Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa İttifaqı Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək verəcək

Avropa İttifaqı Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək verəcək

26.09.2018 [17:49]

Avropa İttifaqının (Aİ) EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki, energetika sektoru qarşısında mühüm hədəflər Strateji Yol Xəritəsində müəyyənləşdirilib və bu, enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər.

Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək.

Bildirilib ki, sənəd hazırlanarkən ölkə üçün strateji hədəflər, inkişaf meyilləri, enerji resurslarının dinamikası, enerji təhlükəsizliyinin təminatı, enerji istehlakının strukturunda dəyişikliklər, bərpaolunan enerji mənbələri, beynəlxalq tendensiyalar, iqlim siyasəti kimi məsələlər nəzərə alınmalı və digər ölkələrin təcrübəsindən istifadə edilməlidir.

Tədbirdə enerji sahəsində strateji sənədlərin hazırlanmasına dair Avropa İttifaqı ölkələrinin təcrübəsi və enerji strategiyalarının təhlili, enerji sektorunun modelləşdirilməsi mövzularında təqdimatlar dinlənilib. Neft-qaz və elektrik enerjisi sektorları üzrə prioritetlər və strateji məqsədlərlə bağlı müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30