Ana səhifə »  Qəzetin pdf formatı »  BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub
A+   Yenilə  A-
BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub

Birləşmiş Ərəb Əmirliklərində böyük oxucu auditoriyasına malik olan ərəb, ingilis, rus və çin dilli “Aviamost” qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 18 oktyabr tarixində Azərbaycanın Dövlət Müstəqillik Gününü qeyd etdiyini bildirən səfir deyib ki, 27 il bundan əvvəl uzun illər müstəqillik həsrətində olan Azərbaycan xalqı qarşısında duran bütün çətinliklərə tab gətirərək, 1991-ci il 18 oktyabr tarixində müstəqillik haqqında Konstitusiya Aktını qəbul edib.

Diplomat müstəqilliyin qorunub-saxlanmasının onun əldə edilməsindən daha çətin vəzifə olduğunun tarix tərəfindən sübuta yetirildiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqillik qazanmaq imkanı əldə edib. İslam dünyası və Şərqdə 1918-ci ilin 28 may tarixində qurulmuş ilk dünyəvi demokratik dövlət cəmi 23 ay yaşayıb, xarici qüvvələrin müdaxiləsi nəticəsində süquta uğrayıb. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20-dən çox ölkəsi ilə əlaqələr qurmuş, dövlətin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı haqqında əsasnamə qəbul edilmiş, kişi və qadınların bərabər hüquqlara malik olmaları tanınmışdır. Cümhuriyyət dövründə icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi təmin olunmuş, Azərbaycan Silahlı Qüvvələri, Xəzər dəniz donanması yaradılmış, Azərbaycan Dövlət Universiteti təsis edilmiş, yüzlərlə gəncə Avropanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər ayrılmışdı.

Müəllif vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə etdi. 1991-ci il Azərbaycan üçün mürəkkəb, lakin şərəfli il oldu. Həmin dövrdə xalqın ağrısı, qəzəbi, gözləntiləri ən yüksək nöqtəyə çatmışdı. Azərbaycan xalqının ardı kəsilməyən nümayişlərə başladığını söyləyən diplomat qeyd edib ki, 1990-cı il yanvarın 20-də xalqımıza qarşı amansız qırğın törədildi. Lakin sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilmədi. Yüzlərlə oğul-qızını qurban verən Azərbaycan yeni həyata, yeni reallıqlara qədəm qoydu. Nəhayət, Azərbaycan parlamenti 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktını qəbul etdi. Sənədə əsasən, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi.

Məqalədə bildirilib ki, 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına dəstəklə bağlı keçirilən ümummilli referendumunda səs verənlərin 95 faizi iştirak edərək yekdilliklə ölkənin müstəqilliyini dəstəklədi. Müstəqilliyini elan etmiş Azərbaycanın dünya ölkələri, o cümlədən BƏƏ tərəfindən tanındı, 1992-ci il mayın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul edildi.

D.Şikarov yazıda ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yüksək templərlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, təbii sərvətlərlə zəngin olan Azərbaycan enerji resurslarını Avropaya ixrac edir və bu regionun enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlverişli coğrafi yerləşməsindən məharətlə istifadə edən ölkə rəhbərliyi Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağına çevirə bilib. 10 milyon əhalisi olan Azərbaycan Cənubi Qafqaz regionunda nüfuz sahibi, regionda əsas sərmayəçi ölkədir. Bütün bunlar iqtisadi, sənaye, infrastruktur, kənd təsərrüfatı, idman və turizm sahələrinin inkişafı ilə müşahidə olunur.

Məqalədə Azərbaycanın öz xarici siyasətini ölkə maraqları üzərində qurduğu, Avropa və Asiyanın siyasi sərhədində yerləşərək, hər iki qitənin siyasi strukturlarına inteqrasiya olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı kimi təşkilatların üzvüdür və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olub.

D.Şikarovun yazısında yaxın dostluq və səmimi münasibətdə olan Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli və çoxtərəfli formatda geniş əməkdaşlıq etdiyi bildirib. İki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, ədliyyə və digər sahələrdə bir sıra sənədlərin imzalandığı qeyd olunub.

Müəllif bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətləri gücləndirir, siyasi dialoqu təmin edir və ikitərəfli əməkdaşlığın təşviqinə xidmət edir. İki ölkə arasında ticarət mübadiləsi ildən-ilə artır, Azərbaycan Hava Yolları, BƏƏ-nin “Ettihad”, “Flydubay” və “Air Arabia” hava yolları tərəfindən iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin müxtəlif beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakı xalqlar arasında münasibətlərin, turizm və ticarət əlaqələrinin güclənməsinə xidmət edir.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  17-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: “Milli şura”nın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır

21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
18:54
22 Yanvar
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
18:41
22 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
18:34
22 Yanvar
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
18:30
22 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub
18:26
22 Yanvar
Bu il 10 aqropark açılacaq
18:24
22 Yanvar
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
18:18
22 Yanvar
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
18:13
22 Yanvar
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub
18:09
22 Yanvar
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
18:05
22 Yanvar
Azərbaycan keçən il Gürcüstana 266,6 milyon dollarlıq təbii qaz göndərib
18:00
22 Yanvar
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
17:55
22 Yanvar
Dünya İqtisadi Forumu işə başlayıb
17:47
22 Yanvar
Bu il 19 ölkəyə 25 ixrac missiyası təşkil ediləcək
17:44
22 Yanvar
Hazırda Bakıda 270 “BakuBus” avtobusları fəaliyyət göstərir
17:37
22 Yanvar
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:34
22 Yanvar
Azərbaycanlı deputat: Nazirlər Komitəsi Avropanın gələcəyi üçün nə etməyi planlaşdırır?
17:27
22 Yanvar
Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib
17:19
22 Yanvar
Mehman İsmayılov: Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir
17:14
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü
17:10
22 Yanvar
Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb
16:57
22 Yanvar
Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd
16:44
22 Yanvar
Azərbaycanlı deputat “EurActiv” portalına müsahibəsində Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli mövqelərindən danışıb
16:37
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda keçirilmiş mitinqlə bağlı məlumat yayıb
16:24
22 Yanvar
YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı təsdiqlənib
16:03
22 Yanvar
Nazir: Vergi orqanlarının məqsədi sahibkarların leqal şərtlərlə rahat işləmələrini təmin etməkdir
16:00
22 Yanvar
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
15:23
22 Yanvar
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
15:13
22 Yanvar
Ziyad Səmədzadə: İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir
15:05
22 Yanvar
Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
14:54
22 Yanvar
Bakıda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq
14:53
22 Yanvar
Mələk Çakmak: Məqsədimiz kiçik fermer qruplarına kömək etmək və kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır
14:26
22 Yanvar
Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14:14
22 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
14:12
22 Yanvar
İnam Kərimov: FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə 5 layihənin icrası həyata keçirilir
14:08
22 Yanvar
“Sky Sports” telekanalı Formula 1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq
14:06
22 Yanvar
Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
12:55
22 Yanvar
“Əl-İslah və Ət-Tənmiyə” qəzeti: “Prezident İlham Əliyev 2019-cu ili İmadəddin Nəsimi ili elan edib”
12:49
22 Yanvar
Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
12:42
22 Yanvar
Bakı Ali Neft Məktəbinin tələbələrinə “Y nəsli və yeni iş yerləri” adlı təlim keçirilib
12:35
22 Yanvar
Lozannada dünya idman media mükafatlarının təqdimat mərasimi olub
12:25
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub
12:20
22 Yanvar
Nazir: Ötən il kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki illə müqayisədə 4,6 faiz artıb
12:19
22 Yanvar
Günəş elektrik stansiyalarında 38,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub
12:10
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti ilə görüşüb
12:06
22 Yanvar
Bakıda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
11:32
22 Yanvar
Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:57
22 Yanvar
Azərbaycan Prezidentinin növbəti humanist addımı
10:47
22 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10:45
22 Yanvar
2018-ci ildə Azərbaycana 17 milyard manatdan çox investisiya yatırılıb
10:14
22 Yanvar
Səməd Seyidov: Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
10:10
22 Yanvar
Rafael Hüseynov: Azərbaycan dövləti kənar iradəyə tabe olmadan müstəqil siyasət aparır
10:09
22 Yanvar
Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir
10:05
22 Yanvar
“Özünü “Milli şura” adlandıran qondarma qurum Azərbaycanın dəyərlərinə hörmət etmir”
10:02
22 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir
10:00
22 Yanvar
Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb
09:59
22 Yanvar
Radikal ünsürlərin növbəti fiaskosu: 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada “Məhsul” stadionu dolmadı
09:58
22 Yanvar
Əli Kərimli ümumxalq hüzn günündə növbəti dəfə təxribat törətməyə çalışıb
09:51
22 Yanvar
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21:50
21 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN televiziyasına müsahibə verib
21:32
21 Yanvar
Azərbaycanlı deputat: Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır
21:30
21 Yanvar
Prezident İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA