Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
A+   Yenilə  A-
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub

“Cəmilə” Rus Dram Teatrının səhnəsində
Oktyabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dünya şöhrətli nasir, Qırğızıstan SSR-in Xalq yazıçısı, Qazaxıstanın Xalq yazıçısı, Qırğız Respublikasının Qəhrəmanı, Qırğızıstan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ-nin üç Dövlət Mükafatı Laureatı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında qırğız dilində tamaşa göstərilib.

AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva premyeranın XX əsrin görkəmli söz ustası, türk dünyasının böyük oğlu Çingiz Aytmatovun 90 illiyinə həsr olunduğunu qeyd edib. O deyib ki, dahi yazıçının əsərləri vətənpərvərliklə yoğrulub, onlarda qırğız xalqının həyatı və istəklərindən bəhs olunub, Qırğızıstanın zəngin mədəniyyəti və adət-ənənələri öz əksini tapıb. Yazıçının əsərləri bütün dünyada maraqla oxunur. G.Əfəndiyeva yubiley tədbirinin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə, Yazıçılar İttifaqına, Qırğız Respublikasının ölkəmizdəki səfirliyinə və Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TürkPA) təşəkkürünü bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının xatirə gecəsinin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edərək vurğulayıb ki, bu cür tədbirlər qardaş türk xalqlarını daha da yaxınlaşdırır. “Çingiz Terekuloviç dahi nasir idi. Oxucuların pərəstiş etdiyi bu şəxsiyyət özündən sonra böyük irs qoyub, onun xatirəsi əbədi yaşayacaq. O, Azərbaycanı çox sevirdi, xalqımıza böyük sevgi hissləri bəsləyirdi, tez-tez ölkəmizə gəlirdi. Azərbaycan Mədəniyyət Nazirliyi də böyük yazıçının 90 illiyi münasibətilə dekabr ayında nəzərdə tutulmuş genişmiqyaslı tədbirlərə hazırlaşır. Qeyd etmək istəyirəm ki, mənim Çingiz Aytmatovla şəxsi tanışlığım olub, o, çox gözəl insan idi. Bu dahi yazıçı türk dünyasının fəxridir. Onunla vida mərasimində iştirakımı xatırlayıram. Bu, əvəzedilməz itkidir”, - deyə nazir əlavə edib.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovla bağlı xatirələrini bölüşərək deyib ki, dahi qələm ustası dünyaya çoxlu sayda məşhur əsərlər bəxş edib. Onun istedadı Allah vergisi idi. “Çingizin uşaqlıq və yeniyetməlik illəri ağır keçib, onun atası Stalin repressiyalarının qurbanı olub. Bu, yazıçının yaradıcılığına da təsirsiz ötüşməyib, onun mənəvi dəyərlərin ön planda olduğu bütün əsərləri oxucuda dərin təəssürat doğurur. Biz Çingiz Terekuloviçlə Bakıda, Bişkekdə, Ankarada və digər şəhərlərdə dəfələrlə görüşmüşük, onunla öz düşüncələrimi bölüşmüşəm və həmişə dəstək görmüşəm”, - deyə Anar bildirib.

Çingiz Aytmatovun oğlu, qırğız diplomatı və dövlət xadimi Əskər Aytmatov atası haqqında xatirələrini bölüşüb, dahi yazıçının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. “Xatırlayıram, uşaqlıq illərimdə, 8 yaşım olanda atam məni özü ilə Bakıya ezamiyyətə apardı. Bu, mənim xarici ölkəyə ilk səfərim idi. Mən hələ o vaxt Bakını və Azərbaycanı sevdim və bu sevgini həyatım boyu yaşadıram. Bilirəm ki, sizin ölkənizdə atamın yaradıcılığının pərəstişkarı çoxdur. Bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bugünkü tamaşa da böyük uğur qazanacaq, axı məhəbbət haqqında ballada olan “Cəmilə” povesti Çingiz Aytmatovun ən populyar əsərlərindən biridir. Bu gün bizimlə burada olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Ə.Aytmatov əlavə edib.

Tamaşanın baş prodüseri “ASSOL” Holdinqin direktoru Assol Moldokmatova “Çingiz üçün ağı” şeirini söyləyib, vurğulayıb ki, Çingiz Aytmatov incə qəlbli insan kimi həmişə dostlarının köməyinə çatırdı, dinləməyi bacarırdı. “Cəmilə” əsərinə heç kim biganə qala bilməz. Bu, məhəbbət himni, qırğız qadının himnidir. Çox şadam ki, bu gün biz bakılı tamaşaçıları əsərlə daha yaxından tanış edəcəyik”, - deyə qonaq bildirib.

Sonra Assol Moldokmatova və Günay Əfəndiyeva bir-birinə xatirə hədiyyələri təqdim ediblər. G.Əfəndiyeva qonağa Çingiz Aytmatovun əsərlərinin bütün dünyada təbliğinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis etdiyi fəxri diplomu təqdim edib. Fondun sədri Əskər Aytmatova türk dünyasının inkişafına verdiyi töhfəyə görə fəxri diplom təqdim edib və atasının portretini hədiyyə edib.

Sonra tədbir iştirakçıları tamaşaya baxıblar. Baş rolları Aynura Akılbek qızı (Cəmilə), Ruslan Kurmanaliyev (Daniyar) və Sancar Sabırcan uulu (Seit) ifa ediblər.

Qeyd edək ki, “Cəmilə” povestində hadisələr Böyük Vətən müharibəsi dövründə və qırğız aulunda cərəyan edir. Cəmilə bu əhvalatı nəql edən Seitin böyük qardaşının arvadıdır. Heç kimin incitməyə cəsarət etmədiyi bu qamətli, gözəl, tündxasiyyət və qoçaq qadın insanlarla açıq ünsiyyət qurmağı bacarır. Cəmilə varlı ailəyə gəlin gedir. Bütün kişilər müharibəyə getdiklərindən ailəyə qaynana başçılıq edir. Kişi əməyi çatışmadığından Cəmiləyə də ağır iş – stansiyaya taxıl daşımaq həvalə olunur. Onun köməkçiləri qaynı Seit və müharibədən əlil qayıtmış əsgər Daniyardır. Keçmiş əsgər əvvəlcə çox sakit və qapalı adam təsiri bağışlayır. Cəmilə tez-tez onu ələ salır, amma Daniyar buna dözür və qadına heyranlıqla baxır. Onların arasında səmimi hisslər yaranır və əsərin baş qəhrəmanı Daniyarla birlikdə yeni həyata başlamaq üçün aulu tərk edir. Kənd camaatı onun bu hərəkətini qınayır, Seit isə gəlinin seçiminə haqq qazandırır. O, əsl məhəbbətin nə olduğunu anlaya bilir.

Premyera tamaşaçılarda dərin təəssürat yaradıb. Tədbirdə diplomatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 
  • Oxunub:  3000  |  
  • Tarix:  20-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub
21 Fevral 21:19
Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 Fevral 21:04
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21 Fevral 21:00
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
21 Fevral 20:46
Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
21 Fevral 20:30
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib
21 Fevral 20:19
Veteranlar şuralarının hesabat yığıncağı olub
21 Fevral 20:10
Xocalı soyqırımı qurbanlarının xatirəsi Marneulidə anılıb
21 Fevral 19:55
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson ölkəmizin musiqi mədəniyyəti ilə tanış olub
21 Fevral 19:45
“Azərpoçt”la Avropa Yenidənqurma və İnkişaf Bankı əməkdaşlığa dair müzakirələr aparıb
21 Fevral 19:34
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21 Fevral 19:11
Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
21 Fevral 19:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Fevral 18:40
ADU Beynəlxalq Türk-Qazax Universiteti ilə əlaqələrini genişləndirir
21 Fevral 18:17
“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusunda seminarlar yekunlaşıb
21 Fevral 18:02
Azay Quliyev: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövcud metodologiyasına yenidən baxılmalıdır
21 Fevral 17:46
Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdü artırılıb
21 Fevral 17:39
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub
21 Fevral 17:31
Rob Sobhani: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu
21 Fevral 17:28
İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir
21 Fevral 17:14
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
21 Fevral 17:03
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub
21 Fevral 16:57
Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir
21 Fevral 16:53
Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
21 Fevral 16:52
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
21 Fevral 16:50
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA