Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin saytında “Star” zavodu barədə məqalə yayılıb

İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin saytında “Star” zavodu barədə məqalə yayılıb

22.10.2018 [08:30]

İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) internet səhifəsində “Star” neft emalı zavodunun açılış mərasimi barədə məlumat dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə zavodun açılış mərasimində iştirak edən Prezidenti İlham Əliyevin çıxışından sitatlar gətirilərək, Türkiyənin dünya miqyasında söz sahibi olduğu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində ölkənin dünya miqyasında böyük gücə çevrildiyi, Türkiyənin mövqeyinin bir çox hallarda həlledici rol oynadığı vurğulanır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar gətirən müəllif qeyd edir ki, “Star” neft emalı zavodu Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirir. İki qardaş ölkənin siyasi liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrin regional gücə çevrilmək qabiliyyətini daha da artırır. Bildirilir ki, zavodun Türkiyənin ən böyük enerji layihəsi olduğunu deyən Rəcəb Tayyib Ərdoğan, bu baxımdan hər il neft məhsulları idxalında 1,5 milyard dollar məbləğində qənaət ediləcəyini, neft məhsullarının idxalatdan asılılığının azalmasına nail olunacağını vurğulayır.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30