/ / Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
21.09.2018 [13:32]
Milli Olimpiya Komitəsində (MOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibi Ağacan Abıyev, MOK-un baş katibinin müavini Azər Əliyev, idman federasiyalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Çingiz Hüseynzadə yarışda iştirak edəcək komandamız haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan yığması Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl, 3 gümüş) 11-ci yerdə, II Yay Olimpiya Oyunlarını isə 12 medalla (5 qızıl, 6 gümüş və 1 bürünc) 10-cu yerdə başa vurub. Ç.Hüseynzadə nümayəndə heyətinə uğurlar arzulayıb və Azərbaycan Olimpiya Komandasının Argentinada da ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Bu yarışlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Mehman Kərimov oyunlar çərçivəsində Milli Olimpiya Komitəsi və Olimpiya komandamızın tərəfdaşı Toyota Qafqaz MMC-ni iştirakçılara təqdim edib. Oyunların təbliğatı və tətbiq ediləcək bir sıra vacib yeniliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Oyunların gənc səfiri qismində Azərbaycanı təmsil edəcək Səkinə Vəliyeva Argentina, Buenos-Ayres, oyunlar, nümayəndə heyətinin qalacağı Olimpiya kəndi və yarış yerləri haqqında təqdimatlar edib. O, Oyunlarda 206 ölkədən idmançıların iştirakının nəzərdə tutulduğunu deyib. Onlar 32 idman növü üzrə yarışacaqlar.
Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli iştirakçılara Oyunlardan əvvəl və Oyunlar zamanı dopinqlə mübarizə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib.
Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini və MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev Olimpiya Komandasının Argentinaya gediş-gəlişi, geyimi, akkreditasiya və digər texniki məsələlər barədə iştirakçıları məlumatlandırıb və onların suallarını cavablandırıb.
Xatırladaq ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-dan 18-dək keçiriləcək. Azərbaycan Olimpiya Komandasının əsas hissəsi oktyabrın 4-də Buenos-Ayresə yola düşəcək.
Azərbaycan Olimpiya Komandası 17 idmançı (8 qız, 9 oğlan), 12 məşqçi və hakimdən, nümayəndə heyətinin rəhbərindən və gənc səfirdən ibarətdir. Bundan başqa, nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri daxildir.
İdmançılarımız olimpiadaya 9 idman növü üzrə lisenziya əldə ediblər. Olimpiya yığmasının tərkibində Azərbaycanı üzgüçü Fatimə Alkərəmova, stolüstü tennisçilər Jinq Ninq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq çəki dərəcəsində) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tamerxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (100 metr məsafəyə qaçış) təmsil edəcəklər.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06
Xəbər lenti
25 Aprel 16:41
Xəbər lenti
25 Aprel 15:58
İqtisadiyyat
25 Aprel 15:19
Xəbər lenti
25 Aprel 15:16
Xəbər lenti
25 Aprel 14:36
İdman
25 Aprel 14:26
Xəbər lenti
25 Aprel 14:11
Xəbər lenti
25 Aprel 13:54
Xəbər lenti
25 Aprel 13:53
Xəbər lenti
25 Aprel 13:33
Xəbər lenti
25 Aprel 13:21
Xəbər lenti
25 Aprel 13:02
Xəbər lenti
25 Aprel 12:57
Siyasət
25 Aprel 12:52
Xəbər lenti
25 Aprel 12:45
Siyasət
25 Aprel 12:37
Xəbər lenti
25 Aprel 12:20
Xəbər lenti
25 Aprel 12:19
Xəbər lenti
25 Aprel 12:12
Dünya
25 Aprel 11:58
İqtisadiyyat
25 Aprel 11:56
Xəbər lenti
25 Aprel 11:42
Dünya
25 Aprel 11:30
Gündəm
25 Aprel 11:24
Xəbər lenti
25 Aprel 11:22
Xəbər lenti
25 Aprel 11:20
Sosial
25 Aprel 11:15
İqtisadiyyat
25 Aprel 11:10
Analitik
25 Aprel 11:10
Xarici siyasət
25 Aprel 11:05
Sosial
25 Aprel 11:00
Xəbər lenti
25 Aprel 10:53
MEDİA
25 Aprel 10:47
Xəbər lenti
25 Aprel 10:42
Xəbər lenti
25 Aprel 10:40
Xəbər lenti
25 Aprel 10:40
Siyasət
25 Aprel 10:38
Gündəm
25 Aprel 10:32
Siyasət
25 Aprel 10:30
İqtisadiyyat
25 Aprel 10:21
Gündəm
25 Aprel 10:10
Gündəm
25 Aprel 10:00
Xəbər lenti
25 Aprel 09:50
Xəbər lenti
25 Aprel 09:38
Xəbər lenti
25 Aprel 09:29
Xəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16