Ana səhifə »  Qəzetin pdf formatı »  Milli Məclisin deputatı AŞPA-da Dağlıq Qarabağdakı separatçı rejimin qeyri-qanuni fəaliyyətindən danışıb
A+   Yenilə  A-
Milli Məclisin deputatı AŞPA-da Dağlıq Qarabağdakı separatçı rejimin qeyri-qanuni fəaliyyətindən danışıb

Azərbaycan 25 ildən artıqdır ki, Ermənistan tərəfindən işğalçılıq siyasətinə məruz qalır, ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərinin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın qeyri-adekvat davranışları və təxribatları münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olur. Münaqişənin ədalətli həllinin uzanması bütövlükdə region üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Ermənistanın işğal etdiyi ərazilərə Azərbaycan nəzarət edə bilmədiyi üçün bu ərazilər “boz zona”ya çevrilib. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış terrorçu və separatçı rejim isə həmin ərazilərdən ən müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi üçün istifadə edir.

Bu fikirləri AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı Milli Məclisin deputatı Sahibə Qafarova söyləyib.

Deputat bildirib ki, bir sıra beynəlxalq ekspert qruplarının və təşkilatların dəfələrlə bəyan etdiyi kimi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni silahlı qruplarla yanaşı, terrorçuları hazırlayan düşərgə də mövcuddur və bu, bütün beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır. Bu ərazilər narkotik maddələrin becərilməsi, istehsalı və satışı üçün istifadə olunur. ABŞ Dövlət Departamentinin 2001-ci ildə yaydığı hesabatda işğal edilmiş Azərbaycan ərazilərinin narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu vurğulanıb.

Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin yetişdirilməsi faktı AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapıb. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları "çirkli pulların yuyulması" əməliyyatı sahəsində məlum transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil edib. Bu ərazilər nüvə və radioaktiv tullantıların basdırılması üçün istifadə olunur. İnsan alveri, qeyri-qanuni məskunlaşdırma, təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunun “boz zona”ya çevrilməsinin çox təhlükəli nəticələrə gətirib çıxardığını göstərir. Beynəlxalq birliyin, eləcə də parlamentarilərin ilk vəzifəsi bu təhlükələri doğuran vəziyyəti aradan qaldırmaq olmalıdır.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış separatçı rejim isə hər vəchlə işğal faktını legitimləşdirməyə çalışır, hər hansı əcnəbinin oraya gedişini bölgənin dünya tərəfindən tanınması kimi qiymətləndirir. “Boz zona"ya səfərlərə icazə verilməsi işğalçılığın və separatizmin təşviq edilməsi və dəstəklənməsi, eləcə də müstəqil dövlətlərin suveren hüquqlarına qarşı açıq hörmətsizlikdir”, - deyə S.Qafarova vurğulayıb.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  11-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

17:46
23 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
17:43
23 Oktyabr
“Caspian European Club”un enerji üzrə komitəsinin iclası təşkil edilib
17:42
23 Oktyabr
"Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı çapdan çıxıb
17:40
23 Oktyabr
Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir
17:35
23 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
17:27
23 Oktyabr
Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub
17:12
23 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
17:03
23 Oktyabr
Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
16:53
23 Oktyabr
Azərbaycan ilə Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
16:32
23 Oktyabr
YAP-ın Sədr müavini Əli Əhmədov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
16:30
23 Oktyabr
Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub
16:21
23 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16:17
23 Oktyabr
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
16:13
23 Oktyabr
Operativ məlumat: oktyabrın 23-dək qəbul məntəqələrinə 158 min tondan çox pambıq təhvil verilib
15:23
23 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
15:17
23 Oktyabr
Həştərxanda Xəzəryanı ölkələrin işgüzar qadınlarının forumu keçiriləcək
15:14
23 Oktyabr
İntiqam Babayev: Dövlət gənclər siyasəti çox uğurlu nəticələr verməkdədir
14:51
23 Oktyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə səfərə yola düşüb
14:39
23 Oktyabr
Azərbaycan ixrac missiyası Türkiyəyə gedir
14:37
23 Oktyabr
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
14:25
23 Oktyabr
“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova muzeyi arasında memorandum imzalanıb
14:00
23 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumu il bağlı mətbuat konfransı keçirilib
13:54
23 Oktyabr
Vüqar Hüseynov: Bakıda keçirilən yarmarkada bal məhsullarının böyük hissəsi satılıb
13:51
23 Oktyabr
Cavid Osmanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir
13:48
23 Oktyabr
Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı bəyanatı Azərbaycanın haqq-ədalət çağırışlarının başlıca nəticələrindəndir
12:48
23 Oktyabr
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilir
12:35
23 Oktyabr
2006-cı ildən bu vaxtadək “Şərqi Azəri” platformasından 452 milyon barrel neft çıxarılıb
11:46
23 Oktyabr
Komitə sədri: Son 15 ildə Azərbaycanda 4 mindən çox sahibkar qadına güzəştli kreditlər ayrılıb
11:40
23 Oktyabr
Bakıda XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb
11:34
23 Oktyabr
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması multikulturalizm siyasətinin mühüm təzahürlərindəndir
11:17
23 Oktyabr
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olunub
10:31
23 Oktyabr
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
10:24
23 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:14
23 Oktyabr
Türkiyənin nəqliyyat və infrastruktur naziri: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir
10:10
23 Oktyabr
Azərbaycan ilə Fransa arasında elmi tədqiqatların aparılmasına dair razılıq əldə olunub
10:04
23 Oktyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb
10:02
23 Oktyabr
Parisdə Azərbaycan şərablarının dequstasiyası keçirilib
20:38
22 Oktyabr
"Azexport" və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb
20:36
22 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkəni və 24 mötəbər beynəlxalq təşkilatı təmsil edən qonaqlar iştirak edəcək
20:34
22 Oktyabr
“Foreign Policy News”: Kayseride Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb
20:30
22 Oktyabr
Babək rayonunun 40 illik yubileyi qeyd olunub
20:21
22 Oktyabr
“Star” neft emalı zavodu Türkiyə və Azərbaycan iqtisadiyyatlarının perspektivləri baxımından çox böyük dividendlər vəd edir
18:00
22 Oktyabr
Prezident İlham Əliyev: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir
17:59
22 Oktyabr
Rauf Vəliyev: Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerlər gələn il istismara veriləcək
17:58
22 Oktyabr
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda içtirak edir
17:57
22 Oktyabr
MM-in deputatı: Bu sənaye kompleksi ölkəmizə mühüm iqtisadi divident qazandıracaq
17:55
22 Oktyabr
Eldəniz Səlimov: “Star” zavodunun iqtisadi inkişafımızda vacib rol oynayacaq
17:51
22 Oktyabr
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir
17:46
22 Oktyabr
Josaia Voreqe Bainimarama: Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir
17:44
22 Oktyabr
Bilik Fondu ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası arasında niyyət protokolu imzalanıb
17:43
22 Oktyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
17:25
22 Oktyabr
XİN: Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik
17:11
22 Oktyabr
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
17:08
22 Oktyabr
Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış xarici siyasət xəttini uğurla həyata keçirir
17:06
22 Oktyabr
Statistika Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
17:02
22 Oktyabr
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub
16:54
22 Oktyabr
Kamal Abdulla: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir
16:52
22 Oktyabr
Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir
16:49
22 Oktyabr
Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub
16:37
22 Oktyabr
ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib
16:35
22 Oktyabr
Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar üç rayonda maarifləndirmə tədbirləri keçirilib
16:02
22 Oktyabr
Vüqar Rəhimzadə: “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir
15:52
22 Oktyabr
Vüqar Bayramov: "Star" zavodu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır
15:46
22 Oktyabr
Flora Qasımova: Münaqişənin həllinə münasibətdə Azərbaycana beynəlxalq dəctək artıb
15:35
22 Oktyabr
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək
15:31
22 Oktyabr
Latviyanın turizm portalı Azərbaycan mətbəxindən yazıb
14:47
22 Oktyabr
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq
14:44
22 Oktyabr
Ağcabədinin Qayğı qəsəbəsinə təbii qaz verilib
14:38
22 Oktyabr
Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur
14:23
22 Oktyabr
Qırğızıstanlı qonalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA