Ana səhifə »  Qəzetin pdf formatı »  Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb
A+   Yenilə  A-
Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb

Muxtar respublikada gəncliyə göstərilən dövlət qayğısı etibarlı gələcəyimizə xidmət edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərinin 2018-ci il ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursunda təhsil alan tələbələrlə “Gələcəyə doğru” layihəsi çərçivəsində keçirilən görüşdə səsləndirilib.

Görüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada gənclik mərkəzləri, elektron kitabxanalar, mədəniyyət evləri, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri tikilərək gənclərin istifadəsinə verilib. Gənc istedadlar dövlət qayğısı ilə əhatə olunub. Dövlət idarəçiliyinin bütün sahələrində gənclər irəli çəkilir. Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gənclərlə iş sahəsində muxtar respublikada Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, partiyanın şəhər və rayon təşkilatlarının gənclər birlikləri, ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatları fəaliyyət göstərir.

Sahir Rüstəmov vurğulayıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, Naxçıvan şəhərində “Hünər” XII vətənpərvərlik mahnıları festivalı keçirilib, gənclərin qış və yay məktəbləri, “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüş, “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası təşkil edilib, muxtar respublikanın şəhər və rayonlarında “Gənclər bağı” salınıb. Gənclərin Azərbaycana layiqli vətəndaş kimi yetişmələrinin qarşıda duran əsas vəzifə olduğunu vurğulayan Sahir Rüstəmov “Gələcəyə doğru” layihəsinin bu baxımdan faydalı olacağını bildirib, gənclərə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov diqqətə çatdırıb ki, Azərbaycan gənclərinin aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndərin ideyalarını və irəli sürdüyü prinsipləri əsas götürən dövlət başçısının həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər.

“Bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətini təşkil edən gənclər hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis olunub, idman və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclərin adları həmin kitaba daxil edilib” – deyən nazir vurğulayıb ki, muxtar respublikada hər zaman diqqətdə saxlanılan məsələlərdən biri də savadlı, təhsilli gənclərin yetişdirilməsidir. Bu gün burada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri müasir dünya təhsil standartlarına cavab verir. Muxtar respublika gəncləri bu gün göstərilən qayğıya cavab olaraq özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar.

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxışında partiyanın cəmiyyətimizdəki mövqeyi və siyasi sistemdəki rolu barədə tələbələrə məlumat verib. Qeyd edilib ki, hazırda YAP Naxçıvan Muxtar Respublika Təşkilatında 54 min 611 nəfər partiya üzvü birləşib. Partiya üzvlərinin 41 faizə yaxını gənclər, onlardan 4515 nəfəri isə tələbədir. Bu rəqəm onu göstərir ki, gənclər indiki siyasi iqtidara inanır və onun siyasi təşkilatı olan YAP-ı özünün siyasi və ictimai ifadəsinin əsas vasitəsi kimi görür. YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən hər bir tədbir, təşəbbüs bu partiyanın adı ilə bağlıdır.

2018-ci ildə qəbul imtahanlarından yüksək bal toplayan Zübeydə Zeynalova çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra muxtar respublikada həyata keçirilən gənclər siyasəti ilə bağlı slayd nümayiş etdirilib, Naxçıvan Dövlət Televiziyasının hazırladığı qısametrajlı film göstərilib.

Tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən sosial şəbəkələrdə keçirilən “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda gənclər arasında fotomüsabiqənin qalibləri mükafatlandırılıblar.

“Gələcəyə doğru” layihəsi adı altında görüş konsert proqramı ilə davam etdirilib.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  13-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

13:50
17 Dekabr
Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 726 milyon dollara yaxınlaşıb
13:46
17 Dekabr
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
13:43
17 Dekabr
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
13:42
17 Dekabr
Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb
13:39
17 Dekabr
Rauf Əliyev: İdman sahəsində böyük uğurlar qazanılır
13:35
17 Dekabr
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb
12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib
09:14
17 Dekabr
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
09:07
17 Dekabr
Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır
09:05
17 Dekabr
Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır
09:02
17 Dekabr
Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib
08:55
17 Dekabr
Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir
08:51
17 Dekabr
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
08:45
17 Dekabr
Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır
08:36
17 Dekabr
“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib
08:33
17 Dekabr
ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində olublar
08:28
17 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
08:26
17 Dekabr
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib
08:23
17 Dekabr
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub
08:21
17 Dekabr
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb
08:18
17 Dekabr
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
08:16
17 Dekabr
Gürcüstan və Türkiyə rəsmiləri regional layihələrin perspektivlərini müzakirə ediblər
16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+3 +5