Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
12.11.2018 [15:05]
Türkiyənin Antalya şəhərində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin (TÜDCD) XV Beynəlxalq Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresin məqsədi ürək-damar cərrahiyyəsi sahəsində dünyanın tanınmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, tətbiq olunan yenilikləri və texnologiyaları müzakirə etmək olub.
Konqresin proqramı çərçivəsində Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyi Kaliforniya və Kembric Universitetləri, Avropa Flebologiya Kolleci kimi dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə iclaslar keçirib. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) və Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin birgə toplantısı da təşkil olunub. Toplantı AÜDCC-nin sədri, professor Kamran Musayev və TÜDCD-nin sədr müavini, professor Mehmet Ali Özatikin rəhbərliyi altında keçib.
Tədbirdə K.Musayev “Minimal İnvaziv Ürək Cərrahiyyəsi: Bakı təcrübəsi”, AÜDCC üzvü tibb üzrə fəlsəfə doktoru Seymur Musayev isə “Orta İskemik MY-də mitrala müdaxilə edilməlidir” mövzusunda mühazirə ilə çıxış ediblər.
Toplantı Türkiyədən olan cərrahların mövzu ilə əlaqədar çıxışlarından sonra müzakirələrlə davam etdirilib.
Tədbirdə ölkəmizin müxtəlif klinikalarında çalışan ürək-damar cərrahları əldə etdikləri nəticələri tezislər və posterlər şəklində konqresdə təqdim ediblər.
Hər bir həkim çalışmalıdır ki, qlobal dünyada təbabətdə baş verən inkişafla ayaqlaşsın deyə tədbir barədə məlumat verən K.Musayev bildirib: “Konqres gənc cərrahların inkişafı baxımından çox əhəmiyyətli tədbirdir. Bundan əlavə Türkiyədə keçirilən konqres beynəlxalq əməkdaşlığımızı genişləndirməklə yanaşı, ürək-damar cərrahiyyəsində tətbiq olunan yeni texnologiyalar və üsullarla tanış olmaq baxımından da çox faydalı oldu. Bu konqresdə cəmiyyətimiz geniş tərkibli heyətlə iştirak etdi. Olduqca zəngin elmi proqramı olan konqresin xüsusilə gənc həmkarlarım üçün biliklərinin artırılması baxımından faydalı olduğunu düşünürəm. Konqres çərçivəsində AÜDCC-TÜDCD birgə toplantısının keçirilməsi isə qardaş Türkiyədən olan həmkarlarımızla əməkdaşlığımızın yüksək səviyyədə olmasından xəbər verir. Biz çalışırıq ki, cəmiyyətimizin hər bir üzvü beynəlxalq konqreslərdə iştirak etsin, daim öz bilik və təcrübələrini yeniləsin. Bu istiqamətdə ardıcıl fəaliyyət göstəririk, müxtəlif ölkələrin bənzər qurumları ilə əməkdaşlıq edirik. Cəmiyyət üzvlərimizin beynəlxalq təcrübədən daha çox faydalanmaları üçün bu əməkdaşlıqları bundan sonra da davam etdirəcəyik.”
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27