Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Star” neft emalı zavodu Türkiyə və Azərbaycan iqtisadiyyatlarının perspektivləri baxımından çox böyük dividendlər vəd edir

“Star” neft emalı zavodu Türkiyə və Azərbaycan iqtisadiyyatlarının perspektivləri baxımından çox böyük dividendlər vəd edir

22.10.2018 [20:21]

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividendlər vəd edir. Çünki Türkiyə böyük ölçüdə enerji daşıyıcılarını idxal edən bir ölkədir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir. Belə ki, zavodda hər il 5 milyon ton dizel yanacağı istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizel yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək. Əlbəttə ki, bu layihələr Azərbaycan iqtisadiyyatına da 100 milyonlarla xarici valyuta qazandırmaqla yanaşı, həm də Türkiyənin enerji bazarında onun yerini və rolunu bir daha möhkəmlədirəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu qeyd edib ki, “Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəməklə, bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq. Bütövlükdə bu nəhəng layihə iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıbdır.

“Bu da hələ son deyil. Çünki inşa edilmiş “Star” neft emalı zavodunun potensialı çox böyükdür. Geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzanacaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq. Azərbaycan Prezidenti İlham Əliyev bu böyük layihənin açılış mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, “Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq”,- deyə deputat vurğulayıb.

Hikmət Babaoğlunun fikrincə, cəmi 4 ay bundan əvvəl TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin istifadəyə verilməsi Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biri kimi çıxış edir.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün örnəkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlərboyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.

H.Babaoğlu vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti tərəfindən atılan addımlar Türkiyə-Azərbaycan münasibətlərini elə bir strateji mərhələyə daşıyıb ki, iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafı üçün də yeni mükəmməl şərtlər formalaşdırıb. Bütün atılan addımlar isə birlik və bərabərliyimizin, o cümlədən strateji müttəfiqliyimizin bundan sonra da davamlı olmasını təmin edib.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30