz və onların yoxluğunun yaratdığı mənzərəni gizlədə bilməz. Onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər də eyni dərəcədə yalan, qərəzli və məqsədlidir. Erməni baş nazir Fransadakı erməni icması ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi, vasitəçilərin fəaliyyəti və Azərbaycan Prezidentinin mövqeyi ilə bağlı həqiqətə uyğun olmayan fikirlər işlədib. N.Paşinyan vasitəçilərə ağıl öyrətməyə çalışıb ki, “əgər onlar həqiqətən nizamlama ilə məşğul olmaq istəyirlərsə, onda ilk növbədə Azərbaycan Prezidentini intizama çağırmalıdırlar” (bax: Наира Айрумян. Никол Пашинян озвучил единственный вариант для Арцаха – присоединение к Армении / Lragir.am, 15 sentyabr 2018). Bu nə deməkdir? Sən demə, İlham Əliyev Ermənistanı güzəştə getməsi üçün hədələyirmiş və bundan N.Paşinyan qorxmurmuş.

Ağlı başında olan baş nazir belə səviyyəsiz, məntiqsiz və bəsit fikir bildirər? Axı, hər kəs bilir ki, Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini havadarlarının böyük yardımı ilə işğal edib və dinc insanları öz yurdlarından qovub. Azərbaycan Prezidenti də ifadə edir ki, Ermənistan işğal etdiyi ərazilərdən silahlı qüvvələrini çəkməlidir, dinc sakinlər evlərinə qayıtmalıdır, Azərbaycanın dünya tərəfindən tanınan sərhədləri daxilində ərazi bütövlüyü bərpa edilməlidir. Burada hədə-qorxu haradadır?

Əgər N.Paşinyan Azərbaycan rəhbərinin ordunu gücləndirmək üçün atdığı ardıcıl və səmərəli addımlardan narahatdırsa, bu, müstəqil dövlətin suveren hüquqlarındandır. Baş nazir kimi bu elementar qaydanı N.Paşinyan bilməli idi. Bilmirsə, onda onun hakimiyyətdə nə işi var?

Sonra, N.Paşinyan əsl xəstə psixologiyalı erməni olduğunu nümayiş etdirir. O deyir ki, İlham Əliyev “dqr”lə danışıq aparmaq istəmir, ancaq Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmək arzusundadır. Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil. Orada azərbaycanlılar da yaşayırdılar (deportasiya edildilər). İkincisi, terrorçularla Azərbaycanın rəsmi hakimiyyəti hansı danışığı aparmalıdır? Üçüncüsü, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib. Belə çıxır ki, N.Paşinyan bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə saymağa çalışır. Dördüncüsü, bu cür yarıtmaz məntiqlə N.Paşinyan hansı üzlə “soyqırımı məntiqi”ndən bəhs edir? Öz yurdlarından qovulan azərbaycanlılar, Ermənistandan tamamilə deportasiya edilən azərbaycanlılar, ancaq ermənilərin məntiqi demokratikdir? Və azərbaycanlıların məntiqi soyqırımçıdır? Bu qədər alçaq böhtanı dünyanın heç bir siyasətçisindən eşitməzsiniz.

Nə qədər utanmaz olasan ki, Azərbaycanda on minlərlə erməninin yaşamasına baxmayaraq, bu cür yalan uydurasan. Və bunu Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşaya bilməməsi faktı ola-ola deyəsən. Belə adamla nəyi və necə müzakirə etmək olar? Bu sualın cavabı üzərində həmsədr dövlətlər və ermənilərin havadarları düşünməlidirlər.

Newtimes.az

 
  • Oxunub:  3480  |  
  • Tarix:  20-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA