Ana səhifə »  Qəzetin pdf formatı »  Müstəqillik milli sərvətimizdir
A+   Yenilə  A-
Müstəqillik milli sərvətimizdir

Zaman ötüb getdikcə, günlər tarixə qovuşur deyirlər. Lakin tarix o vaxt dəyərli və gələcək nəsillər üçün əvəzolunmaz olur ki, zamanın dəyərində yazılan hər bir səhifənin örnək yaradacaq və nəticə çıxaraqcaq məqamları olsun! Bu isə hər xalqın, hər millətin nəsibi olmur! Tarixi şərait hər bir xalqın inkişafının konkret şərtlərini və mənbələrini təyin edərək rəngarəng və çoxçalarlı milli inkişaf modeli yaradır. Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Bu dövr ərzində nə qədər ağır və çətin sınaqlardan keçdik. XX yüzilliyin sonuna yaxın qarşılaşdığımız problemlər bəlkə də o sınaqların ən böyüyü, ən məsuliyyətlisi idi. Çünki burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi. Son iki on ildə keçilən yol isə daha mürəkkəb olmuşdur. Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 27 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz edir. Milli inkişafı şərtləndirən ən mühüm səbəblər içərisində şəxsiyyət amilinin həlledici rol oynadığını tarix dəfələrlə sübuta yetirmişdir. Zaman dahi insanları yetişdirdiyi kimi, dahi insanlar da tarixin baş qəhrəmanının timsalında çətin və məsuliyyətli missiyasını yerinə yetirməli olurlar. Heydər Əliyev Azərbaycan xalqının var olmaq və onu daha da qüdrətli etmək yükünü çiyinlərinə götürüdü və onu reallığa çevirdi. Lakin bu heç də asan başa gəlmədi. Ulu Öndər tərəfindən deyilən bu sözlər həmin tarixi məqamları tam şəkildə aydın ifadə edir : "Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm". Böyük şəxsiyyət bu yoldan dönmədi və bizlərə müasir, güclü Azərbaycanı miras qoydu . Heydər Əliyevin nəzəri iris Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarixi, azərbaycançılıq,vətəndaşlıq, dövlət quruculuğu,vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Ulu Öndərin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir.Ulu öndər 1982–ci ildən sonra SSRİ–ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı–seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqelərinə görə 1987–ci ildə Sov.İKP MK–nın Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90–cı illərin əvvəllərində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991–ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991–ci ilin oktyabrından 1993–cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda Azərbaycanın müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993–cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, bir sözlə, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai–siyasi sabitliyin qorunub saxlanılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir. Ulu öndər¬in siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Xalqımız məhz görkəm¬li dövlət xadimi Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, uzun müddət davam edən dərin iqtisadi böhrandan çıxaraq sürətli və hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir. Ulu öndərimizin əfsanəvi şəxsiyyətini, onun malik olduğu bilik və qabiliyyətləri fenomenal keyfiyyətləri ilə birlikdə tam xarakterizə etmək bütöv bir tarixi dövrü təsvir etmək qədər çətin bir elmi-ictimai vəzifədir. Lakin bir həqiqət artıq tarixin daş yaddaşına qızıl hərflərlə həkk olunmuşdur: Ulu öndər Heydər Əliyevin bütünlüklə ana Vətəninə, xalqına, dövlətinə, doğma torpağına həsr edilmiş həyat və fəaliyyətinin müasir müstəqil Azərbaycanla, onun tarixi ilə sıx bağlı və paralel olduğu danılmazdır.
Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Fəqət, dövlət müstəqilliyinin ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etmad göstərdiyi siyas qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququndan danışmaq mümkün deyildi.
Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını öz üzərinə götürmüş ulu öndərin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi. Ümummilli lider Heydər Əliyev özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”. Böyük öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir.
Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi ugurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə cevirir. Və buna bizim coğrafi baxımdan çox strateji bir yerləşməmizi əlavə etsək, biz birmənalı olaraq böyük bir maraq oyadırıq, bütün beynəlxalq təşkilatlar, böyük dövlətlər bizə maraq göstərir, bizimlə yaxın olmaq, tərəfdaşlıq etmək istəyirlər. Möhtərəm Prezidentimizin uğurlu və praqmatik xarici siyasətinin nəticəsi olaraq biz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci Vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq təşkilatlarda, o cümlədən, YUNESKO-da və İSESKO-da böyük səyləri və zəhməti Azərbaycanın imicini bütün dünyada gücləndirir, xalqımızın mədəniyyəti, qədim tarixini yüksək səviyyədə təbliğ edir. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri

 
  • Oxunub:  6480  |  
  • Tarix:  17-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir

21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA