Ana səhifə »  Qəzetin pdf formatı »  İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
A+   Yenilə  A-
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib

Regionumuzda və onun ətrafında son hadisələr xalqlarımız arasında daha sıx regional əməkdaşlığı inkişaf etdirmənin vacibliyini bir daha sübut etdi. Bu xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) unikal rolu danılmazdır. İƏT-in fəal üzv dövlətlərindən biri kimi Azərbaycan təşkilatın əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib və nəqliyyat, enerji, ticarətin asanlaşdırılması və sair sahələrdə regional sinerji və müxtəlif tərəfdaşlıq çərçivələrinin genişləndirilməsi istiqamətində xüsusi fəaliyyətlər formasında əhəmiyyətli töhfə verib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə söyləyib.

Nazir deyib ki, iqtisadiyyat və ticarət haqqında danışarkən, nəqliyyat və bağlılıq məsələsi göz önünə gəlir. Həm istehsalçı, bazar, həm də nəqliyyat dəhlizi kimi regionun rəqabətliliyinin artırılması məqsədilə regional infrastrukturun inkişafı adekvat şəkildə həll edilməlidir. Nəqliyyat imkanları İƏT regionunun vacib strateji rəqabət üstünlüyüdür. Ələlxüsus yol və dəmir yolu sektorunda bağlılığımızın genişləndirilməsi istiqamətində əməkdaşlığımız olduqca vacibdir.

Nazir bildirib ki, Azərbaycan nəqliyyat sistemini və xidmətləri iqtisadiyyatın əsas müqayisəli üstünlüklərindən birinə çevirərək özünün tranzit və logistika potensialını daha da genişləndirmək niyyətindədir. Biz bu vəzifənin artan effektinə qəti şəkildə inanırıq və bu səbəbdən biz bunu regional miqyasda layihələşdirmək istərdik. Bununla yanaşı, Azərbaycan Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin qarşılıqlı əlaqəsinə xidmət edəcək nəqliyyat infrastrukturunun modernləşdirilməsinin və diversifikasiya edilməsinin üzərində işləyir. Bundan başqa, ölkəmizdəki bütün nəqliyyat marşrutlarının konvergensiya nöqtəsi olan yeni Beynəlxalq Dəniz Ticarəti Limanı və onun Beynəlxalq Logistika Mərkəzinin tikintisi, Ələtdə azad iqtisadi zona ilə bağlı Qanunun qəbulu region ölkələrinin tranzit qabiliyyətinin və beynəlxalq ticarət dəhlizlərinin rəqabətliliyini əhəmiyyətli dərəcədə artıracaq. Biz ticarət imkanları ilə bir-birimizə yardım etməliyik.

Buna görə də Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin təşviqi vasitəsilə İƏT regionunun tranzit potensialının artırılmasına töhfə verməkdədir. Azərbaycan və Türkiyə keçən il istifadəyə verilmiş və Çini Avropaya daha da yaxınlaşdıran strateji Bakı-Tbilisi-Qars dəmir yolunun iki vacib son məntəqələridir.

Həmçinin biz strateji məqsədi regionumuzda bir sıra ölkələrin qarşılıqlı şəkildə maraqlarını gücləndirmək olan Lapis-Lazuli nəqliyyat marşrutu vasitəsilə Avropa və Mərkəzi Asiya arasında davamlı logistikanın qurulması məqsədilə Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyədəki tərəfdaşlarımızla işləyirik. Biz inanırıq ki, İƏT dəmir yolu şəbəkəsinin əlaqələndirilməsi və bölgənin birgə dəmir yolu infrastrukturunun inkişafı üzrə addımların atılması İƏT gündəliyinin prioritet məsələlərindən biri olmalıdır. İnanırıq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin çatışmayan və vacib halqası olan Qəzvin-Rəş-Astara (İran)-Astara (İran) layihəsinin erkən başa çatdırılması iqtisadi inkişafa yeni təkan verəcək, cəlb olunmuş ölkələrin, eləcə də bütün regionun nəqliyyat imkanlarını genişləndirəcək.

Yenilənmiş İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) infrastrukturu olmadan müasir cəmiyyətlər rəqabətədavamlı ola bilməzlər. İKT qarşılıqlı uzlaşmanın ayrılmaz tərkib hissəsidir və fəxr edirəm ki, Azərbaycan, həmçinin müvafiq regional layihələrin inkişaf etdirilməsinə fəal cəlb olunub. Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) bunun bariz nümunəsidir.

Elmar Məmmədyarov deyib ki, Azərbaycan İƏT regionunda İKT əməkdaşlığının inkişafına sadiqdir və bu sektorda regional əməkdaşlığı asanlaşdırmaq istiqamətində səylərinin davamı olaraq Azərbaycan 2017-ci ildə müvafiq nazirlərin görüşünü təşkil etdi. Əminəm ki, nazirlərin müzakirələrinin nəticəsi İKT sahəsində ortaq məqsədlərə nail olunmasına töhfə verəcək.

Nazir qeyd edib ki, enerji əməkdaşlığı regional əməkdaşlıq proseslərinin əsasını təşkil edir. Bütün bunlar Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığına yeni baxışla ortaya çıxdıqda başladı. Azərbaycan daha geniş regionda enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaş oldu. Biz boru kəməri infrastrukturunun diversifikasiyasının pioneri olduq. Biz Xəzər, Qara və Aralıq dənizlərini əlaqələndirdik. Bu gün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əməkdaşlığın əsl ruhunun simvolu olaraq qalır. Hazırda biz Trans-Adriatik boru kəmərindən (TAP) və Trans-Anadolu boru kəmərindən (TANAP) ibarət Cənub Qaz Dəhlizinin üzərində çalışırıq. Biz 2020-ci ilə qədər “Şahdəniz” yatağından qazımızı Avropa İttifaqına çatdırmağı planlaşdırırıq. Bu enerji layihələrinin reallaşması enerji resurslarını diversifikasiya edəcək, eləcə də region daxilində və onun hüdudlarından kənarda enerji təminatını və nəqlini artıracaq.

Təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi uğurlu cəmiyyət və regional əməkdaşlığın qurulması baxımından vacib komponentdir. Təəssüf ki, son görüşümüzdən bəri regionda sabitlik və təhlükəsizlik daha da həssas olub, yeni münaqişə ocaqları peyda olub və regionun inkişafının perspektivləri ciddi şəkildə pozulub. Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tammiqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir.

Əməkdaşlığımız üçün çox vacibdir ki, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardırlar və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edirlər. Mən bütün İƏT üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaqla bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin genişmiqyaslı regiondaxili əməkdaşlığı möhkəmləndirəcək.

“Nəqliyyat və ticarət məsələlərimizə nə daxildir? Bu vəzifələr üzrə bizi nə istiqamətləndirə bilər? Belə ki, biz İslamabad Sammiti Bəyannaməsini, ən son isə Düşənbə Kommunikesini qəbul etmişik. Çıxışımda qeyd etdiyim bütün məsələlər orada əks olunub. Bizim sadəcə onlara fikir verməyimizə ehtiyac yoxdur, faktiki olaraq biz onları reallığa çevirməliyik”, - deyə Elmar Məmmədyarov bildirib.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  25-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 Fevral 17:48
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair HESABATI
19 Fevral 17:41
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
19 Fevral 17:37
Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir
19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA