Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan ötən dövr ərzində çox mühüm nailiyyətlər əldə edib
A+   Yenilə  A-
Azərbaycan ötən dövr ərzində çox mühüm nailiyyətlər əldə edib

Milli Məclisin deputatı Nəriman Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Nəriman müəllim, Azərbaycan son 15 ildə bütün sahələrdə möhtəşəm uğurlar qazanıb, respublikamızın beynəlxalq nüfuzu daha da artıb. Ölkəmizdə ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilən nəticələr və nailiyyətlər barədə nə deyə bilərsiniz?

- Bu gün Azərbaycan beynəlxalq miqyasda həm demokratik dövlət, həm özünəməxsus inkişaf modelinə malik olan ölkə, həm də etibarlı tərəfdaş kimi tanınır. Şübhəsiz ki, bu, uğurlu, müasir çağırışlara cavab verən daxili və xarici siyasət sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu – inkişaf siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan ötən müddət ərzində çox mühüm nailiyyətlər əldə edilib, bütün sahələrin tərəqqisinə nail olmağı bacarıb. Heç şübhəsiz, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır.

İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açıb. Azərbaycan bu gün sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə etibarlı sabitlik mühiti hökm sürür. Şübhəsiz ki, bu, davamlı iqtisadi inkişafa təkan verir və yeni uğurların əldə edilməsini şərtləndirir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri, 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrini olduqca yüksək qiymətləndirirlər. Bu yaxınlarda nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər.

Ötən müddət ərzində qazanılmış nailiyyətlərin fonunda Azərbaycanın beynəlxalq nüfuzu da kifayət qədər artıb. Ölkəmiz beynəlxalq miqyasda müsbət imicə malikdir. Nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, tolerant Azərbaycan həm də multikulturalizm ideyalarını uğurla təbliğ və təşviq edir, sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bir sözlə, həyata keçirilən uğurlu daxili və xarici siyasətin real nəticəsi kimi, müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir.

- Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Bu dövrdə əldə olunan nəticələr haqqında deyə bilərsiniz?

- 2018-ci ilin əvvəlindən dünyada müşahidə edilən bir sıra ciddi kataklizmlərə baxmayaraq, respublikamız son 9 ayda da özünün ənənələrinə sadiq qalıb və əvvəlki illərdə yaradılan fundamental baza əsasında inkişaf tendensiyasını davam etdirib. Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırılan statistik rəqəmlərdən də göründüyü kimi, bəhs olunan dövrdə ölkənin müsbət reallıqları daha da artıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iclasda söylədiyi nitqində ötən 9 ayın yekunlarını yüksək dəyərləndirib: “2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.

Güclü iqtisadiyyat olmadan ölkənin inkişafını təsəvvür etmək belə mümkün deyil. Xarici mənfi təsirlərə müqavimət gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın milli gücünü artıran fundamental amil rolunda çıxış edir. Milli iqtisadiyyatımızın inkişafını təmin etmək üçün həyata keçirilən tədbirlər sırasında Prezident İlham Əliyevin meydana çıxan çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Qeyd edim ki, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. Hazırda respublikamızda dövlət başçısının imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi ölkədə reallaşdırılan islahatların səmərəliliyini daha da artırır.
Eyni zamanda, ölkədə iqtisadi islahatların davamlılığının təmin edilməsi baxımından 2018-ci ilin arxada qalan dövrü də istisna təşkil etməyib. Nazirlər Kabinetinin bəhs olunan iclasında da bildirildiyi kimi, son 9 ayda iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılıb. Öz növbəsində ölkədə genişməzmunlu islahatların, eləcə də müxtəlif istiqamətlər üzrə qəbul edilən Dövlət proqramlarının reallaşdırılmasının uğurla təmin edilməsi milli iqtisadiyyatın genişlənməsini və müsbət göstəricilərin qazanılmasını təmin edir. Respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında aparılan islahatlar ilk növbədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə hesablanıb. Postneft iqtisadiyyatının qurulmasına yönələn davamlı səylərin nəticəsidir ki, bütün ölkə boyu neftdənkənar sahələrdə yeni istehsal müəssisələri istifadəyə verilir.
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, artıq milli iqtisadiyyatımızda özəl sektorun ümumi payı 70 faizi ötüb ki, bu da böyük nailiyyətdir. Bəhs olunan dövrdə də milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar istiqamətlərdə qeyd alınıb.

- Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini şərtləndirən əsas amil səmərəli və çoxşaxəli xarici siyasətin həyata keçirilməsidir. Xarici siyasət sahəsində atılan məqsədyönlü addımlar və qazanılmış uğurlarla bağlı düşüncələriniz nədən ibarətdir?

- Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır və müasir çağırışlara cavab verir. Ölkəmiz dünyaya uğurla inteqrasiya edir, beynəlxalq müstəvidə mütəmadi olaraq yeni nailiyyətlər qazanır. Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət təsirini göstərməyə çalışır, qlobal müstəvidə sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal iştirak edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən yararlanaraq daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Bunun da məntiqi nəticəsidir ki, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı davamlı olaraq artır, ölkəmizin dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Bunun bariz nümunəsi respublikamızın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, Azərbaycanın xarici siyasətinin nətiələrinin olduqca yüksək qiymətləndirilməsi, ölkəmizə olan böyük inam və etimadın ifadəsidir.

Azərbaycan, eyni zamanda, müxtəlif ölkələrlə çox fəal siyasi dialoqa malikdir və diplomatik fəaliyyətini uğurla davam etdirir. Elə son zamanlar müşahidə edilən proseslər də bu həqiqəti əks etdirir. Belə ki, bu yaxınlarda Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiyayaya, Qırğızıstan və Xorvatiyaya, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri zamanı əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını əks etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin ardıcıl olaraq möhkəmləndiyini göstərir.

- Nəriman müəllim, regionun lider dövləti olan Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm enerji layihələri reallaşdırılır, eyni zamanda, ölkəmiz Avrasiyanın nəqliyyat xəritəsinə öz dəyərli töhfəsini verir…

- Bəli, bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın moderatorluğu ilə regionda strateji əhəmiyyətli layihələr reallaşdırılır, yeni əməkdaşlıq platformaları yaradılır. Hazırda respublikamızın təşəbbüsü ilə Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizi inşa olunur. İnvestisiya dəyəri 40 milyard dollardan çox olan bu layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. “Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP kimi seqmentlərdən ibarət olan Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. İki il ərzində Azərbaycan qazı Avropa məkanına çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir.

Bunlarla yanaşı, Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilib.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  12-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
16:56
17 Dekabr
Əli Həsənov: Bu tipli mübarizə nə mənim rəsmi statusuma, nə də mənəvi-əxlaqi keyfiyyətlərimə uyğundur
16:30
17 Dekabr
ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib
16:17
17 Dekabr
Ali Baş komandan: Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir
16:10
17 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
16:06
17 Dekabr
Prezident: Gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
16:00
17 Dekabr
Azərbaycan və İran gömrükçüləri arasında bir sıra məsələlər müzakirə edilib
15:52
17 Dekabr
Azərbaycan Prezidenti: Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib
15:48
17 Dekabr
“Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib
15:46
17 Dekabr
ADU ilə İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
15:43
17 Dekabr
İnam Kərimov: “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir
15:28
17 Dekabr
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
14:51
17 Dekabr
Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir
14:49
17 Dekabr
“Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar
14:47
17 Dekabr
Nazir müavini: Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı
14:45
17 Dekabr
PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır
13:50
17 Dekabr
Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 726 milyon dollara yaxınlaşıb
13:46
17 Dekabr
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
13:43
17 Dekabr
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
13:42
17 Dekabr
Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb
13:39
17 Dekabr
Rauf Əliyev: İdman sahəsində böyük uğurlar qazanılır
13:35
17 Dekabr
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb
12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib
09:14
17 Dekabr
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
09:07
17 Dekabr
Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır
09:05
17 Dekabr
Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır
09:02
17 Dekabr
Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib
08:55
17 Dekabr
Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir
08:51
17 Dekabr
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
08:45
17 Dekabr
Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır
08:36
17 Dekabr
“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib
08:33
17 Dekabr
ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində olublar
08:28
17 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
08:26
17 Dekabr
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib
08:23
17 Dekabr
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub
08:21
17 Dekabr
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb
08:18
17 Dekabr
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
08:16
17 Dekabr
Gürcüstan və Türkiyə rəsmiləri regional layihələrin perspektivlərini müzakirə ediblər
16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+3 +5