Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir

Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir

25.09.2018 [17:42]

“Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir”. Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş istənilən vəzifəni icra etmək gücündə və əzmindədir.

“Ermənistan ordusunun təxribatçı hərəkətlərinə layiqli cavab verilməsi, eyni zamanda, böyük ruh yüksəkliyi yaratmış oldu. Yəni bir daha bəlli oldu ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət apara bilməz. Reallıq onu göstərir ki, Ermənistanın yeni rəhbərliyi öz məsuliyyətini dərk etmir, absurd bəyanatlar verir və Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atır. Şübhəsiz ki, ordunun daha da gücləndirilməsi və döyüş qabiliyyətinin daha da artırılması diqqət mərkəzindədir. Nəticə etibarilə, güclü orduya sahib olan Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır”-deyə, deputat qeyd edib.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30