Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub

Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub

21.09.2018 [18:06]

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə K.Abdulla Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə olduğunu, rəhbərlik etdiyi ali təhsil ocağının Çinin müxtəlif universitetləri ilə münasibətlər qurduğunu söyləyib.

Bakıya səfərindən məmnunluğunu bildirən L.Cienxon Azərbaycan paytaxtının gözəl və inkişaf etmiş şəhər olduğunu deyib. Azərbaycan-Çin əlaqələrindən danışan qonaq ADU-nun Çin universitetləri ilə sıx əməkdaşlığından xəbərdar olduğunu vurğulayıb. O, ADU-dakı Konfutsi İnstitutunun fəaliyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığına görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. L.Cienxon deyib: “Münasibətlərin daha yüksək səviyyəyə çatması üçün bu cür görüşlərin vaxtaşırı təşkili vacibdir”.

Sonra çinli qonaqlar ADU-nun nəzdində yaradılmış Konfutsi İnstitunun fəaliyyəti ilə tanış olublar.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun Çinin “Bir kəmər – bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşdiyini deyib. O, həmçinin institutda Çin fəlsəfəsi və tarixinə dair keçirilən elmi seminarların mövzusu barədə məlumat verib.

R.Abbasov qonaqları Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi və Prezident İlham Əliyevin ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib.

Daha sonra çinli qonaqlar ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr və Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ilə görüşüb, “İpək Yolu üzərində mədəniyyətlərarası dialoq” mövzusunda təşkil olunan elmi seminarlarda iştirak ediblər.

Tədbirdə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yolu” mövzusunda məruzə ilə çıxış edən R.Abbasov bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir. Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.

L.Cienxon diqqətə çatdırıb ki, tarixi “İpək Yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması sahəsində körpü rolu oynayır. Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsi və təcrübələrin bölüşdürülməsi vacibdir.

Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” əsəri və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31