Ana səhifə »  Qəzetin pdf formatı »  Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti
A+   Yenilə  A-
Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ili tamam olub. Bu müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir. Bu kontekstdə Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmaq istərdik. Təbii ki, bir məqalədə dövlət başçısının həyata keçirdiyi proqramların hamısını əhatə etmək mümkün deyildir. Bu səbəbdən, biz müəyyən məsələləri vurğulamalı oluruq.

Ulu Öndərin davamçısı: uğurlu dövlət başçısı

İlham Əliyevin Prezident kimi fəaliyyətə başlamasından 15 il keçdi. İlk dəfə 2003-cü ilin oktyabrın 15-də ölkə rəhbəri seçilən İlham Əliyev göstərdiyi yüksək siyasi fəaliyyətinə görə sonra xalq tərəfindən iki dəfə də Prezident seçildi. Bu müddətdə İlham Əliyevin daim milli və dövləti maraqlardan çıxış edərək, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutaraq yorulmadan Azərbaycan dövlətçiliyi və xalqı üçün çalışdığını hər kəs etiraf edir. Dünyanın böyük dövlətlərinin başçıları Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuza malik olmasını, ölkədə sabitliyin tam bərqərar olunduğunu və uğurlu idarəetməni nəzərə alaraq, əməkdaşlığa can atırlar. Yalnız 2018-ci ildə bunu təsdiq edən bir neçə konkret fakt vardır.

İndi İlham Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi son 15 ilə nəzər salanda bütün sahələrdə nə qədər böyük inkişafın getdiyinə əmin oluruq. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətin inkişaf kursunu dəqiqliklə hazırlaması və İlham Əliyevin həmin kursa tam və uğurla əməl etməsi bütün nailiyyətlərin təməlində dayanır. Azərbaycan Cənubi Qafqazın ən uğurlu müstəqil dövlətidir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev əminliklə deyir: "Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz".

Şübhə yoxdur ki, Cənubi Qafqazın digər heç bir ölkəsi bu cür uğuru ilə fəxr edə bilməz. Çünki Azərbaycan Prezidenti 15 il müddətində həm cəmiyyəti, həm də dövləti suverenlik və tərəqqi yolunda sürətlə inkişaf etdirə bilib. Bunun nəticəsində Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də elə zirvələr fəth edib ki, istənilən müstəqil dövlət buna həsəd apara bilər. Faktlara müraciət edə bilərik.

Daxili siyasətdə Azərbaycan Prezidenti idarəetmədəki islahatları tamamilə sosial-iqtisadi, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət, ekologiya, sənaye, kənd təsərrüfatı, hərbi və başqa sferalardakı yeniləşmələrlə, irihəcmli maliyyə tələb edən proqramlarla uyğunlaşdıra bilib. Bu iki aspekti isə cəmiyyətdə həyata keçirilən və vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən islahatlarla harmoniya halına sala bilib.

Mütəxəssislərin qənaətinə görə, sözügedən bu üç daxili aspekt sintez halında dövlətin dayanıqlı inkişafını təmin edir. Faktlar da bunu tam təsdiq edir. Ötən 15 ildə bazar iqtisadiyyatına keçid prosesi başa çatıb. Həmin müddətdə ÜDM-də özəl sektorun payı 80 faiz artıb. Azərbaycan rəqabətqabiliyyətliliyinə görə, MDB məkanında birinci yerə yüksəlib. 2004-2018-ci illərdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı üç proqram icra olunub, hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.

"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan bütün şərtlərə uyğun olaraq lazımi addımlar atılır. O cümlədən innovativ istehsalın inkişaf etdirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Aqrar sektorda reallaşan proqramlar sayəsində 360 min hektar torpağın su təminatı və 264 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb. Bunlardan başqa, 219 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bu sahədə islahatlar bütün sürəti ilə davam edir.

Statistik məlumata görə, bütövlükdə ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Qeyri-neft sektoru 2,8 dəfə böyüyüb. Sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı isə 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 46 milyard dollara çatdırılıb. Bu, 2004-cü ilin göstəricisi ilə müqayisədə təqribən 40 dəfə (!) çoxdur! 15 ildə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.

Digər sosial-iqtisadi, enerji, nəqliyyat sferalarında da analoji uğurları əks etdirən çoxlu sayda rəqəmlər vardır. Onlar KİV-də geniş təqdim olunub. Onların hamısının analizi göstərir ki, Azərbaycan 15 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir. Konkret desək, İlham Əliyevin həyata keçirdiyi proqramlar insan kapitalının inkişafı üçündür. Bizcə, Azərbaycanın müstəqil dövlət kimi ən böyük gücü də məhz bundan ibarətdir!

Çünki XXI əsr mədəniyyət, elm, təhsil, intellektin milli sərvətə çevrilməsi əsridir. İnsanın kreativ inkişafı olmadan heç bir cəmiyyət davamlı və dayanıqlı inkişaf edə bilməz. Bütün siyasi, iqtisadi və mədəni islahatlar məhz bu əsas məqsədə xidmət etməlidir. Qürurla deməliyik ki, Cənubi Qafqazda ancaq Azərbaycanda insan kapitalının inkişafı məsələsi dövlət səviyyəsində konseptual şəkildə və konkret proqramlar müstəvisində qoyulub.

İlham Əliyev bu məqamı hələ 2003-cü ildə prezident seçkisi öncəsi ABŞ-ın Assoşieyted Press agentliyinə verdiyi müsahibədə dolğun ifadə edib. Dövlət başçısı seçkiqabağı kampaniya ilə əlaqədar verilən sualı belə cavablandırıb: "Mən xalqın arasına çıxanda insanlara çatdırmaq üçün özümlə ancaq bir müraciət götürəcəyəm – müraciətdə deyiləcək ki, gələcək inkişaf üçün Prezident Heydər Əliyevin apardığı siyasətin davam etdirilməsi son dərəcə vacibdir. Əgər bu siyasət davam etdirilməsə, ölkə yenidən anarxiya və qeyri-sabitlik həddinə gəlib çıxacaqdır. Əminəm ki, seçicilər bunu gözəl başa düşürlər. Bu, indiki siyasəti davam etdirəcək hökuməti onların dəstəkləməsinin səbəblərindən biridir. Bu da çox vacibdir. Biz çox layihələr həyata keçirməliyik, çünki Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, demokratikləşmə prosesi davam edir. Bütün bunlar dayandırılmamalıdır. Xalqa müraciətimin mahiyyəti də məhz bundan ibarətdir".

Bir-birini tamamlayan islahatlar: bütün sahələrin harmonik inkişafı

Bu kontekstdə İlham Əliyevin idarəetmədə həyata keçirdiyi islahatların tam olaraq digər sferalardakı yeniləşmələrə uyğun gəldiyini xüsusi vurğulamalıyıq. Çünki müstəqil demokratik dövlət quruculuğunda idarəetmənin təkmilləşməsi son dərəcə vacib faktordur. Bu sferada uğur əldə edə bilməyən ölkədə müstəqil və suveren dövlət qurmaq, demək olar ki, imkansızdır. İlham Əliyev bu aspektdə də Ulu Öndərin həyata keçirdiyi dövlət quruculuğu kursunu yaradıcılıqla inkişaf etdirməkdədir. Həmin bağlılıqda idarəetmədə təkmilləşməyə ciddi töhfə verən vitse-prezidentlik institutunun yaradılmasını demək lazımdır.

Məlumdur ki, keçmiş sovet respublikaları içərisində bu institutu tətbiq etməyə cəhdlər çox olub. Məsələn, Rusiya və Qazaxıstanda bunu müşahidə etmək olar. Ancaq Rusiya kimi böyük bir dövlətdə vitse-prezidentlik institutu lazımi səmərə vermədi. Orada həmin idarəetmə elementi duruş gətirə bilmədi. Qazaxıstanda da eyni nəticə alınıb. Mütəxəssislər bunun səbəbinin vitse-prezidentliyin bir idarəetmə mexanizmi kimi vaxtında və yerli şəraitə uyğun tətbiq edilməməsi ilə əlaqələndirirlər. Digər səbəb kimi kadr seçiminin düzgün aparılmaması göstərilir.

Azərbaycanda vitse-prezidentlik institutu tam vaxtında və olduqca səmərəli qaydada reallaşdırılır. Ölkənin Birinci vitse-prezidenti böyük uğurla Prezidentə idarəetmə və islahatlar sahələrində yardım göstərir, dövlət başçısına etibarlı dəstək olur. Burada Prezidentin kadr seçimini də çox düzgün aparmasını vurğulamaq gərəkdir.

Mehriban xanım Əliyeva bütün dünyada nüfuzu olan və dövlət idarəetməsini dərindən bilən insan kimi tanınır. Mehriban xanım, eyni zamanda, dünya miqyasında xeyirxah proqramlar reallaşdıran, şəfqətli, çətinliyi olanlara yaxından yardım edən, müxtəlif humanitar proqramlar həyata keçirən xadim olaraq qəbul edilir. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müxtəlif qitələrdə böyük layihələr həyata keçirməkdədir. Mehriban xanım Əliyeva dünya qadınları üçün bir nümunədir.

Bütün yüksək mənəvi-əxlaqi keyfiyyətlərinə görə Birinci vitse-prezident olmağa tam layiq olan Mehriban xanım idarəetmədəki fəaliyyəti ilə dövlət başçısının ötən 15 ildə kadr siyasətinin olduqca səmərəli olduğunu da təsdiqləmiş olur. Hazırda Azərbaycanın davamlı inkişaf və demokratiya yolunda dayanıqlı irəliləməsində vitse-prezidentlik institutunun rolu son dərəcə böyükdür.

İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 ilin uğurlarına nəzər yetirdikdə xarici siyasətdə əldə edilən nailiyyətləri mütləq vurğulamaq gərəkdir. Öncə qeyd etmək gərəkdir ki, xarici siyasət çoxşaxəli, prioritetlərin düzgün müəyyənləşdirilməsi və diplomatik fəallıqla həyata keçirilib. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinə xüsusi dinamika verib. Milli maraqların ciddi surətdə nəzərə alınması, sistemli və düşünülmüş fəaliyyət, aktiv siyasi-diplomatik fəaliyyət, beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq, Ermənistanın təcavüzünün dünya ictimaiyyətinin diqqətinə çatdırılması, diplomatiyanın müasir metodlarından geniş istifadə edilməsi burada əsas yerlərdən birini tutub.

Bunların nəticəsində Azərbaycan xarici siyasətin bir çox istiqamətlərində – təhlükəsizliyin təminində, dünya dövlətləri ilə əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində inkişafında, enerji siyasətini müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirməkdə, nəqliyyat dəhlizlərinin yaradılmasında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində, yeni əməkdaşlıq formalarının yaradılmasında ciddi uğurlar əldə edib.

Azərbaycanın beynəlxalq miqyasda özünü göstərən məsələlər üzrə qəti mövqeyi mövcuddur. Bu aspektdə 2012-2013-cü illərdə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi tamamilə məntiqə uyğundur. Bu, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın yeritdiyi xarici siyasətə yüksək etimad göstərməsinin təsdiqidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti göstərdi ki, beynəlxalq ictimaiyyət etimadında yanılmayıb. Həmin müddətdə Bakı beynəlxalq gündəm üçün aktual olan bir sıra məsələlər üzrə təşəbbüslərlə çıxış etdi.

Azərbaycana xarici siyasət sahəsində göstərilən yüksək etimad bununla məhdudlaşmır. Azərbaycan Kimyəvi Silahların Qadağan olunması Təşkilatının, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İcraiyyə Şurasının, 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının üzvüdür. Bundan başqa, ölkəmiz 2018-2022-ci illər üzrə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsində təmsil olunur. Ayrıca vurğulamaq lazımdır ki, xarici siyasətdə 15 il ərzində həyata keçirilən kursun birbaşa nəticəsidir ki, 2019-2022-ci illərdə Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək.

Prezident İlham Əliyevin 15 il ərzində reallaşdırdığı xarici siyasət kursunda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış etməsi dünyada böyük maraq doğurub. Azərbaycan rəhbəri regional miqyasda üçtərəfli əməkdaşlıq formatı təklif etdi və onun reallaşması üçün böyük fəallıq göstərdi. Nəticədə, çox ciddi səmərələr verən Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq modelləri meydana gəldi. Bu istiqamətlərdə keçən müddətdə çoxlu sayda müzakirələr aparılmış və Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olması üçün əhəmiyyətli addımlar atılmışdır.

Prezident İlham Əliyev beynəlxalq əməkdaşlıq məsələsinə daha geniş miqyasda baxaraq, müxtəlif regionları əhatə edən layihələrin reallaşmasına ciddi töhfələr verib. Məhz siyasi və fəlsəfi əsası regional üçtərəfli əməkdaşlıq modelində qoyulmuş kursun inkişaf etdirilməsi indi ekspertlərin daim əhəmiyyətini vurğuladığı Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasına geniş imkanlar yaradıb. Bu layihələr qlobal layihə olan "Bir Qurşaq, Bir Yol" ("Yeni İpək Yolu") əməkdaşlıq modeli kontekstində böyük əhəmiyyət kəsb edir. Çünki bu proyektin reallaşması üçün təhlükəsiz konkret nəqliyyat dəhlizləri mövcud olmalıdır.

Məhz Azərbaycan həmin aspektdə ciddi fəallıq göstərərək və faydalı proqramlar həyata keçirərək "Bir Qurşaq, Bir Yol" üçün sözün həqiqi mənasında, geniş bir geosiyasi məkanda yol açıb. Onu vurğulayaq ki, Prezident İlham Əliyev bütün bu uğurların əsasında dayanan başlıca səbəbi açıq bəyan edib. Dövlət başçısı deyib: "Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük, onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır"!

Cənubi Qafqazın geosiyasi lideri: sistemli xarici siyasət və yeni əməkdaşlıq formatları

Bütün bunların nəticəsində Azərbaycan hazırda Cənubi Qafqazın açar geosiyasi məkanı rolunu oynayır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin istiqamətdə daha böyü zəfərlərə doğru inamla irəliləyir. Bu kontekstdə xarici siyasətlə birbaşa bağlılığı olan iki məqamı da vurğulamaq yerinə düşərdi. Onlardan biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, digəri isə Azərbaycanın multikulturalizmə, sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlığa verdiyi töhfələrlə əlaqəlidir.

İlham Əliyev Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə saxlamağa çalışdığını daim qətiyyətlə vurğulayır. Rəsmi İrəvanın işğal etdiyi torpaqlardan çəkilmək istəməməsini açıq ifadə edir. Bununla da təcavüzkar dövlətin yalnız vaxt uzatmaqla məşğul olduğunu və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istədiyini dünyanın diqqətinə çatdırır. Dövlət başçısı onu da ayrıca vurğulayır ki, bütün bu qanunsuzluqları törətməkdə, beynəlxalq hüquqa zidd olan addımları atmaqda Ermənistan öz himayədarlarına arxalanır. Cənab Prezident həmin bağlılıqda dəqiq və konkret fikir ifadə edib. Ölkə rəhbəri bəyan edib: "...Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi... Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır".

Təəssüf ki, bu reallıqdır. Ancaq Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 il müddətində bir an da olsun, münaqişənin ədalətli həlli üçün dayanmayıb. Əksinə, hücum diplomatiyasını bir vəzifə olaraq qarşıya qoyaraq, təcavüzkara bütün istiqamətlərdə – diplomatiyada, beynəlxalq təşkilatlarda, hərb meydanında ağır zərbələr endirib. İndi Ermənistan rəhbərliyi öz himayədarlarına yalvarır ki, Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə mane olsunlar. Artıq hamıya aydındır ki, Azərbaycan Ordusu erməni silahlı qüvvələrini çox qısa zamanda darmadağın etməyə qadirdir. Təkcə 2016-cı il Aprel döyüşlərini və Naxçıvandakı əməliyyatı xatırlamaq kifayətdir! Bu çox uğurlu hərbi əməliyyatların Ali Baş Komandanı Prezident İlham Əliyev idi!

Xarici siyasətin böyük uğurlarının digər nümunəsi Azərbaycanın sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığa verdiyi töhfələridir. Prezident İlham Əliyev bütün dünyada ciddi nüfuzu olan "Bakı prosesi"nin təşəbbüskarıdır. Bu proqram sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa nail olunması üçün olduqca faydalı platformadır. Konkret olaraq, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq və dialoqun yaradılması və inkişaf etdirilməsində ciddi rol oynayır. "Bakı prosesi" çərçivəsində müzakirələrdə dünyanın müxtəlif guşələrindən nümayəndələr iştirak edirlər. Onların sırasında dünya siyasətində böyük nüfuzu olan liderlər, mütəxəssislər və iş adamları da vardır.

Başqa nümunə olaraq Bakı Humanitar Forumunu göstərmək olar. Bu Forum da müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişafına böyük töhfələr verməkdədir.

Prezident İlham Əliyevin sözün həqiqi mənasında multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəldən lider olduğunu inamla deyə bilərik. Postsovet məkanında yalnız Azərbaycanda bu siyasət yüksək dövlət siyasəti səviyyəsində həyata keçirilir və onun bir aspekti də xarici siyasətlə əlaqəlidir. Azərbaycan öz cəmiyyətində multikultural mühit yaradır və onun dünyada təşviqini aparır. Bu fəaliyyətin xarici siyasət kontekstində ciddi bəhrələrinin olacağına qətiyyən şübhə yoxdur.

Əlbəttə, bir məqalədə Prezident İlham Əliyevin 15 illik fəaliyyətini tam əhatə etmək mümkün deyildir. Azərbaycanın dövlət başçısı çoxşaxəli, fəal, dərin məzmunlu, əhatəli siyasəti ilə çoxlu sayda zəfərlərə imza atıb. Onların hər biri Azərbaycanın müstəqil və demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına və insan kapitalının inkişafına xidmət edir. İlham Əliyev 15 il əvvəl başladığı işlərini ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu kursuna tam uyğun olaraq, böyük inamla inkişaf etdirir. Bu səbəbdəndir ki, müstəqil Azərbaycanın daim nailiyyətlər əldə edəcəyinə və dünyanın ən yüksək inkişaf etmiş ölkələri sırasında möhkəmlənəcəyinə şübhə etmirik!

Kamal Adıgözəlov

Newtimes.az

 
  • Oxunub:  1440  |  
  • Tarix:  17-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
14:34
12 Noyabr
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür
14:33
12 Noyabr
XİN: Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir
14:24
12 Noyabr
Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb
14:14
12 Noyabr
Ceyhun Bayramov: Sağlamlıq imkanları məhdud 10 mindən artıq uşaq xüsusi təhsilə cəlb edilib
13:56
12 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:48
12 Noyabr
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12:10
12 Noyabr
BANM ilə Turin Politexnik Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
12:01
12 Noyabr
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə təqdim olunub
11:44
12 Noyabr
Gəncə-Qazax bölgəsində tibbi müayinələr çərçivəsində bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşmaya dair konfrans keçirilib
10:58
12 Noyabr
Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb
10:55
12 Noyabr
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
10:51
12 Noyabr
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09:36
12 Noyabr
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub
09:25
12 Noyabr
12 noyabr - Konstitusiya Günüdür
22:58
10 Noyabr
Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
21:29
10 Noyabr
Əli Həsənov: Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır
19:51
10 Noyabr
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
19:08
10 Noyabr
Elçin Mirzəbəyli: Ermənistanın başqa hərbi-siyasi qütbə üz tutması edam kötüyünə könüllü baş qoymağa bərabərdir
18:39
10 Noyabr
Aydın Hüseynov: KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir
18:17
10 Noyabr
Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib
17:23
10 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib
16:46
10 Noyabr
Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”
15:04
10 Noyabr
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub
14:49
10 Noyabr
Leyla Abdullayeva: Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur
14:37
10 Noyabr
AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib
14:25
10 Noyabr
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
12:07
10 Noyabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün multikulturalizmin əhəmiyyəti barədə danışıb
12:04
10 Noyabr
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsini anım tədbirləri təşkil olunub
11:38
10 Noyabr
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
11:20
10 Noyabr
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
11:14
10 Noyabr
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
10:46
10 Noyabr
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb
10:44
10 Noyabr
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub
10:42
10 Noyabr
10 noyabr - Dünya Elm Günüdür
10:38
10 Noyabr
Bakı Kitab Mərkəzində dünya şöhrətli yoqin Sadhquru ilə görüş və kitab təqdimatı olub
14:48
09 Noyabr
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər
14:15
09 Noyabr
Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir
13:36
09 Noyabr
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
13:28
09 Noyabr
Dövlət Bayrağı Günü münasibətilə hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
13:03
09 Noyabr
Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı
10:48
09 Noyabr
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:37
09 Noyabr
Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub
10:22
09 Noyabr
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
10:14
09 Noyabr
Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub
10:08
09 Noyabr
Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib
10:00
09 Noyabr
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
17:43
08 Noyabr
Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA