Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanlı deputat Metsamorun təhlükələrini neytrallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb
A+   Yenilə  A-
Azərbaycanlı deputat Metsamorun təhlükələrini neytrallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb

Ayrı-ayrı ölkələr özünü nə qədər böyük, qüdrətli hesab etsələr də, əslində, hamımız kiçik, zəifik. Hamımızın ortaq bir evimiz var. Sanki həm də öz yuvamız olduğunu unudaraq yaratdığımız saysız-hesabsız problemlərlə daim narahat saxladığımız Yer kürəsi. Paradoks olsa da, danılmaz həqiqətdir: bu gün insanlığa qarşı yönələn, məqsədi dünyanı dağıdıb-parçalamaq, gücdən salmaq olan böyük təhlükələr həm də dünyanı daha yekdil, daha mütəşəkkil, daha vəhdətdə etmək üçün əsas vasitəyə çevrilib.

Bu fikirləri AŞPA-nın payız sessiyasında “Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.

Rafael Hüseynov deyib: “XXI əsr elə mürəkkəb tarix mərhələsidir ki, daha heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz. Elə bir dövrə çatmışıq ki, terrorizm, narkotik, nüvə təhlükəsizliyi kimi qlobal problemlərin qarşısında heç bir ölkə təkbaşına duruş gətirmək imkanında deyil. Lap super güclər belə o təhlükələrlə ayrılıqda mübarizə apararaq uğur qazanmaq iqtidarında deyil. Bu ümumi düşmənlərlə, qorxunc təhlükələrlə mübarizədə əl-ələ olmağa, əməkdaşlıq etməyə sadəcə borclu deyilik, məhkumuq”.

Qlobal təhlükəsizlik sistemində başlıca ağırlıq nöqtələrindən birinin nüvə təhlükəsizliyi olduğunu deyən millət vəkili dünya dövlətlərinin nüvə təhlükəsizliyi ilə əlaqədar 250 öhdəliyini xatırladıb. Bildirib ki, onlardan dörddəüçü yerinə yetirilsə də, 60-dan çox öhdəlik həllini gözləyir. Mübarizənin müştərək və birgə aparıldığı zaman böyük və ya kiçik dövlət anlayışı ikinci plana keçir.

Deputat qeyd edib ki, bəzən zahirən kiçik görünən ölkələr nüvə qaçaqmalçılığına şərait yaratmaq, kömək göstərməklə bütün dünyanı ciddi təhlükələrlə qarşı-qarşıya qoya bilər. Danılmaz həqiqət odur ki, böyük dövlətlər adətən daha kiçik dövlətləri forpostuna çevirməyə, onları məqsədlərini həyata keçirməkdən ötrü platsdarma çevirməyə cəhdlər edirlər.

“Geostrateji maraqların kəsişməsində, sərhədlərin qovuşuğunda yerləşən Azərbaycan bu baxımdan xüsusi məna və əhəmiyyət kəsb edir. Müstəqil siyasət aparması, kənar dövlətlərin təsir dairəsinə düşməməsi Azərbaycanı nüvə təhlükəsizliyi uğrunda beynəlxalq birliyin genişmiqyaslı fəaliyyətlərində çox vacib tərəfdaşa yüksəldir. Təsadüfi deyil ki, 2016-cı ilin aprelində Vaşinqtonda nüvə təhlükəsizliyinə dair keçirilən və 50 ölkənin iştirak etdiyi Sammitdə bu cəhət xüsusi vurğulanıb. ABŞ Prezidenti hədsiz ehtiyatlılıq tələb edən həssas reallığı təsvir edərkən belə deyib: “Elə ölkələr var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit məntəqələr ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində iş aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə çox önəmli tərəfdaşdır. Bunlar sadə sözlər deyil, mühüm və çox dəqiq qiymətləndirmədir. Yəni, təsdiq edilir ki, nəzəri cəhətdən təhlükə mənbəyi də ola biləcək bir ölkə mötəbər tərəfdaş kimi özünü doğruldub ümumi işə ləyaqətlə xidmət edir”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

O bildirib ki, Cənubi Qafqazda ciddi narahatlıqlar doğuran bəzi təfərrüatları parlamentarilərin diqqətinə çatdırmaq istəyir.

Deputat deyib ki, Ermənistanın son 26-27 il ərzində işğal altında saxladığı Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 Azərbaycan rayonu beynəlxalq nəzarətdən kənardadır. Həmin “qara zolaq”da narkotiklərin əkilib-becərilməsi və dövriyyəsi, terroristlərin təlim düşərgələrinin yerləşməsi və onların sərbəst hərəkətinin təmin edilməsi, Ermənistanın özünə və üçüncü ölkələrə aid nüvə tullantılarının basdırılması sərt və acı həqiqətlərdir və bunlarla bağlı çoxlu sübutlar var.

Rafael Hüseynov diqqətə çatdırıb ki, Ermənistanda Cənubi Qafqaz, Yaxın və Orta Şərq, eləcə də Avropa üçün nüvə təhlükəsizliyi baxımından dəhşətli fəlakətlər vəd edən daha bir qorxulu mənbə var. Bu, 1976-cı ildə köhnə sovet texnologiyası əsasında inşa edilmiş Metsamor Atom Elektrik stansiyasıdır. O, faktiki olaraq çoxdan ömrünü başa vurub, daimi qəza təhlükəsi altındadır. Digər tərəfdən Metsamor aktiv seysmik zonadadır. Lakin Ermənistan bu nimdaş və həm özü, həm qonşular üçün ölüm təhlükəsi saçan Atom Elektrik Stansiyasını hələ 2026-cı ilə qədər istifadə edəcəyini bildirib.

“Avropanın nüvə təhlükəsizliyi üçün bir çox istiqamətlərdə genişmiqyaslı təhdidlər ocağı olan Ermənistana xüsusi diqqət ayrılmalı, təhlükələrin neytrallaşdırılmasından ötrü təxirəsalınmaz tədbirlər görülməlidir”, - deyə R.Hüseynov avropalı parlamentariləri Metsamor təhlükəsinə son qoymağa çağırıb.

 
  • Oxunub:  1440  |  
  • Tarix:  11-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

17:46
23 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
17:43
23 Oktyabr
“Caspian European Club”un enerji üzrə komitəsinin iclası təşkil edilib
17:42
23 Oktyabr
"Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı çapdan çıxıb
17:40
23 Oktyabr
Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir
17:35
23 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
17:27
23 Oktyabr
Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub
17:12
23 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
17:03
23 Oktyabr
Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
16:53
23 Oktyabr
Azərbaycan ilə Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
16:32
23 Oktyabr
YAP-ın Sədr müavini Əli Əhmədov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
16:30
23 Oktyabr
Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub
16:21
23 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16:17
23 Oktyabr
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
16:13
23 Oktyabr
Operativ məlumat: oktyabrın 23-dək qəbul məntəqələrinə 158 min tondan çox pambıq təhvil verilib
15:23
23 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
15:17
23 Oktyabr
Həştərxanda Xəzəryanı ölkələrin işgüzar qadınlarının forumu keçiriləcək
15:14
23 Oktyabr
İntiqam Babayev: Dövlət gənclər siyasəti çox uğurlu nəticələr verməkdədir
14:51
23 Oktyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə səfərə yola düşüb
14:39
23 Oktyabr
Azərbaycan ixrac missiyası Türkiyəyə gedir
14:37
23 Oktyabr
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
14:25
23 Oktyabr
“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova muzeyi arasında memorandum imzalanıb
14:00
23 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumu il bağlı mətbuat konfransı keçirilib
13:54
23 Oktyabr
Vüqar Hüseynov: Bakıda keçirilən yarmarkada bal məhsullarının böyük hissəsi satılıb
13:51
23 Oktyabr
Cavid Osmanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir
13:48
23 Oktyabr
Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı bəyanatı Azərbaycanın haqq-ədalət çağırışlarının başlıca nəticələrindəndir
12:48
23 Oktyabr
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilir
12:35
23 Oktyabr
2006-cı ildən bu vaxtadək “Şərqi Azəri” platformasından 452 milyon barrel neft çıxarılıb
11:46
23 Oktyabr
Komitə sədri: Son 15 ildə Azərbaycanda 4 mindən çox sahibkar qadına güzəştli kreditlər ayrılıb
11:40
23 Oktyabr
Bakıda XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb
11:34
23 Oktyabr
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması multikulturalizm siyasətinin mühüm təzahürlərindəndir
11:17
23 Oktyabr
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olunub
10:31
23 Oktyabr
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
10:24
23 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:14
23 Oktyabr
Türkiyənin nəqliyyat və infrastruktur naziri: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir
10:10
23 Oktyabr
Azərbaycan ilə Fransa arasında elmi tədqiqatların aparılmasına dair razılıq əldə olunub
10:04
23 Oktyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb
10:02
23 Oktyabr
Parisdə Azərbaycan şərablarının dequstasiyası keçirilib
20:38
22 Oktyabr
"Azexport" və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb
20:36
22 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkəni və 24 mötəbər beynəlxalq təşkilatı təmsil edən qonaqlar iştirak edəcək
20:34
22 Oktyabr
“Foreign Policy News”: Kayseride Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb
20:30
22 Oktyabr
Babək rayonunun 40 illik yubileyi qeyd olunub
20:21
22 Oktyabr
“Star” neft emalı zavodu Türkiyə və Azərbaycan iqtisadiyyatlarının perspektivləri baxımından çox böyük dividendlər vəd edir
18:00
22 Oktyabr
Prezident İlham Əliyev: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir
17:59
22 Oktyabr
Rauf Vəliyev: Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerlər gələn il istismara veriləcək
17:58
22 Oktyabr
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda içtirak edir
17:57
22 Oktyabr
MM-in deputatı: Bu sənaye kompleksi ölkəmizə mühüm iqtisadi divident qazandıracaq
17:55
22 Oktyabr
Eldəniz Səlimov: “Star” zavodunun iqtisadi inkişafımızda vacib rol oynayacaq
17:51
22 Oktyabr
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir
17:46
22 Oktyabr
Josaia Voreqe Bainimarama: Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir
17:44
22 Oktyabr
Bilik Fondu ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası arasında niyyət protokolu imzalanıb
17:43
22 Oktyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
17:25
22 Oktyabr
XİN: Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik
17:11
22 Oktyabr
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
17:08
22 Oktyabr
Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış xarici siyasət xəttini uğurla həyata keçirir
17:06
22 Oktyabr
Statistika Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
17:02
22 Oktyabr
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub
16:54
22 Oktyabr
Kamal Abdulla: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir
16:52
22 Oktyabr
Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir
16:49
22 Oktyabr
Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub
16:37
22 Oktyabr
ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib
16:35
22 Oktyabr
Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar üç rayonda maarifləndirmə tədbirləri keçirilib
16:02
22 Oktyabr
Vüqar Rəhimzadə: “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir
15:52
22 Oktyabr
Vüqar Bayramov: "Star" zavodu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır
15:46
22 Oktyabr
Flora Qasımova: Münaqişənin həllinə münasibətdə Azərbaycana beynəlxalq dəctək artıb
15:35
22 Oktyabr
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək
15:31
22 Oktyabr
Latviyanın turizm portalı Azərbaycan mətbəxindən yazıb
14:47
22 Oktyabr
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq
14:44
22 Oktyabr
Ağcabədinin Qayğı qəsəbəsinə təbii qaz verilib
14:38
22 Oktyabr
Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur
14:23
22 Oktyabr
Qırğızıstanlı qonalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA