Ana səhifə »  Qəzetin pdf formatı »  Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
A+   Yenilə  A-
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak etmək üçün Pekində səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) sədr müavini Van Çen ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çin-Azərbaycan əlaqələrinin bir neçə əsrlik tarixi olduğunu vurğulayan Van Çen müasir dövrdə münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. İki ölkə münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan ÜXNY-nin sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfərinin əlaqələrimizin genişlənməsində və möhkəmlənməsindəki rolunu xüsusi vurğulayıb.

Van Çen Azərbaycanın özü üçün müəyyən etdiyi inkişaf yolunu dəstəklədiklərini bildirərək, ölkəsinin ikitərəfli əlaqələrimizin daha da inkişafı istiqamətində birgə səylərini davam etdirəcəyini bildirib.

O, iki ölkənin qanunverici orqanları arasında mövcud olan əlaqələrdən danışaraq, Milli Məclis sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Çinə səfərini xatırladıb.

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün təşəkkür edən ÜXNY-nin sədr müavini ölkələrimizin humanitar və mədəni sahələrdə əlaqələrinin də müxtəlif layihələrlə inkişaf etdirildiyini diqqətə çatdırıb. O, cari il ərzində Çində Azərbaycan musiqisindən ibarət bir neçə konsertin keçirildiyini yada salaraq, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin Çində tanıdılması baxımından vacibliyini vurğulayıb.

Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün dəvətə görə təşəkkürünü bildirən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdıran Ə.Əhmədov tarixi İpək Yolunun xalqlarımız arasında münasibətlərin qurulmasındakı rolunu vurğulayıb.

Hazırda iki ölkə arasında əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirən Ə.Əhmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmlənməsinə töhfələr verdiyini deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki dəfə Çində səfərdə olduğunu xatırladan Ə.Əhmədov həmin səfərlər zamanı dövlət başçılarının münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı qəbul etdiyi qərarların uğurla icra edildiyini deyib.

Baş nazirin müavini Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb, ölkəmizin həmin strategiyanın icrasına hər cür dəstək göstərməyə və bu çərçivədə birgə əməkdaşlığa hazır olduğunu bəyan edib.

X X X

Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə görüşdə hakim partiyalar arasında sıx əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Sun Tao iki ölkənin liderlərinin əlaqələrimizin müxtəlif istiqamətlər üzrə inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hakim partiyaların da üzərinə vəzifələr düşdüyünü bildirib. O, Çin Kommunist Partiyasının bununla bağlı hər cür əməkdaşlığa hazır olduğunu deyib.

ÇKP rəsmisi Azərbaycanı yaxşı dost kimi gördüklərini, tarixi kökləri olan münasibətlərimizin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunan Sun Tao bu strategiyanın bütün iştirakçı ölkələrin inkişafına imkan yaradacağına əminliyini ifadə edib. “Coğrafi olaraq Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkədir. Biz Azərbaycanın imkanlarından birgə istifadə etməklə bu layihənin uğurlu icrasına və bununla da xalqlarımızın rifahının daha da yaxşılaşmasına nail ola bilərik”, - deyə departament rəhbəri vurğulayıb.

Dövlət başçılarının səmimi dostluq əlaqələrinin ölkələrimiz arasında münasibətlərin inkişafında əvəzsiz rol oynadığını qeyd edən YAP sədrinin müavini–icra katibi Əli Əhmədov Çin ilə əlaqələrin inkişafının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Ə.Əhmədov ölkəmizin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən olduğunu diqqətə çatdıraraq böyük iqtisadi və nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycanın bu layihədə oynadığı roldan danışıb. Ötən il istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunun vacib məqamı olmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün icrası baxımından böyük addımdır.

Baş nazirin müavini Ə.Əhmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib. Bildirib ki, Azərbaycanın da “Vahid Çin” siyasətinə dəstəyi dəyişməyib.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  20-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10