Ana səhifə »  Qəzetin pdf formatı »  Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
A+   Yenilə  A-
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib

Oktyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Siyasi Sənədlər Arxivinin sərgisində qorunan qiymətli sənədlərlə və nadir kitablarla tanış olublar.

Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, 2018-ci il Azərbaycan xalqının yaddaşına tarixi əhəmiyyətli yubileylərlə həkk olunacaq. Bunlar böyük təntənə ilə qeyd olunan Azərbaycan Ordusunun, Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən azad edilməsinin, Azərbaycan parlamentinin və ən önəmlisi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və çağdaş Azərbaycan tarixinə demokratik dövlətçilik ənənəsini gətirdi. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi ilə bağlı ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamda deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir...1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır”.

Diqqətə çatdırılıb ki, hələ 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyev ilk rəsmi səfərini etdiyi Fransada Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, onun xatirəsinə ehtiramını bildirib. Ulu Öndər mərhumun məzarının üzərində abidənin ucaldılması ilə bağlı dövlət vəsaitinin ayrılmasına göstəriş verib.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamda müasir müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğu vurğulanır. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb. Cari il yanvarın 10-da isə Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncamda da Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi dəyər verilib. Eyni zamanda, Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkə daxilində və xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu Sərəncamla bağlı olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi xarici ölkələrin arxivlərindən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən sənədləri aşkar edib gətirərək fondlarını zənginləşdirib.

Elmira Ələkbərova Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqamlarına toxunub. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər mürəkkəb regional və qlobal bir şəraitdə yaranıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanın adını beynəlxalq aləmdə tanıtmağa, dövlətin təhlükəsizliyini təmin etməyə çalışıblar. Cümhuriyyət qurucuları dövlətçilik təcrübələri olmadığı halda xarici siyasət məktəbinin formalaşmasına xüsusi önəm veriblər. Onlar həm xarici siyasətin formalaşdırılması, həm də xarici dövlətlərlə əlaqələrin qurulması üçün böyük səy göstəriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi o dövrdə yaranmış müstəqil qonşu dövlətlər ilə dinc münasibətlər saxlamaq, regionda sülh və əməkdaşlıq mühiti formalaşdırmaq üçün əlindən gələni edib. Bu çərçivədə 1919-cu il iyunun 16-da Gürcüstan ilə ittifaq bağlayıb, Dağlılar Respublikası ilə əməkdaşlığı dərinləşdirib, hətta ümumi “Qafqaz evi” ideyasını reallaşdırmağa çalışıb. Lakin Ermənistan tərəfinin pozuculuq mövqeyi “Qafqaz evi” ideyasının reallaşmasına imkan verməyib.

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Birinci Dünya müharibəsinin iştirakçısı olan böyük dövlətlərin öz aralarında apardıqları müzakirələrdə, imzaladıqları sənədlərdə və yürütdükləri siyasətdə Cümhuriyyətin suverenliyini pozan addımlara dəfələrlə qəti etirazını bildirib, Azərbaycanın adını və müstəqil Cümhuriyyəti qorumaq üçün xüsusi siyasət yürütmək məcburiyyətində qalıb. Məhz bu səbəbdən Cümhuriyyət parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edib. Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin xüsusi səyləri nəticəsində Paris Sülh Konfransının Versal Ali Şurası 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb. Beləcə, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətlər tərəfindən rəsmi şəkildə tanınan, Qərb ictimai fikrində qəbul edilən ilk türk-müsəlman dövləti olub. Azərbaycan nümayəndələri müttəfiqlərin Ali Şurasının London və San-Remo konfranslarında iştirak edib, Millətlər Cəmiyyətinə və digər beynəlxalq təşkilatlara üzv olmağa cəhd göstərib, nəticədə 1920-ci ilin ilk aylarında Bakıda iyirmidən çox dövlətin diplomatik nümayəndəlikləri təsis edilib.

Bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra da Azərbaycan Xalq Cümhuriyyətinin liderləri xarici siyasəti davam etdirməyə çalışıblar. Belə ki, Azərbaycan parlamentinin sədri kimi Əlimərdan bəy Topçubaşov 1920-1923-cü illərdə Millətlər Cəmiyyətinin Cenevrədə keçirilən toplantılarında iştirak edib. Eləcə də Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndə heyətinin başçısı kimi o, 1920-1921-ci illərdə Versal Ali Şurasının rəhbərliyinə dəfələrlə müraciətlər ünvanlayıb.

Direktor qeyd edib ki, məhz 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dünya siyasətində yenidən öz yerini tutmağa başlayıb. Müasir dünyanın reallıqları fonunda 1918-1920-ci illərin tarixi təcrübəsi bir sıra məqamlarda bu gün də öz aktuallığını saxlayır.

Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminə daxil olub, dünya xalqları ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, böyük transmilli layihələrin həyata keçirildiyi ölkə olaraq beynəlxalq aləmdə öz layiqli yerini tutub. Bununla da xalqımızın tarixi ənənələri, milli dəyərləri əsas götürülməklə, müasir beynəlxalq münasibətlərin başlıca meyilləri nəzərə alınmaqla XXI əsrin əvvəllərində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

“Dəyirmi masa”da çıxış edən Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərli “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidməti coğrafi məfhum olan Azərbaycan ifadəsinin siyasi məfhuma çevrilməsi, dövlətin Azərbaycan adlandırılması idi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin ilyarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa çalışırdı. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra onun bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Sonra Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi katibi, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində mühafizə olunan sənədlər əsasında “Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə” mövzusunda məruzə ilə çıxış edib. O diqqətə çatdırıb ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul olundu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən özünün ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal mübarizə aparıb. Azərbaycan hökumətinin ən başlıca vəzifəsi Dağlıq Qarabağda erməni separatizmini ləğv etmək idi. On doqquzuncu əsrin sonlarından başlayaraq erməni millətçiləri “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başlamış, Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdlər göstərmişlər. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzuru və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin qəti mövqeyi ermənilərin planlarının gerçəkləşməsinə imkan vermədi.

“Dəyirmi masa”da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyətinin dini-etnik tənzimləmə siyasəti”, Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Lalə Hüseynova “Bakı Dövlət Universitetinin yaranma tarixindən”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev “Ermənistan–Azərbaycan ərazi münaqişəsi (Britaniya missiyasının nümayəndəsi Oliver Uordropun sənədləri əsasında)”, Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov “Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyası ilə münasibətlərində neft amili”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova “Ermənistan-Azərbaycan münasibətlərində Qarabağ məsələsi (1918-1920)” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, tarixçi-tədqiqatçı Rizvan Hüseynov erməni millətçilərinin Azərbaycanın maddi-mədəni irsinə qarşı apardıqları əsassız iddiaları dəlillər əsasında auditoriyanın diqqətinə çatdırıblar.

Siyasi Sənədlər Arxivinin məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Osmanqızı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizə Nəzərli, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov, AMEA Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov Azərbaycanın istiqlaliyyətə gedən keşməkeşli yollarından danışıb, ölkəmizin reallıqlarına diqqəti cəlb ediblər.

Tədbir məruzələrlə bağlı maraqlı müzakirələrlə davam edib.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  16-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10