Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

25.09.2018 [16:31]

Sentyabrın 25-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Aqiyə Naxçıvanlı gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə, 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə danışılıb. Bildirilib ki, ötən müddət ərzində komitənin 3 iclası keçirilib, 4 məsələ və 2 qanun layihəsi müzakirə olunub. Bundan əlavə, komitə üzvləri və əməkdaşları cari il fevralın 2-də Azərbaycan Uşaqları ictimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olub, sığınacaqda məskunlaşan uşaqlarla və əməkdaşlarla görüşüb, burada olan 29 uşağın vəziyyəti, təhsili və sağlamlıqları ilə maraqlanıblar.

Diqqətə çatdırılıb ki, cari il aprelin 26-da komitə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti ilə, aprelin 27-də Suraxanı Rayon İcra hakimiyyəti ilə birlikdə Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş geniş tədbirlər keçirib.

Bildirilib ki, komitə fəaliyyətə başlayan dövrdən etibarən “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda silsilə tədbirlər keçirilib. Mayın 23-də komitə Milli Məclisdə həmin silsilədən növbəti - "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər" mövzusunda geniş tədbir keçirib. Tədbirdə əsasən ailə institutunun möhkəmləndirilməsi, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləndirilməsi, gənc nəslin sağlam ruhda tərbiyə olunması, erkən nikahlar, boşanmalar, qeyri-rəsmi nikahlar və s. məsələlər ətrafında geniş müzakirələr və maraqlı fikir mübadilələri aparılıb. Komitə 1 iyun - Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə keçirilən tədbirin təşkilatçılarından biri olub.

Aqiyə Naxçıvanlı vurğulayıb ki, Milli Məclisin yaz sessiyası ərzində komitənin ünvanına 149 məktub daxil olub. Həmin təklif, ərizə və şikayətin 69-u araşdırılmaq üçün aidiyyəti orqanlara göndərilib. Hesabat dövründə Milli Məclisdə 98 nəfər vətəndaş qəbul edilib. Müraciət edən vətəndaşların bəzilərinin problemləri yerindəcə həll olunub, digərlərinin ərizələri ilə əlaqədar müvafiq təşkilatlara müraciətlər göndərilib.

Daha sonra komitənin 2018-ci ilin payız sessiyası dövründə görəcəyi işlər barədə iş planının layihəsi komitə üzvləri tərəfindən qəbul olunub.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi barədə məlumat verən Aqiyə Naxçıvanlı söyləyib ki, qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 2018-ci il martın 6-da Milli Məclisə təqdim olunub. Qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan qanun layihəsi komitənin iclasında müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib. Plenar iclasda isə qanun layihəsinə birinci oxunuşda konseptual baxımdan qiymət verilib və bəzi təkliflər nəzərə alınmaqla ikinci oxunuşda müzakirə olunması üçün qəbul edilib. “Bu qanun layihəsi sosial sifarişin nəticəsidir. Uşaqların sosial həyatına və sağlamlığına ziyan vuran məsələlərlə bağlı qanunvericilik aktlarında təsbit olunmasına böyük ehtiyac var. Ölkəmizdə uşaqlara qarşı zorakılıq hallarının, pis vərdişlərin, erkən nikahların, uşaqların cinsi və sui-istifadə istismarının aradan qaldırılması məqsədilə qanunvericilik təkmilləşdirilməli və uşaqlara valideynlərin, müəllimlərin nəzarəti, ümumilikdə ictimai və dövlət nəzarəti gücləndirilməlidir”, - deyə komitə sədri qeyd edib.

Diqqətə çatdırılıb ki, bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, "Uşaq hüquqları haqqında", "İctimai Televiziya və Radio Yayımı haqqında", "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının və inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.

Komitə iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin ikinci oxunuşda plenar iclasa təqdim olunması qərara alınıb.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30