
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorge Areaza və Baham Adaları Birliyinin xarici işlər naziri Daren Alan Henfild ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirlər ikitərəfli münasibətləri müzakirə edib, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
- Oxunub: 2850 |
- Tarix: 25-09-2018 |
-
Çap et |